Veb-sayt | ![]() |
|
Ünvan | AZ1143, Azərbaycan Respublikası, Bakı ş., H.Cavid pr., 113 | |
Tel. | (+994 12) 539 93 82
(+994 12) 539 38 71 (+994 12) 539 77 56 |
|
Faks | (+994 12) 510 85 93 | |
Elektron poçtu | ||
Baş direktor | Akademik Dilqəm Bəbir oğlu Tağıyev
Xidməti tel.: (+994 12) 4921556; (+994 12) 4927581; (+994 12) 5399382 Faks: (+994 12) 4921556 E-poçt: director@kqki.science.az |
|
İcraçı direktor | AMEA-nın müxbir üzvü Məhəmməd Baba oğlu Babanlı
Xidməti tel.: (+994 12) 5387756 Mobil tel.: (+994 51) 8378621 E-poçt: deputy_directors@kqki.science.az |
|
Elmi katib | Mina Kərim qızı Munşiyeva
Kimya üzrə elmlər doktoru Xidməti tel.: (+994 12) 5108591 Mobil tel.: (+994 50 ) 5784587 |
|
Yaranma tarixi | Akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun tarixi sələfi olan Kimya İnstitutu 1935-ci ildə SSRİ Elmlər Akademiyasının yeni təsis edilmiş Azərbaycan filialının nəzdində yaradılmışdır. 1965-ci ildə Kimya İnstitutunun adı dəyişdirilərək Azərbaycan EA Qeyri-üzvi və Fiziki-Kimya İnstitutu adlandırılmış və elə həmin ildə Neft-Kimya Prosesləri İnstitutunda akademik Murtuza Nağıyevin rəhbərliyi altında fəaliyyət göstərən «Nəzəri problemlər şöbəsi» əsasında Azərbaycan EA Kimya Texnologiyasının Nəzəri Problemləri İnstitutu təşkil olunmuşdur. 2002-ci ildə bu iki İnstitut birləşdirilərək onların bazasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə Azərbaycan MEA akademik M.Nağıyev adına Kimya Problemləri İnstitutu yaradılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 aprel 2014-cü il tarixli qərarına əsasən İnstitutun adı yenidən dəyişdirilmiş və akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu adlandırılmışdır. | |
Əsas fəaliyyət istiqamətləri |
- Karbohidrogenlərin çevrilməsi, qaz kim-yası və ətraf mühitin qorunması üçün səmərəli katalizatorların və adsorbentlərin işlənib hazırlanması. - Kimyəvi proseslərin kinetika və mexanizminin öyrənilməsi, modelləşdirilməsinvə optimallaşdırılması. - Müxtəlif təyinatlı funksional materialların, topoloji izolyatorların nanokompozitlərin, nanogellərin molekulyar maqnetiklərin və keçiricilərin sintezi. - Yerli mineral xammalın emalı və və qiymətli metalların tullantılarından çıxarılması üçün səmərəli proseslərin yaradılması, hidrotexniki qurğuların korroziyadan mühafizəsi. |
|
Əsas elmi nəticələr |
- Azərbaycanın mineral xammalının (poli-metal filizlər, gillər, seolitlər və s.) kompleks emalının texnoloji sxemi işlənib hazırlanmışdır; - Müəyyən xassələrə malik (foto-, termo-elektrik, maqnit və tibbi-bioloji) yeni qeyri-üzvi birləşmələr və bərk məhlullar sintez edilmişdir; - Alifatik spirtlərin aldehidlərə, turşulara və mürəkkəb efirlərə birbaşa oksidləşdirici çevrilmə reaksiyaları üçün yüksək aktivliyə və selektivliyə malik seolit katalizatorlarının hazırlanmasının elmi əsasları yaradılmışdır. - Koherent-sinxronlaşdırılmış reaksiyalar nəzəriyyəsi yaradılmış və mürəkkəb reaksiyaların yeni kinetik təhlil üsulu