Veb-sayt | ![]() |
|
Ünvan | AZ1143, Bakı ş., H.Cavid pr., 131 | |
Tel. | (+994 12) 5387646 | |
Faks | (+994 12) 5395961 | |
Elektron poçtu | azhep@physics.ab.az | |
Baş direktor | Akademik Arif Məmməd oğlu Həşimov |
|
İcraçı direktor |
Fizika-riyaziyyat elmləri doktoru, professor |
|
Elmi katib |
Fizika üzrə fəlsəfə doktoru Xidməti tel.: (+994 12) 5397423 Mobil tel.: (+994 51) 9577787 E-poçt: elmi_katib@physics.ab.az |
|
Yaranma tarixi | İnstitut 1945-ci ildə yaradılıb. | |
Əsas fəaliyyət istiqamətləri | 1. Kondensə olunmuş hal fizikası
2. Optoelektronikanın fiziki- texniki əsasları 3. Nüvə fizikası və yüksək enerjilər fizikası 4. Energetikanın fiziki-texniki problemləri |
|
Əsas elmi nəticələr |
Selenin müxtəlif modifikasiyalarının strukturu, enerji spektri, bu yarımkeçirici köçürmə hadisələrinin, müxtəlif taraz və qeyri-taraz elektron proseslərinin mexanizmləri, amorf, kristal və maye selenin fiziki xassələrinə xarici amillərin təsir mexanizmləri müəyyənləşdirilmiş, selen düzləndiricilərinin hazırlanması üzrə yeni istehsal sahəsi yaradılmışdır. AIIIBV, AIIIBVI, AIVBVI birləşmələri, onlar əsasında bərk məhlullar və çoxkomponentli geniş yarımkeçiricilər sırasının kinetik, optik xassələri və quruluş çevrilmələri tədqiq olunub və yeni qalvanomaqnit, termomaqnit və tenzometrik çeviricilər yaradılmışdır. Kristal bərk cisimlər üçün çox böyük (qiqant) foto-termo-deformasiya effektinə malik materiallar sinifi aşkar edilmiş, kiçik amplitudlu işıq impulsları ilə idarə olunan və işıq enerjisini nanoölçülü məsafələrə qədər mexaniki xətti hərəkətə çevirən aktuator işlənmiş, nanoobyektlər yaratmaq üçün yeni texnologiya təklif olunaraq, bu texnologiya ilə terahers diapazonda spin dalğaları generatoru və qəbuledicilərinin yaradılmasında istifadə oluna bilən nanoölçülü difraksiya qəfəsi işlənib hazırlanmışdır. AIIIBVI və AIIBVI yarımkeçirici və yarımmetal sferik kvant nöqtələri üçün elektronların, yüngül və ağır deşiklərin enerjisinin kvant nöqtəsinin radiusundan asılılığı təyin edilmişdir. Se əsasında kristallaşmaya davamlı fotohəssas şüşəvari yarımkeçirici xalkogen sistemin (Se-As, Se-Te) nümunələrinin alınma texnologiyası işlənib hazırlanmış və bu sistemlərin kompleks fiziki xassələri tədqiqi olunmuşdur. TlInS2 kristalında yaddaş effektinin mövcudluğu müəyyən edilmişdir. Yüksək müqavimətli və enli zolaqlı CaGa2S4, CdGa2S4 və digər xalkogenid yarımkeçiricilərin fizikası, texnologiyası və texnikası üzrə tədqiqatlar bu maddələrin işıq mənbələri, işıq qəbulediciləri, qeyri-xətti optik çeviricilər, elektrofotoqrafik təbəqələr və s. yaratmaq üçün perspektivli olmaları müəyyən edilmişdir. Laylı kristal quruluşlu yeni yarımkeçirici materiallar alınaraq onların elektron və fonon spektrləri müəyyənləşdirilmiş, onlarda stimullaşdırılmış şüalanma, elektron-deşik mayesi, Holl sabitinin kvantlanması aşkar edilmişdir. Kondensə olunmuş halın nəzəriyyəsi inkişaf etdirilmişdir. Yeni termoemission qalvanomaqnit effektləri aşkar edilmiş, spektrin 0,45-14 mkm oblastı üçün termoelektrik soyuduculu radiasiyaya davamlı