Veb-sayt | www.genres.az | ![]() |
Ünvan | AZ1106, Bakı ş., Azadlıq pr. 155 | |
Tel. |
(+994 12) 5629171 (+994 12) 5628625 |
|
Faks |
(+994 12) 4499221 +994 12) 5619182 |
|
Elektron poçtu | ||
Baş direktor | AMEA-nın müxbir üzvü Əkpərov Zeynal İba oğlu
Xidməti tel.: (+994 12) 5629171 Mobil tel.: (+994 50) 6114740 Faks: (+994 12) 4499221 E-poçt: akparov@yahoo.com, |
|
İcraçı direktor | Abbasov Mehrac Əli oğlu
Biologiya üzrə fəlsəfə doktoru, dosent Xidməti tel.: (+994 12) 5629805 Mobil tel.: (+994 50) 5327819 Faks: (+994 12) 4499221 E-poçt:mehraj_genetic@yahoo.com |
|
Baş menecer | Mahmudov Rafail Umud oğlu |
|
Elmi katib |
Kələntərova Natavan Sabir qızı Biologiya üzrə fəlsəfə doktoru Xidməti tel.: (+994 12) 5629928 Mobil tel.: (+994 50) 7494810 Faks: (+994 12) 4499221 E-poçt: kalantarovanatavan@gmail.com |
|
Yaranma tarixi | Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 saylı qərarı ilə 30 yanvar 2003-cü ildə Genetika və Seleksiya İnstitutunun bazasında Genetik Ehtiyatlar İnstitutu yaradılmışdır. | |
Əsas fəaliyyət istiqamətləri |
İnstitutun əsas elmi istiqamətləri mədəni bitkilərin və onların yabanı əcdadlarının, qiymətli, nadir, itməkdə və nəsli kəsilməkdə olan cinslərin, növlərin, aborigen sort və formaların, kənd təsərrüfatı heyvanlarının yerli cinslərinin inventarlaşdırılaraq pasportlaşdırılması, toplanması, introduksiyası, bərpası, çoxaldılması, beynəlxalq deskriptorlar əsasında qiymətləndirilməsi, ex situ və in situ şəraitində mühafizəsi ilə bağlı elmi problemlərin araşdırılması və mühafizə işinin təşkili, davamlı, yüksək məhsuldar, keyfiyyətli nümunələrin aşkar edilərək seleksiya işinə cəlb edilməsi üzrə elmi tədqiqatların aparılmasından, yeni sort və cinslərin yaradılmasından, müvafiq sahələrdə ölkə institutlarının fəaliyyətinin əlaqələndirilməsindən, eləcə də insan genetikası və genomikası sahəsində tədqiqatların aparılmasından, patologiyaların molekulyar-genetik əsaslarının tədqiqi, irsi və anadangəlmə xəstəliklərin molekulyar-genetik və epigenetik səciyyələndirilməsindən ibarətdir. 1. Azərbaycanın 20 botaniki-coğrafi bölgəsindən mədəni bitkilərin və onların yabanı əcdadlarının 400 növünə aid 9000-nə yaxın bitki nümunəsinin toxumları toplanılmış, pasportlaşdırılmış, abiotik və biotik stress amillərə davamlılığı qiymətləndirilmiş, onların ex-situ və in-situ şəraitdə saxlanılması təmin edilmiş və bitki genetik ehtiyatları üzrə Milli Məlumat Bazası yaradılmışdır. 2. Uzunmüddətli fundamental və tətbiqi tədqiqatlarla onlarla yüksək məhsuldar bitki sortları (buğda (Sevinc, Cəfəri, Arzu, Bol-buğda, Gürgənə-1, Zərdabi, Birlik, Qrekum-75/50, Kəhrəba, Qızılbuğda, Saray, Abşeron, Maya, Start), arpa (Pallidum-596, Günəş, Cəmil), paxlalı bitkilər (Jasmin, Zirvə), tərəvəz bitkiləri (Odlu, Nazlı) pambıq (Ağdaş-3, AP-317, Qarabağ-11, Bayraqdar, Bərəkət, Zəfər, Ələkbəri), tut (Xanlar-tut, Sıxgös-tut, Zərif-tut və Zakir-tut), çaytikanı (Şəfa, Zəfəran və Tozlayan), zoğal (Armudu zoğal, Ağ zoğal), nar (İrigilə, Qaragilə), innab (Xurmayı), feyxoa (Xəzər, Lənkəran, Astara) yaradılmış, eləcə də ipəkqurdunun 8 yeni cinsi və 8 hibridi yaradılaraq rayonlaşdırılmışdır; 3. Dünyada ilk dəfə olaraq, “Azərbaycan gülöyşəsi” nar sortunun tam genomunun oxunması və 6 orqanı üzrə transkriptom