təklif edilmişdir. - Katalaza və peroksidaza fermentlərinin əsas xarakterik funksiyalarını imitasiya edə bilən immobilizə olunmuş dəmirporfirin tərkibli biomimetik katalizatorlar əsasında biomimetik sensorlar işlənib hazırlanmışdır. - Metal yarımkeçirici örtüklərin və təbəqələrin elektrokimyəvi alınma üsulları işlənib hazırlanmış, müxtəlif səthlər üçün mühafizə vasitələri yaradılmışdır; - Kompleks əmələ gətirən polimer sorbentlər və metal polimer kompleks katalizatorların alınmasının və xassələrinin tənzimlənməsinin yeni prinsipləri işlənib hazırlanmışdır; - Xelat əmələ gətirən liqandlarla keçid metalların stabil nitroksil radikal tərkibli kompleksləri sintez edilmiş, onların molekulyar və kristallik quruluşu öyrənilmişdir. 2016-2021-ci illərdə əldə edilən mühüm nəticələr - Smart biomimetik material və yarımkeçirici (Si) əsasında hazırlanmış biomimetik sensor yüksək aktivliyi, həssaslığı və davamlılığı ilə H2O2-in məhlulda qatılığını 10-6 küt.%-ə qədər təyin etməyə imkan yaradır. - Krekinq və piroliz qazlarının emalı kompleksinin optimal layihələşdirilməsi misalında kimya-texnoloji sistemlərin modelləşdirilməsi və optimal layihələşdirilməsi üçün kompleksin uzlaşdırılmış kütlə və istilik axınlarının təyininə əsaslanan yeni metod işlənib hazırlanmışdır. - Müəyyən edilmişdir ki, ШХ15 poladı səthində termodiffuziya üsulu ilə formalaşdırılmış Cr-Ti karbid örtüyünə molibdenin daxil edilməsi korroziya və eroziyaya davamlılığı artırır və pittinq əmələgətirmə potensialını 200 mV müsbət tərəfə sürüşdürür. - Doksorubisin antibiotikinin bioloji aktivliyini uzun müddət saxlamaq məq-sədilə onun immobilizasiyası üçün daşıyıcının tərkibində 14-18 nm ölçülü gümüş nanohissəcikləri olan poli-N-vinilpirrolidon və qummiarabik əsaslı nanobiokompozitlər sintez olunmuşdur. - Daşkəsən Filizsaflaşdırma kombinatının tullantılarından qiymətli metalların çıxarılmasının optimal parametr və rejimləri müəyyən edilmiş, Azərbaycanda ilk dəfə olaraq filiz tullantılarından təbiətə ziyan vurmadan faydalı metalların yuma üsulu ilə hasilat texnologiyası işlənib hazırlanmışdır. - Ağır p-elementlər əsasında topoloji izolyator xassəli qarışıq laylı bəzi telluridlərin mükəmməl monokristalları yetişdirilmiş, beynəlxalq kollaboratorlarla birgə tədqiqat nəticəsində bu materi-alların terahers detektorlarda sahə-effekt tranzistorları kimi tətbiqinin mümkünlüyü müəyyən edilmiş və monokristallik layların nanopulcuqlarından yığılmış nanoantennalar əsasında skanedici sınaq qurğusu vasitəsilə müxtəlif qeyri-şəffaf obyektlərin daxili görüntülərinin yüksək keyfiyyətli təsvirləri alınmışdır. - Mingəçevir su anbarının sualtı polad qurğularında mikrobioloji bakteriyaların və onların həyat fəaliyyətinin nəticəsi olan hidrogen sulfid korroziyası aşkar edilmişdir. Bu mikroorqanizmlər anaerob xassəli olub sudakı SO42- ionları ilə qidalanaraq H2S ifraz etməklə, pittinq korroziyasına səbəb olurlar. - Üzvi batareyalarda elektrod