fotoqəbuledicilərin, yüksək effektivli termo- və maqnitotermoelektrik materialları və soyuducularının, ionların çıxarılmasının yeni plazmooptik sisteminin, opto-elektron cihazlarının tam diaqnostikası üçün yeni zədəsiz metodların yaradılmasının fiziki əsasları işlənmiş, onların təcrübi nümunələri hazırlanıb sınaqdan keçirilmiş və tətbiq edilmişdir. Yeni yüksəktemperaturlu ifratkeçiricilər alınmışdır. Yeni yüksəkeffektli elektron texnikası funksional materialları, onların nazik və epitaksial təbəqələri alınmışdır. Metal məsaməli silisium strukturu əsasında yüksək tezlikli nəmişlik, hidrogen, karbon oksidini təyin edən detektorlar və mini batareyalar işlənilmişdir. Akustooptik ləngitmə xətləri, akustooptik ponaram qəbuledicisi və akustooptik razılaşdırılmış süzgəc işlənib hazırlanmışdır. Yüksək gərginlikli qeyri-xətli elektrik şəbəkələrində yaranan ifrat gərginliklərin kumulyativ yüksəldilməsinin aradan qaldırılmasına aid silsilə işlər yerinə yetirilmişdir. Elektrik təsirlərinə əsaslanan üsullar tədbiq etməklə yüksək elektrofiziki xüsusiyyətlərə malik dielektrik materiallar hazırlanmışdır. Kompozitlər əsasında müxtəlif məqsədli, akustik, optoakustik, fotoelektrik və akustoelektron çeviricilər işlənib hazırlanmışdır. Böyük Adron Kollayderində ATLAS təcrübələrində Hiqqs bozonun spin,fəza və yük cütlüyü kvant ədədləri təyin edilmiş, Hiqqs bozonun parçalanma kanallarının birgə təhlili nəticəsində adı çəkilən kvant ədədlərinin Standart Modeldən irəli gələn nəticələrə uyğunluğu və bu kvant ədədlərinin alternativ qiymətlərinin 99,8% ehtimalla istisna olunduğu göstərilmişdir. |
|
İşçilərinin ümumi sayı | 607 | |
Struktur bölmələri | Günəş və hidrogen enerjisinin çeviriciləri laboratoriyası Kosmik şüa mənbələrinin fizikası laboratoriyası Yarımkeçiricilərdə nanostrukturlar laboratoriyası Materialşünaslıq laboratoriyası Molekulyar spektroskopiya Spektroskopik ellipsometriya laboratoriyası Yüksək enerjilər fizikası laboratoriyası Vakuum fotoelektronikası laboratoriyası Fiziki-kimyəvi proseslərin termodinamikası laboratoriyası Kriogen texnologiyası şöbəsi Yüksək gərginliklərin fizikası və texnikası laboratoriyası Elektronoqrafiya Nazik təbəqəli strukturlar laboratoriyası İnfraqırmızı fotoelektronika və plazma hadisələri laboratoriyası Yarımkeçirici strukturların fotoelektrik və optik diaqnostikası Dinamik sistemlərdə xaos laboratoriyası Biopolimerlərin və toksinlərin spektroskopiyası Quruluş və quruluş çevrilmələri laboratoriyası Yarımkeçirici və dielektriklərin texnologiyası laboratoriyası Bionanostrukturlar fizikası laboratoriyası Nanokristallar fizikası laboratoriyası Qeyri-kristallik yarımkeçiricilərin fizikası laboratoriyası Optoelektronika laboratoriyası Fiziki-texniki proseslərin, terminlərin ensiklopedik tədqiqi, tərtibi və mətnşünaslıq şöbəsi İnformasiyanın qəbulu, saxlanması və işlənməsi şöbəsi Elmi-texniki informasiya və patent tədqiqatları şöbəsi İntellektual mülkiyyətin tətbiqi şöbəsi Yarımkeçiricilərdə tarazlıqda olmayan elektron prosesləri laboratoriyası Heterostrukturlar fizikası laboratoriyası Darzolaqlı