Veb-sayt | www.igaz.az | ![]() |
Ünvan | Bakı ş., H.Cavid pr. 115 | |
Tel. | (+994 12) 5382900 | |
Faks | (+994 12) 5396966 | |
Elektron poçtu | ||
Baş direktor |
Coğrafiya elmləri doktoru, dosent Xidməti tel.: (+994 12) 5382900 Faks: (+994 12) 5396966 E-poçt: |
|
Direktor müavini |
Ümumi işlər üzrə Həmdulla İsbər oğlu Əliyev Моb.теl.: (+994 50) 2015011 (+994 70) 539 33 48 E-poçt: hamid.aliyev64@gmail.com |
|
Elmi katib | Zərnurə Ənvər qızı Həmidova
Coğrafiya üzrə fəlsəfə doktoru Xidməti tel.: (+994 12) 5393321 Mob.tel: (+994 50) 2751148 E-poçt: zernura@gmail.com |
|
Yaranma tarixi | 1937-ci ildə SSRİ EA Azərbaycan filialının tərkibində Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin «Respublikanın təbii ehtiyatlarının öyrənilməsi və rayonlaşdırması haqqında» 1925-ci il tarixdə verdiyi qərar əsasında coğrafiya sektoru yaranmışdır və bununla da keçmiş SSRİ və dünya elmi miqyasında özünəməxsus yeri оlan Azərbaycan coğrafiya məktəbinin əsası qоyulmuşdur.
1945-ci il may ayının 1-də həmin sektor əsasında Azərbaycan EA Coğrafiya İnstitutu yaradılmışdır. Azəbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.1994-cü il tarixli, 30 saylı qərarı ilə AMEA-nın Coğrafiya İnstitutuna akademik Həsən Əliyevin adı verilmidir. |
|
Əsas fəaliyyət istiqamətləri | Соğrafiya İnstitutu öz elmi fəaliyyətini əsasən iki mühüm elmi problem üzərində qurmuşdur:
1. Azərbaycan təbiətinin inkişaf qanunauyğunluqları; təbii ehtiyatların və onların ekосоğrafi xüsusiyyətlərinin tədqiqi; istehsalın, sosial infrastrukturun və əhalinin ərazi təşkilinin iqtisadi-соğrafi problemləri; respublikanın konstruktiv və regional problemləri; səhralaşma prosesləri. 2. Xəzər dənizinin səviyyə dəyişkənliyini törədən amillər və ekоlоji şəraitin tədqiqi. Bu iki kompleks problemin həlli üçün institutun elmi fəaliyyətinin əsas istiqamətləri aşağıdakılardır: соğrafi təbəqənin dayanıqlığı, formalaşması və dəyişkənliyi qanunauyğunluqlarının və inkişafının regional miqyasda kompleks öyrənilməsi; keçmiş geоlоji dövrlərin təbii şəraitlərinin bərpa edilməsi; ərazinin geоmоrfоlоji quruluşunun resurs əmələgətiriсi bir amil kimi qiymətləndirilməsi; landşaftın təkamülü; iqlimin mənşəyi və prоqnоzlaşdırılması; səhralaşmaya qarşı mübarizə üsulları; təbii ehtiyatlardan səmərəli istifadə olunması; qlоbal və antrоpоgen amillərin təsiri altında təbii mühitin dəyişməsinin regional prоqnоzlaşdırılması; Azərbaycanda əhalinin məskunlaşması və istehsalın ərazi təşkili; Xəzər dənizinin hidrоmeteоrоlоji şəraiti, ekосоğrafi problemləri. |
|
Əsas elmi nəticələr | İndiki Ermənistan ərazisində XX əsrin birinci yarısına qədər mövcud olmuş və toponomik genosidə məruz qalmış 5000-dən artıq coğrafi adın izahlı tədqiqi əsasında həmin ərazinin tarixən Azərbaycan xalqına məxsus olması elmi-hüquqi əsaslarla sübut edilmişdir.