materialı kimi perspektivli material olan dördəvəzli fenilendiaminlərin monomer və oliqo-merlərinin, onların mis komplekslərinin alınma üsulları işlənib hazırlanmışdır. - Sualtı obyektlərin aşkar edilməsi üçün geniş tezlik intervalına malik akustik antenaların hazırlanması məqsədi ilə poli-N-vinilpirrolidon və qummiarabik sopolimeri əsasında ölçüləri 7-9 nm olan yeni sinif pyezoelektrik gümüş nanokompozitləri alınmışdır. - Acınohur titanmaqnetit konsentratının təbii qazla reduksiyası vasitəsilə və xitozan (0,01%) modifikatorundan istifadə etməklə titan 4-oksidin rutil və anataz formalarının istiqamətli sintezinin optimal rejimi və parametrləri müəyyən edilmiş və prosesin texnoloji sxemi hazırlanmışdır. - Günəş batareyalarında istifadə edilən CdS birləşməsinin fotohəssaslığından daha yüksək fotohəssaslığa və daha geniş spektr sahəsinə malik Cd3As2S3Se3 birləşməsi sintez edilmiş, onun optiki və fotoelektrik xassələri öyrənilmiş və fotorezistor kimi günəş batareyalarında istifadə olunmasının perspektivliyi göstərilmişdir. - Perflüorlaşdırılmış dəmirtetrafenilporfirin (per-FTPhPFe(III)OH/Al2O3) biomimetik katalizatorunun tsikloheksan və metiltsikloheksan qarışığının hidrogen peroksidlə oksidləşməsində tsiklo-heksana qarşı yüksək seçiciliyi müəyyən edilmiş və göstərilmişdir ki, prosesdə 2000C-də - 11.3% tsikloheksanon və 2300C-də - 23.2% tsikloheksen alınır. - İlk dəfə olaraq bir mərhələli bərk fazalı reaksiya ilə mikrodalğa texnologiyasından və yerli xammal olan Daşkəsən maqnetitindən istifadə etməklə Ni, Co, Zn və Cu metallarının ferritləri alınmış və onların karbon monooksidin oksidləşməsində yüksək aktivliyi müəyyən edilmişdir. - Nanoölçülü gümüş hissəcikləri saxlayan kvaternizə olunmuş poli-4-vinilpiridin hidrogeli əsasında sintez olunmuş kompozitlərdə doksisiklin antibiotiki immobilizə olunmuş və müəyyən edilmişdir ki, doksisiklin nano-kompozitin tərkibində bioloji aktivliyini uzun müddət saxlayır və onun daşıyıcıdan tədricən ayrılması azı 48 saat ərzində müşahidə olunur. - Elektrokimyəvi yolla anodda oksidləşmiş nanoməsaməli Al2O3 daxilində n-tip CdS nanotellər çökdürülmüş və alınan strukturun üzərinə CdTe nazik təbəqəsi çökdürülərək yeni nəsil Günəş çevriciləri üçün n-CdS/p-CdTe hetrokeçidləri yaradılmışdir. - Dəmir və vanadium tərkibli filiz konsen-tratlarının təbii qazla reduksiyasının qeyri-tarazlıq Gibbs enerjisinin komponentlərin parsial təzyiqindən asılılığının analitik 3D modeli işlənilmişdir ki, bu da reduksiya prosesinin başlanğıc temperaturunu 1000C azaldan təzyiq parametrinin qiymətlərini müəyyənləşdirməyə imkan verir: - İlk dəfə olaraq elektrolit kimi morfolin formiat ion mayesindən istifadə etməklə elektrik hərəkət qüvvəsi (EHQ) üsulu ilə M-X-I (M-Tl, Sb, Bi; X-S, Se, Te) sistemlərində əmələ gələn üçlü birləşmələrin parsial və inteqral termodinamik funksiyaları yüksək dəqiqliklə təyin edilmişdir. Bu yanaşma qeyri-üzvi sistemlərin termodinamik təd-qiqatlarında