Veb-sayt | www.botany.az | ![]() |
Ünvan | AZ1004, Azərbaycan Respublikası, Bakı ş., Badamdar şossesi 40 | |
Tel. | (+994 12) 5024394 | |
Faks | (+994 12) 4970994 | |
Elektron poçtu | ||
Baş direktor |
Səyyarə Cəmşid qızı İbadullayeva biologiya elmləri doktoru, professor Mobil tel.:(055) 823-15-71 E-poçt:ibadullayeva.sayyara@mail.ru |
|
İcraçı direktor |
biologiya elmləri doktoru Mobil tel.: E-poçt: |
|
Elmi katib | Xuraman Cabbar qızı Xəlilova
Biologiya üzrə fəlsəfə doktoru Xidməti tel.: (+994 12) 5024480 Mobil tel.: (+994 50) 5523820 Faks: (+994 12) 4970994 E-poçt: xuraman.xelilova@gmail.com |
|
Yaranma tarixi | Azərbaycan Milli Elmlər Akademiyası Botanika İnstitutu Azərbaycan Respublikasında bitkilər aləmini öyrənən geniş profilli elmi mərkəzdir. 1936-cı ildə keçmiş SSRİ EA Zaqafqaziya filialının Azərbaycan şöbəsinin botanika bölməsi əsasında təşkil olunmuşdur. İlk direktoru institutun təşəkkül tapmasında böyük rolu olmuş görkəmli botanik, Qafqaz florasının məşhur tədqiqatçısı, SSRİ Dövlət mükafatı laureatı, akademik A.A.Qrossheym olmuşdur. Sonrakı dövrlərdə İnstituta akademik M.H.Abutalıbov (1947-1950; 1962-1978), akademik H.Ə.Əliyev (1950-1952), b.e.d. Ş.Ö.Barxalov (1952-1957), akademik V.C.Hacıyev (1988-2008), müxbir üzv S.H.Musayev (2008-2010), akademik V.M.Əli-zadə (2010-2021) rəhbərlik etmişlər. Hal-hazırda Botanika İnstitutunun direktoru b.e.d., professor S.C.İbadullayevadır (2021-ci ildən). Onlardan əlavə, institutun tanınmasında həmçinin görkəmli akademik və professorlar – V.Tutayuq, V.Ulyanişev, İ.Karyagin, Q.Axundov, L.Prilipko, R.Rzazadə, İ.Səfərov, C.Əliyev, R.Əsgərova, N.İsmayılov və başqalarının çox böyük rolu olmuşdur. İnstitutun fəaliyyəti dövründə 8 cildli “Azərbaycan florası”, 7 cildli “Qafqaz florası”, “Qafqaz şibyə florası”, 4 cildli “Azərbaycan mikoflorası”, “Böyük Qafqazın yüksək dağ bitkiliyi”, 2 cildli “Azərbaycanın otlaq və biçənəklərinin yem bitkiləri”, 3 cildli “Azərbaycanın ağac və kol bitkiləri”, “Azərbaycanın Qırmızı və Yaşıl kitablarına tövsiyə olunan bitki və bitki formasiyaları”, “Azərbaycanın alkoloidli bitkiləri”, “Bitkilərin fotosintez fəaliyyəti, mineral qidalanması və məhsuldarlığı”, “Azərbaycanın torpaq-bitki örtüyündə stronsium-90 və sezium”, “Bitki karbonhidrazası”, “Fotosintez və soya məhsulu”, “Bitkilərin mineral qidalanması”, 2 cildli “Bitki fiziologiyası” və s. kimi fundamental monoqrafiyalar, kitablar, terminoloji lüğətlər və minlərlə dəyərli əsərlər dərc olunmuşdur. Son 20 ildə İnstitut əməkdaşlarının 50-yə yaxın kitabı, o cümlədən “Azərbaycanın Qırmızı Kitabı” çapdan çıxmışdır. | |
Əsas fəaliyyət istiqamətləri | Bitkilərin biomüxtəlifliyinin müasir vəziyyəti və dinamikasının qiymətləndirilməsi, ehtiyatların üzə çıxarılması, mühafizəsi və səmərəli istifadəsi, məlumat bazaları və interaktiv xəritələrinin hazırlanması;
Stress və orqanizmlərin yaşadıqları mühit dəyişikliklərinə adaptasiya mexanizmlərinin biokimyəvi, hüceyrə və orqanizm səviyyəsində aydınlaşdırılması, kənd təsərrüfatı əhəmiyyətli bitkilərin məhsuldarlığının yüksəldilməsi. |
|
Əsas elmi nəticələr | Azərbaycanın nadir və nəsli kəsilməkdə olan bitki və göbələklərinin daxil edildiyi “Azərbaycanın Qırmızı Kitabı”nın 2-ci nəşri dərc olunmuşdur. Yeni siyahıya daxil edilmiş 300 növün 266-sı ali bitkilərə, 20-si ibtidai bitkilərə və 14-ü göbələk növlərinə aiddir.