yarımkeçiricilər və yuxarıtemperaturlu ifratkeçiricilər Bərk cisim elektronikası laboratoriyası Səthin diaqnostikası, epitaksial və metal-keramik strukturlar laboratoriyası Kristallofizika laboratoriyası Tətbiqi elektrodinamikanın müasir üsulları Ekoloji biofizika laboratoriyası İxtisaslaşdırılmış qeyri-standart nəzarət və diaqnostika sistemləri laboratoriyası Nüvə tədqiqatları laboratoriyası Polimer nano- və aktiv kompozitlər fizikası Almazabənzər və çoxkomponentli birləşmələrin optik və transport xassələri Xarici əlaqələr şöbəsi Aşqarlanmış yarımkeçiricilər laboratoriyası Bərk cisimlərdə resonans hadisələri laboratoriyası Bərk cisim nəzəriyyəsi laboratoriyası Kondensə olunmuş hallar və kvant fazalar laboratoriyası Tətbiqi fizika laboratoriyası Kristalloqrafiya laboratoriyası Akustooptika laboratoriyası Ensiklopediya və terminologiya şöbəsi Yeni texnologiyaların tətbiqi şöbəsi Təhsil şöbəsi Yarımkeçiricilərdə və yarımkeçirici nanoquruluşlarda köçürmə hadisələri Kvant informatikası laboratoriyası |
|
Elmi şura - sədr - sədr müavini - katib - üzvləri |
Həşimov Arif Məmməd oğlu İbrahimov Hüseyn Behbud oğlu Süleymanov Zaur İsmayıl oğlu Abdullayev Nadir Allahverdi oğlu Abdullayeva Sevda Həsən qızı Abdinov Cavad Şahvələd oğlu Bağırova Sitarə Məmmədhüseyn qızı Bayramov Ayaz Hidayat oğlu Cahangirli Zakir Ağasoltan oğlu Cəfərov Elçin İman oğlu Cəfərov Təyyar Cümşüd oğlu Cəfərova Elmira Əsəd qızı Əmiraslanov İmaməddin Rəcəbəli oğlu Hüseynov Rauf Rüstəm oğlu Hüseynov Vəli Allahverdi oğlu İsayev Abasət İsa oğlu Mehdiyev Tələt Rzaqulu oğlu Mehdiyeva Səlimə İbrahim qızı Məmmədov Əli İsa oğlu Məmmədov Nazim Timur oğlu Məmmədov Tofiq Qambay oğlu Nağıyev Şakir Məmməd oğlu Nəcəfov Arzu İslam oğlu Nuriyev Hidayət Rəhim oğlu Paşayev Arif Mircəlal oğlu Salayev Eldar Yunis oğlu Seyidov Zakir Yuhənnəs oğlu Səmədova Ülkər Fərruх qızı Tağıyev Oqtay Bahadır oğlu |
|
Gənc alimlər və mütəxəssislər şurası
- sədr - sədr müavini - katib - üzvləri |
İbrahimov Behbud Hüseyn oğlu Səfərzadə Ülviyyə Muxtar qızı Hidiyev Xalid Ağasəf oğlu Əhmədova Günay Bəhlul qızı Qəhrəmanova Aynur Səhrab qızı Paşayev Sənan Mübariz oğlu Quliyev Cəfər Adil oğlu |
|
Dissertasiya şurası
- sədr - sədr müavini - elmi katib - üzvləri |
Nazim Timur oğlu Məmmədov Mirbaba Mircavad oğlu Babayev Dürdanə Həmid qızı Araslı Cavad Şahvələd oğlu Abdinov Nadir Allahverdi oğlu Abdullayev Ayaz Hidayat oğlu Bayramov Təyyar Cümşüd oğlu Cəfərov İmaməddin Rəcəbəli oğlu Əmiraslanov Rauf Rüstəm oğlu Hüseynov Azad Çingiz oğlu İzmaylov Oktay Kazım oğlu Qasımov Tələt Rzaqulu oğlu Mehdiyev Səlimə Ibrahim qızı Mehdiyeva Tofiq Qambay oğlu Məmmədov Şakir Məmməd oğlu Nağıyev Arzu İslam oğlu Nəcəfov Bəkir Abbas oğlu Tahirov |
|
Həmkarlar təşkilatı
- sədr - sədr müavini - katib - büro üzvləri |
Sitarə Bağırova Məryəm Əhmədli Şəhla Əliyeva Suma Sakit qızı Hüseynova Aygün Nəbi qızı Hüseyinquliyeva Rəidə İbrahim qızı Muxtarova Sənan Mübariz oğlu Paşayev |
|
İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri |
Məryəm Rafaelqızı Əhmədli Tel.: (+994 12) 5372365 |
|
Fəlsəfə doktorları |