EHQ üsulunun tətbiq imkanlarını əhəmiyyətli dərəcədə genişləndirməyə imkan verir. - Karbon turşularının tiosemikarbazonları və hidrazonları ilə birinci dövr keçid metallarının koordinasion birləşmələri sintez olunmuş, onların quruluşu öyrənilmiş və müəyyən edilmişdir ki, alınmış maddələr bəzi metabolik fermentlərə qarşı ingibitor xüsusiyyətlərinə malik olmaqla qlaukoma, Alzheymer xəstəlikləri üçün potensial preparatlardır. - Elektrokimyəvi müqayisə elektrodu kimi qeyri-su mühitində istifadə edilən ferro-sen/ferrisinium sistemi ilə müqayisədə oksidləşmə-reduksiya prosesləri daha sürətli baş verən, elektrod potensialları daha əlverişli sahədə yerləşən və məhlulda daha davamlı olan yeni oktametilferrosen/ oktametilferrisinium sistemi işlənib hazırlanmışdır. - İlk dəfə olaraq ferrosenin iştirakında tsikloheksanın katalitik pirolizi ilə alınan karbon nanoborularının tərkibində Fe3C karbidin və dəmirin yüksək temperaturlu -modifikasiyasının əmələ gəlməsi X-ray analiz üsulu ilə aşkar olunmuşdur. Fe-tərkibli karbon nanoboruların kumolun və etilbenzolun aerob oksidləşmə proseslərində yüksək katalitik aktivliyə malik olduğu müəyyən edilmişdir. - İlk dəfə olaraq ikivalentli platin və palladiumun bioloji sistemlərə xas olan funksional qruplara malik bioloji fəal merkamin və -merkaptoetanol liqandları ilə çoxnüvəli koordinasion birləşmələri alınmış, onların strukturları öyrənilmiş, quruluş və bioloji fəallıq (radioprotektor, onkoloji, dermatoloji) arasında korrelyasiya müəyyən edilmişdir. - Polistirol istehsalında benzolun etilenlə alkilləşmə prosesində zərərli aralıq məhsul kimi əmələ gələn fenilasetilenin selektiv hidrogenləşmə reaksiyasının tərkibində metal olmayan mezo-quruluşlu polimer karbon nitrid katalizatoru üzərində kinetik qanunauyğunluqları tədqiq edilmiş və prosesin riyazı modeli işlənilmişdir. - Xitozanın qarışqa aldehidi və benzaldehid ilə reaksiyası nəticəsində alınmış, yüksək həll olma qabiliyyətinə malik N-metil-N-benzil törəməsinə L-tiroksin dərman preparatının inkapsullaşdırılması həyata keçirilmişdir. Alınan biokompleksin siçanlarda in vivo kəskin və xroniki toksikliyi yoxlanılmış və bir ay müddətində onlarda əks reaksiya müşahidə olunmamışdır. - Dispers neft mühitində kütlə köçürmə hadisələri və reoloji xassələr əsasında diffuziya və qravitasiya mexanizmləri, neftdə olan asfalt-qətran və bərk hissəciklərin çökmə və neft avadanlığının səthində hissəciklərin sıx layının yaranma modelləri təklif edilmişdir. Bu modellər neft avadanlıqlarının vəziyyətinin zamana görə proqnozlaşdırılmasına və onların istismar müddətinin artırılması üçün optimal şəraitin seçilməsinə imkan verir. - Bərk məhlulların termodinamiki stabillik funksiyasını qeyri-səlis sistemlərin çoxhədəfli genetik alqoritmi vasitəsilə həll etməklə iki və üç komponentli xalkogenid bərk məhlulların binodal və spinodal sahələrinin hesablanma üsulu işlənmişdir. - Daşkəsən filiz hövzəsində yerləşən Filizsaflaşdırma