İlk dəfə olaraq Beynəlxalq Təbiəti Mühafizə İttifaqının (İUCN) Qırmızı siyahısının kateqoriya və meyarlarına uyğun qiymətləndirilmiş Azərbaycan florasında mövcud olan 171 endem bitkilər haqqında məlumatlar sənədləşirilmişdir və 50 prioritet endem növ üzrə ətraflı məlumatlar, xəritələr və şəkillər ABŞ-da ingilis dilində “Qafqazın endembitkilərinin qırmızı siyahısı” (2014) adlı nəşr olunmuş monoqrafik əsərdə öz əksini tapmışdır. İlk dəfə olaraq Pecedanum ruthenicum M.B. və Heracleum pastinacifolium (Apiaceae) növlərinin köklərindən elm üçün yeni 3 bioloji fəal maddə - furokumarin törəməsi (psoroheraklin, peyserutenin və peyceruteninin) fərdi şəkildə alınmış və müasir Spektroskopiya metodları (İnfra-qırmızı, proton maqnit rezonansı, karbon-13 nüvə maqnit rezonansı, NMR Dept 135 və Dept 90) ilə onların quruluş formulları təyin edilmişdir. Elm üçün yeni Nonea cyanocalix Pop. ex V.Karimov və Nonea bakuensis Pop. ex V.Karimov bitki növlərinin təsviri ilk dəfə olaraq verilmişdir. Tuberculina Tode ex Sacc. parazit göbələk cinsi növləri transmission elektron mikroskopu ilə tədqiq olunmuş, əhəmiyyətli identifikasiya əlamətləri aşkar edilmişdir. Ağır metalların Artemisia fragrans növünün Azərbaycanın texnogen çirklənmiş ərazilərində bitən ekotiplərinin müxtəlif hissələrində lokalizasiyası bitkilərin xüsusi tolerantlıq strategiyası kimi müəyyənləşdirilmişdir. İnstitut əməkdaşları NATO, İUCN, CEPF, INTAS, CRDF, STCU, Volkswagen Stifftung və s. grantlarına layiq görülmüş bir sıra beynəlxalq müştərək layihələrdə iştirak etmişlər: 2004-2005 – «Azərbaycan florasından ağır metalların hiperakkumulyatoru olan bitki növlərinin müəyyənləşdirilməsi və səciyyələndirilməsi»; 2006-2008 – «Ətraf mühitin mühafizəsi: Azərbaycanın bəzi ağac növlərinin göbələk xəstəliklərinin monitorinqi və tədqiqi»; 2006-2009 – «Qafqaz biomüxtəlifliyinin qaynar nöqtəsi üçün bitkilərin Qırmızı Siyahısının qiymətləndirilməsinin koordinasiyası və işlənib hazırlanması»; 2006-2009 – «Neft kəmərinin ekoloji təkmilləşdirməsi üçün yeni yanaşma»; 2007 – «Qafqazda potensial təhlükə altında olan Pyrus növlərinin tədqiqi və qiymətləndirilmə statusu»; 2007-2008 – «Qafqazın Qorunan Ərazilərində bitki saxlanması – Mühüm Bitki Ərazilərinin müəyyənləşdirilməsi»; 2009-2011 – «Azərbaycanda şam ağaclarını məhv edən qabıq böcəkləri (Coleoptera: Scolytidae) ilə assosiasiyada olan göbələklərin molekulyar tədqiqi»; 2010-2012 – «Abşeronun sənaye tullantıları ilə çirklənmiş torpaqlarının bioremediasiyası metodlarının işlənib hazırlanması»; 2011-2013 – «Qafqazda bitki müxtəlifliyinin saxlanması metodlarının işlənib hazırlanması» 2011-2013 – “Abşeronun texnogen çirklənmiş torpaqlarının təmizlənməsi üsullarının işlənilib hazırlanması” 