Tel. | (+994 12) 5628625 (123) | |
Faks | (+994 12) 4499221 | |
Elektron poçtu | ||
Struktur bölmənin rəhbəri | Mirzə Kamal oğlu Musayev | |
İşçilərin ümumi sayı | 18 | |
Əsas fəaliyyət istiqamətləri |
Respublika ərazisində meyvə, giləmeyvə bitkilərinin və üzümün on-farm/in-situ şəraitdə mövcud olan genetik ehtiyatlarının toplanması, kolleksiyalarının zənginləşdirilməsi, təsviri, təsərrüfat göstəricilərinin qiymətləndirilməsi, onlardan seleksiya və ərzaq sahələrində səmərəli istifadə edilməsi; Subtropik və giləmeyvə bitkilərinin sort və formalarının respublika ərazisində areallarının təyin edilməsi və toplanması; Ekspedisiyalar nəticəsində əldə edilmiş subtropik və giləmeyvə bitkilərinin genetik ehtiyatlarının bərpa edilərək qorunması məqsədilə artıtılması və kolleksiyalara daxil edilməsi; |
|
Əsas elmi nəticələri |
Meyvə və giləmeyvə bitkilərinin yeni genofond kolleksiyaları, o cümlədən üzümün yeni ampeloqrafik kolleksiyası yaradılmış və zənginləşdirilmişdir. Meyvə-giləmeyvə bitkilərinin mədəni sortları və onların yabanı əcdadlarına aid edilən formalarla birlikdə 7000-dən artıq əkin materialı yetişdirilərək kolleksiyalara daxil edilmişdir. İnstitutun genofond kolleksiyalarında cəmlənmiş subtropik və giləmeyvə bitkilərinin 600-dən artıq sort və formalarının bioloji xüsusiyyətləri və təsərrüfat göstəriciləri müqayisəli şəkildə tədqiq edilərək qiymətləndirilmişdir. Müsbət bioloji-təsərrüfat göstəricilərinə malik sort və formalar müəyyənləşdirilmiş və təsərrüfatlarda istifadə üçün tövsiyə edilmişdir. |