analizi həyata keçirilmiş, nar genomunda 5485 gen ailəsinə daxil olan 51160 genin olduğu müəyyən edilmişdir. İlk dəfə olaraq, narın zülal kodlaşdıran genlərinin şaftalı, evkalipt və üzüm bitkiləri ilə müqayisəli analizi aparılmış, nar genomunun müqayisə edilən növlərdən 26303 genlə fərqləndiyi aşkar edilmişdir. İlk dəfə olaraq, nar bitkisinin 6 orqanında gen ekspresiyasının intensivliyi müəyyən edilmiş və kök toxumasında genlərin digər orqanlara nisbətən daha aktiv olması təsdiq edilmişdir. Genom məlumatları Amerika Birləşmiş Ştatlarının Biotexnologiya İnformasiyaları üzrə Milli Mərkəzi (NCBI) tərəfindən qeydə alınmışdır; 4. İlk dəfə olaraq, molekulyar tədqiqatlarla ərik bitkisində mədəniləşdirilmə prosesinin ən azı iki dəfə, müxtəlif zaman və məkanlarda, lakin ümumi bir əcdaddan baş verməsi müəyyənlədirilmişdir; 5. Aralıq Dənizi hövzəsi və Mərkəzi Asiya mənşəli 1378 ədəd yabanı və mədəni üzüm nümunəsinin SSR markerləri ilə tədqiqi zamanı Azərbaycanın üzüm bitkisinin ilkin mədəniləşdirilmə mərkəzlərindən biri olduğu müəyyən edilmişdir; 6. İlk dəfə olaraq, eqilopsun müxtəlif növlərinə aid 120 nümunənin molekulyar genetik identifikasiyası həyata keçirilmiş və Aegilops cylindirica növünün 6 yeni taksonu müəyyən edilmişdir; 7. Azərbaycan florasında ilk dəfə olaraq Qafqaz üçün yeni Üçyarpaq yonca növü – Əyilən üçyarpaq yonca (Trifolium patens Schreb.) aşkar edilmişdir; 8. Pambığın G.barbadese L. növündən G.hirsutum L. növünün genomuna xromosom mühəndisliyi metodu ilə 18 müxtəlif xromosomun introqressiyası həyata keçirilmiş, xromosomların əvəzlənməsi G.barbadense L. növünün xromosomlarına spesifik 139 SSR markerlə təsdiq olunmuşdur; 9. Dənli taxıl və paxlalı bitki nümunələrinin genbankda uzunmüddətli saxlanması nəticəsində itirilən cücərmə qabiliyyətini və irsi tamlığını ozon-hava qarışığı ilə bərpa etməyin mümkün olduğu müəyyən edilmişdir; 10. Ektodermal displaziya diaqnozu qoyulmuş xəstələrdə HOXC13 geninin 2-ci ekzonunda 28 n.c. uzuluğunda insersiya mutasiyası aşkar edilmişdir; 11. Sidik kisəsi xərçəngi diaqnozu qoyulan xəstələrdə CDH1 və p14 genlərinin DNT promotor metilasiya analizi aparılmış, bu üsul vasitəsilə yüksək həssaslıq və spesifiklə sidikdə xərçəng hüceyrələrini təyin etmək mümkün olmuşdur; 12. Molekulyar tədqiqatlarla sübut olunmuşdur ki, normal mədəaltı vəzi hüceyrələrində retinoid reseptorlarının və retinoik turşusunun ekspresiyası mədəaltı vəzi xərçəngi hüceyrələri ilə müqayisədə yüksək olur; 13. İlk dəfə olaraq, β-talassemiya diaqnozu qoyulan xəstələrdə 3 yeni mutasiya aşkar edilmişdir. Dünyada ilk dəfə aşkar edilən HBB geninin promotor bölgəsində olan –198 (A>G) (HBB: c.-248A>G) tipli mutasiya, 2-ci kodonda yerləşən (–T) frameshift tipli mutasiya (HBB: c.9delT) ilə kombinasiya şəklində aşkar edilmişdir. Digər iki mutasiya (HBB:c.1A>C və HBB: c.380T>G) isə Azərbaycan populyasiyasında ilk dəfə aşkar edilmiş, xəstəliyin diaqnozu və müalicəsində digər laborator və instrumental analiz nəticələri ilə yanaşı genetik mutasiyaların da nəzərə alınması tövsiyə olunmuşdur. 14. Translyasiya səviyyəsinin transkriptlərin (5'-, 3`-UTR, CDS) funksional vahidlərinin xüsusiyyətlərindən, məsələn GC tərkibi, CpG adaları, kodon tərkibi və s., asılılığını analiz etməyə imkan verən translyatomun polisom və monosom fraksiyalarının analizi sistemi işlənilib hazırlanmışdır. |