kombinatının tullantılarından faydalı metalları (Co, Cu, Zn, Mn) yuma üsulu ilə çıxartmaq üçün təbiətə ziyan vurmayan ekoloji təhlükəsiz hasilat texnologiyası işlənilmiş, prosesin rejimi və optimal parametrləri müəyyən edilmişdir. - Elektrokimyəvi müqayisə elektrodu kimi qeyri-su mühitində istifadə olunan ferro-sen/ferrisinium sistemi ilə müqayisədə oksidləşmə-reduksiya prosesləri daha sürətli baş verən, elektrod potensialları daha əlverişli sahədə yerləşən, məhlulda daha davamlı olan yeni heksametilferrosen/ heksametilferrisinium (Me6Fc/Me6Fc+) və oktametilferrosen/ oktametilferrisinium (Me8Fc/Me8/Fc+) sistemləri hazırlanmışdır. - Tsikloheksanın ferrosen iştirakında katalitik pirolizi nəticəsində tərkibində dəmir karbidi (Fe3C) və dəmirin yüksək temperaturlu -modifikasiyasını saxlayan karbon nanoboruları alınmış, onların etilbenzolun və kumolun aerob oksidləşməsində yüksək katalitik aktivliyi müəyyən edilmişdir. - Yeni sintez olunmuş ZrMo2, ZrV0,3 və VFe0,2 ərinti katalizatorları üzərində metanolun 125-2250C-də oksidləşməsi nəticəsində formaldehid və dimetil efiri ilə yanaşı 40–43% yüksək setan ədədinə (75-80) malik dimetoksimetanın da alınması müəyyən edilmişdir. - Neft avadanlıqlarında istifadəsi nəzərdə tutulan korroziyaya davamlı Pb-Sb-Te nazik təbəqələrinin alınması üçün elektrolizin optimal şəraiti tapılmış və müəyyən edilmişdir ki, onlar neft avadanlıqlarının polad materiallarının ömrünü 5-6 dəfə artırır. - Hidrotermal üsulla sintetik polivinilpirrolidon və orqano-bentonit əsasında alınmış kompozit materialın mövcud sorbentlərlə müqayisədə ağır metal ionlarının (Cr3+, Pb2+ və s.) filiz emalı tullantı sularından, kationaktiv, anionaktiv və qeyri-ionogen boyaların isə toxuculuq sənayesinin tullantılarından çıxarılmasında yüksək sorbsiya tutumuna malik olması müəyyən edilmişdir. - Temperatur sensorlarının, tənzimləyici-lərin, optiki ötürücülərin hazırlanmasında istifadə oluna biləcək (Ga2S3)1-x(La2S3)x-y(Er2S3)y tərkibli aşağı foton enerjili lüminofor şüşələr sintez edilmiş və xassələri öyrənilmişdir. - Seksiyalı pilot qurğuda molekulyar azotun hidrogen peroksidlə atmosfer təzyiqində katalizator tətbiq etmədən bir mərhələdə koherent-sinxronlaşdırılmış fiksasiyası nəticəsində azotun 5800C 50 küt.%-ə yaxın konversiyasında azot-1 oksidi, nitrat, nitrit və hiponitrit turşuları alınmışdır. - İlk dəfə olaraq yığıılmış laboratoriya qurğusunda çox divarlı karbon nano-borularının sintezi aparılmışdır. Bu perspektiv materiallar yeni nəsil kimyəvi proseslər üçün katalizatorlar, polimer stabilizatorları, sement modifikatorları və s. alınmasında istifadə üçün nəzərdə tutulub. - Kimyəvi proseslərinin müxtəlif xarakterli dinamikasını nəzərə almaqla qeyri-stasionar riyazi modellərinin və optimal idarə etmə blok sxemlərinin yaradılması metodları işlənib hazırlanmışdır. Bu metodların düzgünlüyü krekinq və piroliz qazlarının emalı kompleksinə daxil edilmiş proseslərin optimal idarəetmə