Azərbaycan ərazisində Abşeron, Türkan və Bakı əsrlərində mövcud olmuş iqlimin kəmiyyət ölçüləri bərpa edilmiş və göstərilən vaxt ərzində iqlimdə soyuqlaşma və quraqlaşma meylinin artması müəyyən edilmişdir. İqlimin çoxillik dəyişmələrinin tədqiqi nəticəsində müəyyən edilmişdir ki, son yüz ildə Azərbaycanda havanın temperaturu təxminən 1,0C artmış, iri şəhərlər istisna olmaqla, atmosfer yağıntıları 7-8% azalmışdır. Azərbaycanda sel fəlakətinin güclənməsi müəyyən edilmiş, sellərin bal sistemi ilə qiymətləndirilməsinin yeni şkalası tərtib edilmiş, fəlakətli sellərin nəticələrinə qarşı mübarizə tədbirləri irəli sürülmüşdür. Aerokosmik şəkillərin deşifrlənməsi əsasında Azərbaycanın Xəzərətrafı regionunun səhralaşmasının səbəbləri və müasir vəziyyəti müəyyənləşdirilmiş, onun proqnozu verilmiş və səhralaşmaya qarşı mübarizə tədbirləri hazırlanmışdır. Azərbaycanın su anbarlarının lillənməsi və sahillərin dinamikasının intensivliyi və proqnozu verilmiş, Mingəçevir su anbarının istismar müddəti ilə sahillərin dinamikası arasında korrelyasiya əlaqəsi olduğu aşkar edilmişdir. Azərbaycanın Konstruktiv Coğrafiyası monoqrafik əsəri yazılmış və 3 cilddə nəşr olunmuşdur. Torpaq islahatı ilə əlaqədar olaraq Azərbaycanın təbii kənd təsərrüfatı rayonlaşdırılmasının yeni metodikası və sistemi işlənib hazırlanmış, 1:50000 miqyasında iki yeni rayonlaşdırılma xəritələri tərtib edilmişdir. Dəniz atmosfer sistemi arasındakı qarşılıqlı mübadilənin parametrləşdirilməsi üçün atmosferin dənizə yaxın qatının qeyri-stasionar modeli yaradılmışdır. Xəzər dənizi səviyyəsinin tərəddüdü ilə günəş aktivliyi arasındakı əlaqə müəyyənləşdirilmiş, səviyyənin gələcək dəyişməsi üçün yarımempirik düstur alınmış və onun birinci yaxınlaşmada proqnozu verilmişdir. Xəzər dənizində çirkləndiricilərin yayılmasının komleks fiziki-coğrafi modeli yaradılmışdır. Bu müddətdə Coğrafiya İnstitutunda aşağıdakı atlas və xəritələr hazırlanmışdır: Azərbaycan Respublikasının Aqroiqlim Atlası-124 xəritə Azərbaycan Respublikasının təbii şəraiti və ehtiyatları Atlası-300 xəritə Xəzər dənizinin kompleks hidrometeoroloji atlası-274 xəritə Avroasiya şelflərinin Mezozoy və Kaynozoyda paleocoğrafi xəritələr Atlası-129 Azərbaycan Respublikasının landşaft-geokimyəvi xəritəsi (miqyas 1:500 000). Azərbaycan ərazisi üçün Pleystosen xəritələri (miqyas 1: 50 000) Ermənistan Respublikası ərazisində mövcud olmuş Azərbaycan mənşəli adların tarixi-coğrafi xəritəsi (1 : 250 000) Naxçıvan MR-da inkişaf etmiş morfostruktur və morfoskulpturların morfoloji və morfometrik xüsusiyyətləri nəzərə alınmaqla ərazi ekogeomorfoloji gərginlik dərəcəsinə görə qiymətləndirilmiş, onun əsasında ekogeomorfoloji rayonlaşdırma aparılmış və iri miqyaslı müvafiq xəritələr tərtib edilmişdir. Azərbaycan ərazisi daxilində müasir landşaft komplekslərinin inkişafı və transformasiyası meylləri ekodiaqnostik prinsiplər əsasında aşkarlanaraq, onların deqradasiya dərəcələri müəyyənləşdirilmiş, təbii resurs potensialları qiymətləndirilmiş və nəticədə tamami ilə yeni elmi - nəzəri və metodiki əsasında, iri miqyaslı (M 1:250000), rəqamsal “Azərbaycanın landşaft xəritəsi” tərtib olunmuşdur. Böyük Qafqazın