2013-2015 - “Azərbaycanın yabanı bitki növlərinin toplanması” 2014-2015 - “Aral-Xəzər dənizi hövzələrinin azməhsuldar torpaqlarında ərzaq təhlükəsizliyinin yüksəldilməsi” 2016-2017 - Azərbaycanda şabalıd ağaclarının (Castanea sativa Mill.) sağlamlıq statusunun qiymətləndirilməsi: şabalıd xərçəngi və assosiasiyada olan göbələklər” 2016-2017 - “Azərbaycanda ağac bitkilərində yayılan unlu şeh göbələklərinin öyrənilməsi və mübahisəli növlərin statusunun təyin edilməsi” 2016-2018 - “Azərbaycanın yabanı bitkilərin toxumlarının toplanması” Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu tərəfindən dəstəklənən: Biomüxtəlifliyin qorunması: Azərbaycanın nadir və nəsli kəsilməkdə ola bitki və göbələk növlərinin statusunun qiymətləndirilməsi (rəhbər – akad. Validə Əlizadə); “Kür-Araz ovalığının azmәhsuldar torpaqlarının bәrpası üçün bioloji yanaşmalar” (rəhbər – b.ü.f.d. Tamilla Şirvani); “Ətraf mühit dəyişməsi və bitki müxtəlifliyinin qorunması” mövzusunda beynəlxalq tədbirin təşkili (rəhbər – b.ü.f.d. Esmira Əlirzayeva); “Azərbaycanın herbari tip nüsxələrinin Avropa virtual herbari informasiya bazasına daxil edilməsi və tətbiqi” (rəhbər – Aidə Dadaşova) “Cryphonectria parasitica (Murrill) M.E.Barr. populyasiyasının tərkibinin tədqiqi və bioloji mübarizə üçün ötürülə bilən hipovirulentliyin effektivliyi” (rəhbər - b.ü.e.d. Dilzarə Ağayeva) 2015-2016 “Xəzər dənizi ekosisteminin multidissiplinar tədqiqatları və modelləşdirilməsi” (iştirakçı AMEA-nın Coğrafiya İnstitutu ilə) 2016-2018 “Azərbaycan florasında endem və nadir bitkilərin növ müxtəlifliyinin azalma və itmə təhlükəsinin proqnozlaşdırılması” (rəhbər – akad. Validə Əli-zadə) 2015-2017 “Bəzi perspektivli dərman bitkilərinin fitokimyəvi, neyrofizioloji tədqiqi və bioloji fəal maddələrlə zəngin qida əlavələrinin alınması texnologiyasının hazırlanması” (rəhbər - b.ü.e.d. E.N.Novruzov, iştirakçı AMEA-nın Fiziologiya İnstitutu ilə) 2017-2018 Institut Beynəlxalq bir sıra elmi təşkilatla Memorandum və müqavilələrimzalamışdır: Free University of Berlin, Hannover və Ştutqart Universitetlərinin Bitki Qidalanması İnstitutları, Marburg Philipps Univers. Farmakoloji Kimya Institutu (Almaniya); Kyu Kral Botanika Bağı (Böyük Britaniya); Vyana Təbiət Tarixi Muzeyi (Avstriya); Fribourg Təbiət Tarixi Muzeyi (İsveçrə); Andrew W.Mellon Fondu, Missouri Botanika Bağı və Çikaqo Botanika Bağı (ABŞ); Şoran Torpaqlarda Əkinçiliyin İnkişafı üzrə Beynəlxalq Mərkəz (İCBA); Rusiya Elmlər Akademiyasının Ural Bölməsinin Komi Elmi Mərkəzi və Sibir bölməsinin Mərkəzi Sibir Botanika Bağı Sabançi Universiteti (Türkiyə), Ukrayna EA Botanika İnstitutu PPC (ABŞ), Bİ (Ukrayna), “Fitokimya” beynəlxalq elmi-istehsalat holdinqi (Qazaxıstan), Hacettepe Universiteti (Türkiyə-Ankara) Son 5 ildə institut əməkdaşları tərəfindən 6 monoqrafiya, 6 elmi əsərlər toplusu, 28 kitab, 3 kitab fəsli (xarici mətbuatda), 1 xəritə, 750 məqalə (400 yerli, 350 xarici mətbuatda) nəşr olunmuşdur. Həmçinin 5 patent alınmışdır. |