rejimlərinin hesablanması ilə təsdiq edilmişdir. - İlk dəfə olaraq tərkibində metal olmayan polimer karbon nitrid üzərində asetilenin otaq temperaturunda 87% seçiciliklə etilenə katalitik hidrogenləşməsi reaksi-yası kəşf edilmiş, prosesin optimal şəraiti işlənib hazırlanmışdır. - Poli-N-vinilpirrolidon əsasında alınmış gümüş nanokatalizatorunun iştirakında benzolun oksidləşmə reaksiyası 400C, atmosfer təzyiqində öyrənilmiş və göstərilmişdir ki, bu şəraitdə yeganə məhsul kimi (99%) malein anhidridi alınır və katalizator bir neçə tsikldə öz aktivliyini saxlayır. - Hidravlik diffuziya və filtrasiya tənliklərinin əsasında neftdəki asfalt-qatran maddələrin və parafinlərin tərkibinin təsirini nəzərə alaraq, qeyri-Nyuton neftin reoloji modelləri hazırlanmış və onların əsasında bu neftin nəqli hesablanmış, məsaməli mühitin fiziki xüsusiyyətləri və əmsalları təyin edilmışdir. - Qeyri-Nyuton neftin özlülüyünün sistemdəki quruluş əmələ gətirən asfalt və qətran maddələrinin tərkibindən asılılığının modelləri təqdim edilmişdir. Qeyri-Nyuton neftlərinə xas olan hidravlik diffuziya tənliyinin analitik həllinə əsaslanaraq, məsaməli mühitlərdə hidravlik diffuziya və keçericilik əmsallarının qiymət-ləndirilməsi üçün yeni ifadələr alınmış, bu neftlərin məsaməli mühitlərdə hidrodinamik süzülmə prosesi üçün yeni filtrasiya tənliyi təklif olunmuşdur. - MnTemBV2Te3 (BV-Bi,Sb) homoloji sıralarına aid laylı birləşmələrin yeni nümayəndələri sintez edilmiş, monokristallar halında alınmış və xarakterizə edilmişlər. Alınmış kristal nümunələri tədqiq edilmiş və müəyyən olunmuşdur ki, bu materialların magnit, elektron və topoloji izolyator xassələri m əmsaılnın qiymətindən kəskin asılıdır. Bu, onlar əsasında topoloji kvant hesablamaları, həmçinin antiferromagnit və 2D spintronika üçün yeni effektiv funksional Van-der-Vaals heterostrukturları yaratmağa geniş imkanlar açır. - Metanın qaz fazada hidrogen peroksidlə birbaşa metanola (19,2%) və onun dimetil efirinə dehidratlaşma (8,2%) ilə gedən (ümumi selektivliyi 90%-ə yaxın) oksidləşməsi üçün nanostrukturlu bifunksional biomimetik katalizator penta-FTPhPFe (III)/Al2O3 sintez edilmişdir. - Nəzəri əsaslandırılmış kinetik modellər əsasında xlorkarbohidrogenlərin katalitik oksidləşmə prosesləri üçün optimal reaktor tipi seçilmişdir. Müəyyən edil-mişdir ki, xloretilenlərin selektiv oksidləş-məsi prosesini “qaynar” katalizator laylı reaktorlarda, dərin oksidləşmə proseslərini isə “tərpənməz” laylı reaktorlarda ideal sıxışdırma modeli tərtib etməklə həyata keçirmək məqsədəuyğundur. - Xitozanın modifikantları əsasında yeni enterosorbentlər sintez olunmuş və onların kobalt(II), mis(II), nikel(II) ionlarının sulu məhlullarından sorbsiya xüsusiyyətləri öyrənilmişdir. Xitozanın modifikantlarının bu ionların az miqdarlarına qarşı yüksək sorbsiya qabiliyyətinə malik olmaları müəyyən edilmişdir. - Kombinə edilmiş yolla nazik təbəqəli Fe2O3/TiO2 və FeSx/TiO2 