|
Əsas elmi nəticələr | 1. Azərbaycanın 20 botaniki-coğrafi bölgəsindən mədəni bitkilərin və onların yabanı əcdadlarının 400 növünə aid 7000-nə yaxın bitki nümunəsinin toxumları toplanılmış, pasportlaşdırılmış, abiotik və biotik stress amillərə davamlılığı qiymətləndirilmiş, onların ex-situ və in-situ şəraitdə saxlanılması təmin edilmiş və bitki genetik ehtiyatları üzrə Milli Məlumat Bazası yaradılmışdır. 2. Dənli taxıl və paxlalı bitki nümunələrinin genbankda uzunmüddətli saxlanması nəticəsində itirilən cücərmə qabiliyyətini və irsi tamlığını ozon-hava qarışığı ilə bərpa etməyin mümkün olduğu, ozonlaşdırmanın becərilən bitkilərin inkişafına, əldə edilən məhsulun keyfiyyətinin yüksəldilməsinə və ekoloji təmiz saxlanmasına stimullaşdırıcı təsir göstərdiyi müəyyənedilmişdir. 3. Yeni tip şaxəli sünbüllü buğda formalarının alınması ilə uzaq hibridləşmənin genetik müxtəlifliyin zənginləşdirilməsindəki rolu eksperimental olaraq sübuta yetirilmişdir. 4. İlk dəfə olaraq, Azərbaycan mənşəli yumşaq buğda növmüxtəlifliklərində (T. aestivum v. erythrospermum, T. aestivum v. albidum, T. aestivum v. meridionale, T. aestivum v. lutescens) və sortlarında (Əkinçi 84, Günəşli, Mirbəşir 128) sarı və qonur pasa davamlılığı təmin edən Yr18/Lr34 genləri və gövdə pasının əsas davamlılıq geni (Sr31) aşkar edilmişdir. 5. Tetraploid buğda növlərində, o cümlədən, bərk buğda sort və nümunələrində, onların hibridlərindən alınmış F2 hibrid nəsil dənlərində ehtiyat zülaların sintezinə nəzarət edən və 1A, 1B, 6A və 6B homoloji xromosomların qısa çiynində lokallaşan qliadinkodlaşdıran Gli 1A, Gli 1B, Gli 6A və Gli 6B lokusların 50-dən çox allel komponentlər blokları və 1A və 1B homoloji xromosomlarının uzun çiynində yerləşən qlüteninkodlaşdıran Gul 1A və Gul 1B lokusların iki allel komponentlər blokları identifikasiya edilmişdir. 6. Müəyyən edilmişdir ki, bitkilərin stres amillərə davamlılığı hüceyrə genetik sistemlərinin yenidən qurulması və bunun nəticəsində bəzi genlərin ekspresiyasının sürətlənməsi hesabına baş verir. Quraqlıq və duzluluq streslərinə tolerant bitki genotiplərinin hüceyrə nüvəsində, stres amillərin təsirindən DNT fraksiyaları, xüsusilə də euxromatın DNT-sinin miqdarı artır və uyğun olaraq RNT sintezi də intensivləşir. Bu da genetik aparatın fizioloji labilliyinin və funksional fəallığının yüksəldiyini göstərir. 7. Azərbaycanda ilk dəfə olaraq, paxlalı bitkilərin mədəni və yabanı növlərində paxla yarpaq qıvrılması, çuğundur qərbi sarılıq, noxud xlorotik alçaqboyluluq, paxla nekrotik sarılıq və toxumla yayılan göy noxud mozaika virusları aşkar edilərək onların nukleotid ardıcıllığı müəyyən edilmişdir. Noxud, mərcimək və paxla nümunələrindən yeni ayzolitlər (noxud-HQ180352; mərcimək-HQ180353; noxud-HQ199306; noxud-180354; noxud-199305; mərcimək-GQ351600; paxla-GQ371215) hazırlanaraq beynəlxalq genbankda qeydiyyatdan keçirilmişdir. 8. Azərbaycanın yerli yabanı üzüm nümunələrində Cənubi Qafqaza aid dörd müxtəlif haplotip qrupunda (AAA, ATT, GTA və ATA) 3-nün aşkar edilməsi ilə respublikamızın bu bitkinin əsas mənşə və mədəniləşdirilmə mərkəzlərindən biri olması bir daha sübut edilmişdir. 