Tel. | (+994 12) 5371104, (+994 12) 4325234 | |
Faks | (+994 12) 5371104 | |
Elektron poçtu | abdinov@dcacs.ab.az | |
Struktur bölmənin rəhbəri | Abdinov Cavad Şahvələd oğlu
AMEA-nın həqiqi üzvü, professor |
|
İşçilərin ümumi sayı | 23 | |
Əsas fəaliyyət istiqamətləri | Yüksək effektivlikli termo- və maqnitotermoelektrik, fotoelektrik materiallarının, onlar əsasında elektron çeviricilərinin, ölçü və zədəsiz diaqnostika metodlarının yaradılmasının elmi əsaslarının işlənməsi və tətbiqi. | |
Əsas elmi nəticələri | - Bismut tellurid, qurğuşun tellurid və bismut-sürmə bərk məhlulları əsasında yüksək effektivli və istehsalatda geniş tətbiq oluna bilən termo- və maqnitotermoelektrik ekstruziya materialları işlənmiş, onlarda elektron və fonon daşınma hadisələrinin mexanizmi müəyyənləşdirilmiş;
- Bismut tellurid, qurğuşun tellurid və bismut-sürmə bərk məhlulları əsasında termoelementlərdə kommutasiya kontaktlarının strukturu, elektron və fiziki-kimyəvi xassələrinin qanunauyğunluqlarının mexanizmi müəyyənləşdirilmiş, daha yüksək effektivlikli kommutasiya texnologiyası işlənib tətbiq edilmiş; - İşlənmiş yüksək effektivlikli termo və maqnitotermoelektrik materialları əsasında 190-K-dək soyutma verə bilən, optoelektronikada geniş tətbiq olunan, parametrləri ən yaxşı dünya analoqları səviyyəsində olan bir, iki, üç və dörd kaskadlı termoelektrik soyuducuları işlənmiş və seriya ilə istehsalata tətbiq olunmuşdur. - Fotoelektronikada geniş tətbiq oluna bilən termoelektrik soyoduculu fotoqəbuledicilər, yeni ölçü və zədəsiz diaqnostika metodları işlənib tətbiq olunmuşdur. |