heterosistemləri yaradılmış və onların fotoelektrokimyəvi xassələri tədqiq edilmişdir. Göstərilmişdir ki, Fe2O3/TiO2 FeSx/TiO2 nazik təbəqəşəkilli heterosistemləri fotokatalitik xassələrinə malikdir və onlar fotoelektroliz prosesində model elektrod kimi istifadə edilə bilər. - Nanoelektronika üçün maqnit xassəli yarımkeçirici qrafen nanokristallarının yaranması, onların elektron quruluşu, fiziki və fiziki-kimyəvi xarakteristikaları kvant-kimyəvi metodla modelləşdirilmişdir. Qrafen kristalına vakansiyaların və ya germanium atomunun təsiri nəticəsində kristalın enerji zonasının yenidən qurulması, Fermi səviyyəsinin yerdəyişməsi və qadağan olunmuş zonanın genişlənməsi qeyri-empirik hesablama üsulu ilə təsdiq edilmişdir. |
|
İşçilərinin ümumi sayı | Ümumi işçilərin sayı - 434, elmi işçi - 254, o cümlədən 5 akademik, 3 müxbir üzv, 32 elmlər doktoru, 112 (kimya və texnika üzrə) fəlsəfə doktoru çalışır. | |
Struktur bölmələri | Sorbsiya prosesləri şöbəsi Seolit katalizi laboratoriyası Elmi-informasıya və patent tədqiqatları şöbəsi Qeyri-üzvi sintetik sorbentlər laboratoriyası Mineral sorbentlər laboratoriyası Qeyri-üzvi funksional materiallar şöbəsi Funksional materialların komponentlərinin sintezi laboratoriyası Keçid elementlərinin xalkogenidləri laboratoriyası Funksional qeyri-üzvi maddələrin termodinamikası laboratoriyası Kompozisiya örtük materialları və korroziyadan mühafizə laboratoriyası Oksidləşdirici heterogen kataliz şöbəsi Kimya sənayesinin yan məhsullarının emalı laboratoriyası Fiziki-kimyəvi texnologiyalar və onların modelləşdirilməsi laboratoriyası Koherent-sinxronlaşdırılmış oksidləşmə reaksiyaları şöbəsi Nanokarbon katalizatorları iştirakında hidrogen peroksidlə oksidləşmə laboratoriyası Monooksigenaz reaksiyalarının modelləşdirilməsi laboratoriyası Biomimetik sensorlar və azot 1-oksidlə oksidləşmə laboratoriyası Biomimetik katalizatorlar üçün üzvi liqandların sintezi laboratoriyası Kimyəvi və ekoloji proseslərin modelləşdirilməsi və texnologiyası şöbəsi Katalizatorların hazırlanması laboratoriyası Ekoloji kataliz laboratoriyası Nano və elektrokataliz şöbəsi Renium ərintilərinin elektrokimyası və elektrokatalizi laboratoriyası Nanostrukturlaşdırılmış metal-polimer katalizatorları laboratoriyası Nanokompozit katalizatorlar laboratoriyası Nanoelektrokimya və elektrokataliz laboratoriyası Metal-üzvi birləşmələr əsasında nano-katalizatorlar laboratoriyası Mineral xammalın kompleks emal şöbəsi Qeyri-filiz mineral xammalının emalı laboratoriyası Dəmir və titan tərkibli filiz xammalının emalı labaratoriyası Analitik kimya laboratoriyası Əlvan metal tərkibli mineral xammalın emalı laboratoriyası Koordinasiya birləşmələri şöbəsi Nadir metalların kompleks birləşmələri laboratoriyası Molekulyar maqnetiklər və keçiricilər laboratoriyası Metal-klatrat birləşmələr laboratoriyası Keçid metallarının metal-üzvi birləşmələri laboratoriyası Zəhərli kimyəvi maddələrin zərərsizləşdirilməsi laboratoriyası Kimyəvi- texnoloji proseslərin modelləşdirilməsi laboratoriyası Elmi nəşrlər şöbəsi Beynəlxalq əlaqələr, qrant layihələri və innovasiya şöbəsi Fiziki-kimyəvi analiz şöbəsi Təhsil şöbəsi |