54 ədəd yerli, aborigen üzüm sortu müasir ampeloqrafiya metodları ilə təsvir edilərək beynəlxalq “Qafqaz və Şimali Qara Dəniz Bölgəsinin Ampeloqrafiyası” (“VITIS” nəşriyyatı, Almaniya, 2012, 485 s.) kitabında nəşr edilmişdir. 9. Azərbaycan florasının ali bitkiləri və onların yabanı əcdadlarının müasir florogenetik və ekoloji – botaniki metodlarla təhlili nəticəsində 928 növün (51 fəsilə və 242 cins üzrə) “Azərbaycan florasının” yeni nəşrinə daxil edilməsi müəyyən edilmiş və əsaslandırılmışdır. Bu tədqiqatların yekunu olaraq, 3 cildli “Azərbaycanın ali bitkiləri” (Elm, 2005 - 2008) və “Azərbaycan florasının konspekti” (Elm, 2011) monoqrafiyaları nəşr edilmişdir. |
|
İşçilərinin ümumi sayı | 311 | |
Struktur bölmələri | Dənli-taxıl və paxlalı bitkilər şöbəsi Ekobotanika və sistematika şöbəsi Texniki və yem bitkiləri şöbəsi Meyvə bitkiləri şöbəsi Tərəvəz bitkiləri şöbəsi Molekulyar sitogenetika şöbəsi İmmunogenetika şöbəsi Fizioloji genetika şöbəsi Molekulyar genetika və genomika şöbəsi Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsi Kənd təsərrüfatı heyvanlarının genetik ehtiyatları şöbəsi Milli genbank şöbəsi Abşeron Təcrübə Təsərrüfat Bazası Biokimyəvi genetika və texnologiya şöbəsi İnsan genetikası laboratoriyası Ağdaş Elmi Təcrübə Bazası Şəki Elmi Təcrübə Bazası Təhsil şöbəsi Tovuz Elmi Təcrübə Bazası Zuvand (Lerik) Dayaq Məntəqəsi Qarabağ Elmi Tədqiqat Bazası Quba Bölgə Təcrübə Bazası Saray Dayaq Məntəqəsi |
|
Elmi şura - sədr - katib - üzvləri |
AMEA-nın müxbir üzvü Əkpərov Zeynal b.ü.f.d., dosent Abbasov Mehrac b.ü.f.d. Kələntərova Natavan B.ü.f.d. Mahmudov Rafail B.ü.e.d. Əliyev Ramiz B.ü.e.d. Əsgərov Aydın B.ü.e.d. Əliyeva Aybəniz B.ü.e.d. Məmmədova Afət B.ü.f.d. Rüstəmov Xanbala B.ü.f.d. Sadıqov Hamlet B.ü.f.d. Həsənov Sabir B.ü.f.d. Məmmədova Sevinc A.e.ü.f.d. Musayev Mirzə B.ü.f.d. Məmmədova Ruhəngiz B.ü.f.d. İzzətullayeva Vüsalə B.ü.f.d. Məmmədov Ayaz B.ü.f.d. Qarayev Vəli B.ü.f.d. Hacıyev Elçin Elmi işçi Bayramov Bayram K.e.i. Musayeva Günel |
|
Gənc alimlər və mütəxəssislər şurası - sədr - katib - üzvləri |
Nəbiyeva Aytac Yasin qızı Əliyeva Saqiylə Vaqif qızı Əhmədova Gültəkin Qaraca qızı Hüseynzadə Zərxara Nazir qızı Namazova Ləman Hüseyn qızı Vahabova Günel Gündüz qızı Bayramov Bayram İlham oğlu Kərimov Əkbər Yaşar oğlu Hacıyev Elçin Saday oğlu Məmmədova Zeynəb Müşfiq qızı Abdulrəhimli Şəlalə Namiq qızı Rəkidə Əminə Mərfət qızı İsmayılova Gülər Əli qızı Musayeva Günel Dadaş qızı Məmmədzadə Ülkər Namiq qızı |
|
Həmkarlar təşkilatı - sədr - katib - büro üzvləri |
Sadıqov Hamlet Bəykişi oğlu Abışova Xəyalə Şahbala qızı Kərimov Əkbər Yaşar oğlu Quliyeva Günel Şahin qızı Hacıyeva Aynurə Firdovsi qızı Mehdiyeva Səbinə Pərvin qızı Babayeva Sevda Maşalla qızı Quliyeva Günel Şahin qızı Məmmədova Ruhəngiz Bəxtiyar qızı Bəxtiyarov Vidadi Nəriman oğlu Musayeva Günel Dadaş qızı |
|
Qadınlar şurası -sədr - sədr müavini - katib - büro üzvləri
|
b.ü.f.d. Hacıyeva Aynurə Firdovsi qızı b.ü.f.d. Nəsrullayeva Məsmə Yaqubəli qızı Namazova Ləman Hüseyn qızı b.ü.f.d. Məcidova Gülarə Seyidağa qızı b.ü.f.d., dos. Abduləliyeva Gülşən Surxay qızı b.ü.f.d. Nuriyeva Sevinc Əsəd qızı Məmmədova Gülgəz Əsgər qızı Quliyeva Günel Şahin qızı Kazımova Təranə Sarvaz qızı |
|
Elmlər doktorları | ||
Fəlsəfə doktorları |