Azərbaycan hissəsi daxilində ekogeomorfoloji gərginliyə təsir edən hər bir təbii-dağıdıcı proseslər təhlükəlilik dərəcələrinə görə təsnif edilərək qruplaşdırılmış, onların sinergetik təsir potensialları qiymətləndirilməklə ilk dəfə olaraq aparıcı amilə görə ərazinin ekogeomorfoloji rayonlaşdırılması aparılmış, hər bir ekogeomorfoloji vahidlə hakim landşaft kompleksləri arasında daxili differensiasiya əlaqələri müəyyən edilmişdir. Azərbaycanın 30-dan artıq meteoroloji stansiyasının məlumatları təhlil edilməsi nəticəsində respublika ərazisində havanın temperaturunun 0,2-0,9o arasında artması, atmosfer yağıntılarının isə 15-84 mm azalması müəyyən edilmişdir. Bu isə vegetasiya dövrünün təqribən 12 gün artmasına səbəb olmuşdur. Xəzər dənizinin 1:750 000 miqyaslı batometrik xəritəsi ArcGIS mühitində rəqəmsal xəritəyə çevrilərək və dərinlik paylanması verilənləri işlənərək Xəzər dənizinin dibinin 3D relyef modeli hazırlanmışdır. Bu model daha kiçik miqyaslı xəritələr rəqəmsallaşdırılaraq həssaslığın daha da artırıla biləcəyi şəkildə qurulmuşdur. Abşeron yarımadası geokomplekslərində Na, Ca, S, Cl, Sn, B, Mo, Pb, Tb, Pd kimi elementlərin daha səciyyəvi olduğu müəyyən edilmişdir. Na, Ca, S, Cl ərazi üçün tipomorf olub, landşaftda geokimyəvi cəhətdən daha mütəhərrikdirlər. Neftlə çirklənmiş landşaftlarda S, Cl, Ag, İn, Pl, Mo, Sn və s. mikroelementlərin izafi və Cr, Ba, Ti, Mn-ın isə mənfi anomaliyaları aşkar edilmişdir. Bu tədqiqatlar nəticəsində diaqnostik yükdaşıyan iri miqyaslı rəqəmsal Abşeron yarımadasının landşaft və landşaft-geokimyəvi xəritələri tərtib olunmuşdur. CİS mühitində kompleks yanaşma metodu ilə geosistemlərin struktur genetik komponentləri tədqiq olunmuş, landşaftların təbii resurs potensialı müəyyən edilmiş, landşaft-ekoloji karkas və müvafiq iri miqyaslı xəritə tərtib edilmişdir. İnsanların malyariya xəstəliyinə yoluxma riskini qiymətləndirmək üçün tərtib olunmuş şkala əsasında ölkə ərazisinin iqlim - malyarioloji rayonlaşdırılması aparılmış və nəticədə 5 vilayət, 6 yarımvilayət və 39 rayon ayrılmışdır. Böyük Qafqazın şimal-şərq yamacının dağ-meşə və dağ-çəmən geosistemlərində fitokütlə ehtiyatının yerüstü hissəsi, onun bioloji dövrana qoşulma şəraiti, həcm və kütlə ölçüləri hesablanmış, sürüşmələrin xüsusi ilə də çox böyük Urva sürüşməsinin əmələgəlməsində antropogen təsirlərin rolu öyrənilmiş, təbii-coğrafi mühit elementlərinin ekoloji gərginliyə məruz qalma dərəcəsi müəyyənləşdirilərək onların optimallaşdırılma yolları göstərilmişdir. Ərazinin 3D formatda iri miqyaslı (1: 200 000) mənimsənilmə (ekoloji gərginlik) və yamacların meyillik xəritələri tərtib edilmişdir. Dəniz dalğalarının spektral-energetik xarakteristikalarını parıltıların ölçülərinin paylanma qanununa görə təyin etməyə imkan verən əlaqə tapılmışdır. Bu əlaqənin mikrodalğa diapazonunda tətbiqi iri və az meylli təhlükəli okean dalğalarını kosmik metodlarla aşkar etməyə imkan verir. Böyük Baki ərazisi relyefinin ArcGİS proqram paketinin alətləri (Hydrology, Statial, Analyst, 3D Analyst və s) vasitəsi ilə irimiqyaslı rəqəmsal morfometrik xəritələri tərtib edilmişdir (meyl bucaqları, yamacların baxarlığı, üfüqi və