Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  İnstitut və təşkilatlar  >>  Kristallofizika laboratoriyası

Kristallofizika laboratoriyası
Tel. (+994 12) 5395913  
Faks (+994 12) 5395961  
Elektron poçtu ekerimova@physics.ab.az
Struktur bölmənin rəhbəri v.i.e. İsmayılova Pakizə Həmid qızı
İşçilərin ümumi sayı 19
Əsas fəaliyyət istiqamətləri  Tl(In,Ga)CVI, TlMC2VI və AIMC2VI (harakı M-In, Ga, Co, Ni, Fe, Cr, Mn, Dy, Er, Yb, Sm; A-Cu, Ag, Au; C-S, Se, Te) tipli mükəmməl zəncirvari və laylı monokristalların alınması; bu kristalların müxtəlif xarici amillərin (elektrik və maqnit sahəsi, temperatur, təzyiq, lazer şüalanması, rentgen, qamma, elektron və neytron şüalanması) təsiri altında elektrik, fotoelektrik, istilik, maqnit və optik xassələrinin öyrənilməsi və onların praktik tədbiqlərinin perspektivliyinin aşkarlanması. 
Əsas elmi nəticələri Tl(In,Ga)CVI, TlMC2VI və AIMCVI2 (harakı M-In, Ga, Co, Ni, Fe, Cr, Mn, Dy, Er, Yb, Sm; A-Cu, Ag, Au; C-S, Se, Te) tipli mükəmməl zəncirvari və laylı monokristalların yetişdirilmə texnologiyası işlənilib; bu kristalların müxtəlif xarici amillərin (elektrik və maqnit sahəsi, temperatur, təzyiq, lazer şüalanması, rentgen-qamma şüalanması, elektron və neytron bombalanması) təsiri altında elektrik, fotoelektrik, istilik, maqnit və optik xassələri öyrənilib, rentgen-qamma datçikləri, tenzo və vibrodatçikləri, təzyiq datçikləri, elektromaqnit şüaları çeviriciləri hazırlanıb.