|
İşçilərinin ümumi sayı | 188 | |
Struktur bölmələri | Alqologiya və lixenobriologiya laboratoriyası Etnobotanika şöbəsi Mikologiya şöbəsi Botanika muzeyi Herbari şöbəsi İctimaiyyətlə əlaqələr şöbəsi Ali bitkilər sistematikasi və coğrafiyası laboratoriyası Bitki ehtiyatları şöbəsi Beynəlxalq əlaqələr şöbəsi Ekosistemlərin fitososiologiyası şöbəsi Toxum bankı sektoru Sistematika və biomüxtəliflik şöbəsi Eksperimental botanika şöbəsi Təhsil şöbəsi |
|
Elmi şura
- sədr - sədr müavini - elmi katib - üzvləri |
İbadullayeva Səyyarə Cəmşid qızı Qasımov Şakir Nəbi oğlu Xəlilova Xuraman Cabbar qızı Ağayeva Dilzarə Nadir qızı Alverdiyeva Sevda Muxtar qızı Ələsgərova Ədilə Novruz qızı Əsədova Kəmalə Kamal qızı Əsgərov Aydın Musa oğlu İsayev Cavanşir İsa oğlu Qaraxani Pərvanə Xosrov qızı Qədimov Ələddin Həsən oğlu Mehdiyeva Naibə Pirverdi qızı Muxtarova Şəkər Cəlal qızı Muradov Pənah Zülfüqar oğlu Mustafayeva Lətafət Əhəd qızı Nəbiyeva Fatmaxanım Xalid qızı Novruzov Eldar Novruz oğlu Səlimov Rəşad Allahverdi oğlu Zeynalova Aydan Mirzə qızı |
|
Gənc alimlər və mütəxəssislər şurası
- sədr _ sədr müavini - katib - üzvləri |
Zeynalova Aydan Mirzə qızı Nigar Mürsəl qızı Hüsüyev Emin Kazım oğlu Axundova Ruhiyyə Mirsalam qızı Alıyeva Ülkər Eldar qızı Ələsgərova Fidan Eldar qızı Əminli Nərmin Mustafa qızı Hacıyeva Səbinə Fazil qız Hüseynova Ülkər Salman qızı Hüsüyev Tural Kazım oğlu Xanbutayeva Aytən Rasim qızı İsayeva Şəbnəm Qədir qızı İsgəndərova Elnarə Əliyəddin qızı İsmayılova Mirxanım Mircəzan qızı Mehdiyeva Aynur Sədi qızı Mustafayeva Nihal Vəfa qızı Zeynalzadə Nigar Çingiz qızı |
|
Dissertasiya şurası - sədr - sədr müavini - elmi katib - üzvləri |
ED 1.26 İbаdullаyеvа Səyyаrə Cəmşid qızı Məmmədova Afət Dadaş-Şaraplı qızı Hüseynova Arzu Yusif qızı Abbasov Mehrac Əli oğlu Qurbanov Maqsud Rüstəm oğlu Eldarov Məhəmməd Eldar oğlu Əkbərova-Ben-Tzvi Günay Hafiz qızı Ələsgərova Ədilə Novruz qızı Əliyeva Kamilə Əli ağa qızı Əliyev Ramiz Tağı oğlu Əsgərov Aydın Musa oğlu İsgəndər Elman Osman oğlu Mehdiyeva Naibə Pirverdi qızı Mustafayeva Lətafət Əhəd qızı Nоvruzоv Еldаr Nоvruz оğlu Novruzov Vaqif Seyfəddin oğlu Talıbov Tariyel Hüseynəli oğlu |
|
Həmkarlar təşkilatı
- sədr - büro üzvləri |
Muxtarova Şəkər Cəlal qızı Abdıyeva Rəna Təhməzovna Safquluyeva Tacə Cəlil qızı Nəcəfova Dürdanə Gizir qızı Zeynalova Sevil Əbdül qızı Mirzəyeva Şəhla Nizam qızı |
|
İctimaiyyətlə əlaqələrə məsul şəxs | Qurbanova Məhsəti | |