şaquli parçalanma və s.). Onların təhlili nəticəsində potensial geomorfoloji təhlükəli ərazilər müəyyən edilmişdir. Mövcud sürüşmə sahələrinin potensial təhlükəli ocaqlarla müqayisəli təhlili nəticəsində proqnostik əhəmiyyətli nəticələr əldə edilmişdir. Müəyyən edilmişdir ki, son 20-25 il ərzində əsasən antropogen pressinq nəticəsində sürüşmə sahələri 12-13%, sürüşmə materiallarının həcmi isə 15-20% artmışdır. “Bakı amfiteatrında” sürüşmə prosesinin zaman və məkan dinamikasını əks etdirən blok-diaqram tərtib edilmişdir. Geostasionar peyklərdən əldə edilən təsvirlərdə günəş parıltılarının parlaqlığının paylanmasından dəniz (okean) üzərində külək sürətinin paylanmasını tapmağa imkan verən metod işlənmiş və bu metod Meteosat 9 peyk təsvirinə tətbiq edilərək adekvatlığı test edilmişdir. |
|
İşçilərinin ümumi sayı | 215 | |
Struktur bölmələri | Geomorfologiya və təbii risklər şöbəsi Xəzərin səviyyə problemləri Azərbaycan torpaq ehtiyatları coğrafiyası şöbəsi Ekocoğrafiya şöbəsi Coğrafi fikir tarixi və toponimika Paleocoğrafiya şöbəsi Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsi Qurunun hidrologiyası və su ehtiyatları şöbəsi Azərbaycanın siyasi və iqtisadi coğrafiyası şöbəsi İqlim və aqroiqlimşünaslıq şöbəsi Təhsil şöbəsi Demoqrafiya və əhali coğrafiyası Turizm və rekreasiya coğrafiyası Tibbi coğrafiya Xəzərin hidrometeorologiyası Xəzər dənizinin monitorinqi Geoinformatika və kartoqrafiya Biocoğrafi stasionar İctimaiyyətlə əlaqələr şöbəsi Kitabxana Xəzər dənizin sahillərinin və dibinin geomorfologiyası |
|
Elmi şura
- sədr - katib - üzvləri |
Həmidova Zərnurə Ənvər qızı Abduyev Məhəməd Abdu oğlu Əliyev Həmdulla İsbər oğlu Eminov Zakir Namiq oğlu Ələkbərova Samirə Oqtay qızı Əliyev Ənvər Abbas oğlu Haqverdiyev Habil Tağı oğlu Xəlilov Mahmud Yusif oğlu İmrani Zaur Tahir oğlu İsmayılov Mirnuh Cavad oğlu Qardaşov Rauf Hacı oğlu Quliyev İsmayıl Əhliman oğlu Paşayev Nəriman Əziz oğlu Pənahov Şahin Məhəmməd oğlu Rəhimov Xəyyam Şakir oğlu Tağıyeva Yelena Nikolayevna Yunusov Müseyib İdris oğlu Tağıyeva Umayra Rauf qızı |
|
Gənc alimlər və mütəxəssislər şurası
- sədr - müavin - katib - üzvləri |
Ələkbərova Samirə Oqtay qızı Abuşova Samirə Nəsib qızı Hacıyeva Gülnar Nuru qızı Həmidova Zərnurə Ənvər qızı Сəfərova Natavan Ramiz qızı Tahirova Hicran Mirəhməd qızı Səfərov Elnur Səid oğlu Atakişiyev Samir Şəmsəddin oğlu Eyyubova Züleyxa İftixar qızı |
|
Dissertasiya şurası
- sədr - sədr müavini - elmi katib - üzvləri |
Həsənov Tapdıq Güləhməd oğlu
Abduyev Məhəmməd Abdu oğlu Babaxanov Neron Aslan oğlu Qardaşov Rauf Hacı oğlu Səfərov Səid Həsən oğlu Eminov Zakir Soltan oğlu Xəlilov Mahmud Yusif oğlu Tatarayev Telman Məhəmməd oğlu Əliyev Əmir Soltan oğlu Mahmudov Rza Nadir oğlu Qocamanov Məqsəd Hüseyn oğlu Tağıyeva Yelena Nikolayevna |
|
Həmkarlar təşkilatı
- sədr - sədr müavini - katib - büro üzvləri |
Habil Tağı oğlu Haqverdiyev Etibar Sənan oğlu Bədəlov Aidə Ramiz qızı Aslanova Rəisə Lələ qızı İsayeva Rəfail Seyfal oğlu Abdullayev Afaq Firudin qızı Məmmədova Gülxar Ayaz qızı Rzayeva Lalə Akif qızı Əhmədova Zaur Tahir oğlu İmrani Səidə Asif qızı Mürsəlova |
|
Elmlər doktorları |
||
Fəlsəfə doktorları |