|
Elmi şura - sədr - sədr müavini - katib - üzvləri |
Akademik Dilqəm Tağıyev AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı kimya elmləri doktoru Mina Munşiyeva akademik, k.e.d., prof. Tofiq Nağıyev akademik, t.e.d., prof. Ağadadaş Əliyev akademik Əjdər Məcidov müxbir üzv, k.ü.e.d., prof. Eldar Zeynalov müxbir üzv, t.ü.e.d., prof. Qüdrət Kəlbəliyev k.ü.e.d., prof. Arif Əfəndi k.ü.e.d., prof. Arif Heydərov k.ü.e.d., Akif Əliyev k.ü.e.d., prof. Asif Məmmədov k.ü.e.d., Elza Salahova k.ü.f.d., Esmira Quluzadə k.ü.e.d., prof. Etibar İsmayılov t.ü.e.d., prof. Fikrət Sadıxov k.ü.f.d., dos. Faiq Məmmədov k.ü.e.d., dos. Fəxrəddin Mahmudov k.ü.e.d., prof. İxtiyar Bəxtiyarlı k.ü.e.d., İltifat Lətifov k.ü.e.d., prof. İmir Əliyev k.ü.e.d., prof. Mirsəlim Əsədov k.ü.e.d., dos. Nəhməd Əlizadə k.ü.e.d., Nizami Zeynalov t.ü.f.d., Rəna Mirzəyeva k.ü.f.d. Sevinc Məmmədova k.ü.e.d., prof. Vaqif Əhmədov k.ü.f.d., Vaqif Qasımov k.ü.f.d., dos. Ülviyyə Məmmədova k.ü.e.d., Zenfira Ağayeva |
|
Gənc alimlər və mütəxəssislər şurası - sədr - katib - üzvləri |
k.ü.f.d., Elmir Babayev k.ü.f.d., Nigar İbrahimova k.ü.f.d, Ülviyyə Məmmədova k.e.i., Səriyyə Ağaməmmədova k.ü.f.d., Sevinc Osmanova Vüsal Əhmədov k.ü.f.d., Nuranə Məlikova Elvin Cabarov Gülşən Nəhmətova İlahə Mehdiyeva Elnur Orucov Aytən Ağazadə |
|
Dissertasiya şurası - sədr - sədr müavini - elmi katib - üzvləri |
2316.01- akademik Tağıyev Dilqəm Bəbir oğlu - Kataliz və Qeyri-üzvi Kimya İnstitutu 2303.01- müxbir üzv Babanlı Məhəmməd Baba oğlu - Kataliz və Qeyri-üzvi Kimya İnstitutu 2316.01- k.e.ü.f.d., Məmmədova Ülviyyə Əhməd qızı - Kataliz və Qeyri-Üzvi Kimya İnstitutu 2316.01- k.e.d., S.İ.Abbasov - Neft-Kimya Prosesləri İnstitutu 2303.01- k.e.d., İ.B.Bəxtiyarlı - Kataliz və Qeyri-üzvi Kimya İnstitutu 2303.01- k.ü.e.d., A.Ş.Əliyev - Kataliz və Qeyri-üzvi Kimya İnstitutu 2303.01- k.ü.e.d., İ.İ.Əliyev - Kataliz və Qeyri-üzvi Kimya İnstitutu 2303.01- k.ü.e.d., Ö.M.Əliyev - Kataliz və Qeyri-üzvi Kimya İnstitutu 2316.01- k.e.d., A.C.Əfəndi - Kataliz və Qeyri-üzvi Kimya İnstitutu 2316.01- k.e.d., E.İ.Əhmədov – Bakı Dövlət Universiteti 2316.01- k.e.d., E.H.İsmayılov - Kataliz və Qeyri-üzvi Kimya İnstitutu 2303.01- müxbir üzv Ə.Ə.Məcidov - Kataliz və Qeyri-üzvi Kimya İnstitutu 2303.01- k.e.d., A.Ə.Heydərov - Kataliz və Qeyri-üzvi Kimya İnstitutu 2316.01- müxbir üzv E.B.Zeynalov - Kataliz və Qeyri-üzvi Kimya İnstitutu |
|
Həmkarlar təşkilatı - sədr - sədr müavini - katib - büro üzvləri |
k.e.d., prof. Arif Əfəndi k.e.d., Elza Salahova k.e.d., Dilbər Əjdərova k.ü.f.d., Vaqif Qasımov k.ü.f.d., Aygün Rüstəmova Könül Salmanova |
|
İctimaiyyətlə əlaqələrə məsul şəxs | k.ü.f.d., dos. - Faiq Məmmədov | |
Elmlər doktorları | ||
Fəlsəfə doktorları |