Veb-sayt | www.imbb.az | ![]() |
Ünvan | AZ1073, Bakı ş., Mətbuat prospekti. 2A | |
Tel. | (+994 12) 5381164 | |
Faks | (+994 12) 5102433 | |
Elektron poçtu | imbb@sciene.az | |
Baş direktor | Akademik İradə Məmməd qızı Hüseynova
Xidməti tel.: (+994 12) 5381164 Mobil tel.: (+994 50) 3541606 E-poçt: huseynova-i@botany-az.org, |
|
Direktor müavinləri | Elmi işlər üzrə direktor müavini
Biologiya üzrə fəlsəfə doktoru, dosent Ələmdar Çərkəz oğlu Məmmədov Xidməti tel.: (+994 12) 5394135 Mobil tel.: (+994 70) 3298161 Faks: (+994 12) 5102433 E-poçt: amamedov_ib@co.uk Ümumi işlər üzrə direktor müavini: Natiq İsa oğlu Allahverdiyev Xidməti tel .: (+994 12) 5103041 Mobil tel .: (+994 50 ) 2272425 |
|
Elmi katib | Biologiya üzrə fəlsəfə doktoru Durna Rəfail qızı Əliyeva
Xidməti tel.: (+994 12) 5108941 Mobil tel.: (+994 55) 4861652 Faks: (+994 12) 5102433 E-poçt: aliyeva-1965@inbox.ru |
|
Yaranma tarixi | Azərbaycan Milli Elmlər Akademiyasının 30 iyun 2014-cü il tarixində keçirilmiş ümumi yığıncağında AMEA Botanika İnstitutunun Bioloji məhsuldarlığın fundamental problemləri şöbəsinin bazasında Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun yaradılması haqqında qərar qəbul edilmiş və 01 iyul 2016-cı il tarixindən institut müstəqil fəaliyyətə başlamışdır.
Bioloji məhsuldarlığın fundamental problemləri şöbəsinin əsası 1971-ci ildə Botanika İnstitutunda akademik Cəlal Əliyev tərəfindən qoyulmuşdur. Əvvəl qrup kimi fəaliyyətə başlanılmış, 1974-cü ildə bu qrup Fiziki-kimyəvi Biologiya sektorunun nəzdində Bioenergetikanın molekulyar əsasları laboratoriyasına çevrilmişdir. 1983-cü ildə laboratoriyanın bazasında Fotosintezin biokimyası, Gen mühəndisliyi, Fotosintetik aparatın molekulyar təşkili, Toxuma kulturası, Xloroplastların fotokimyası və Fotobiotexnologiya yaradıcı qruplarından ibarət Məhsuldarlıq Proseslərinin Molekulyar-Genetik Əsasları laboratoriyası yaradılmışdır. 1988-ci ilin sonunda bu qruplar müstəqil laboratoriyalara çevrilmiş və onların bazasında Məhsuldarlıq Proseslərinin Molekulyar-Genetik Əsasları şöbəsi təşkil olunmuşdur. 2005-2010-cu illərdə şöbədə 4 yeni laboratoriya yaradılmış və onun adı isə dəyişdirilərək, Bioloji məhsuldarlığın fundamental problemləri şöbəsi adlandırılmışdır. 2012-ci ildə şöbənin nəzdində 2 beynəlxalq laboratoriya yaradılmışdır. Hazırda institutun strukturunda 3 şöbə, 5 beynəlxalq laboratoriya fəaliyyət gösrərir. İnstitutda 112 əməkdaş, o cümlədən 59 elmi işçi, 1 akademik, 3 AMEA-nın müx. üzvü, 3 elmlər doktoru və professor, 23 nəfər biologiya üzrə fəlsəfə doktoru çalışır. Eyni zamanda, institutda 3 ixtisas üzrə (molekulyar biologiya, biotexnologiya və biokimya) magistratura təhsili həyata keçirilir. |
|
Əsas fəaliyyət istiqamətləri | Fotosintez prosesində günəş enerjisinin elektrokimyəvi və metabolik çevrilmələrinin molekulyar mexanizmlərinin öyrənilməsi; Bitkilərin abiotik və biotik amillərə davamlılığının molekulyar mexanizmlərinin aydınlaşdırılması; Eukariot genomlarının təşkili və ekspressiyasının müqayisəli tədqiqi; Makromolekulyar quruluşların saflaşdırılma və yoxlanılma metodları; Molekulyar və hüceyrə biotexnologiyası yolu ilə kənd təsərrüfatı və insan sağlamlığı problemlərinin həlli yollarının araşdırılması. | |
Əsas elmi nəticələr | İlk dəfə olaraq bitki mənşəli karboanhidraza fermenti kristal şəkildə alınmış, fermentin struktur-funksional təşkili hərtərəfli öyrənilmiş və dördüncü quruluşunun molekulyar modeli təklif edilmişdir;
Ali bitkilərin tilakoid membranlarında piqment-zülal komplekslərinin topoqrafiya modeli təklif edilmiş və onların formalaşma və yığılma proseslərinin molekulyar-genetik mexanizmləri aydınlaşdırılmışdır; Dünya elmində bitkilərdə fototənəffüsün israfçılıq olması haqda uzun illər mövcud olan təsəvvürlərin əksinə olaraq, tarla şəraitində yetişdirilən kontrast genotiplərlə müxtəlif üsullarla aparılan çoxillik təcrübələrlə sübut edilmişdir ki, fototənəffüs təkamül nəticəsində formalaşmış həyati əhəmiyyətli metabolik proseslərdən biridir və bitkilərin məhsuldarlığını artırmaq məqsədilə müxtəlif yollarla fototənəffüsü azaltmaq cəhdləri əsassızdır; Xloroplast DNT-nin genom kitabxanası yaradılmış, yad genləri bitkilərə köçürmək üçün vektor sistemləri konstruksiya edilərək, transgen bitkilər alınmışdır; İlk dəfə olaraq Azərbaycanda "Xromosom üzərində addımlarla" metodu vasitəsilə malat/sitrat simporter zülalını kodlaşdıran citS geninin nukleotid ardıcıllığı müəyyənləşdirilmiş və Stolbur qrupunun (XII) təyini üçün yeni Nested PZR test metodu hazırlanmışdır. İlk dəfə olaraq, 'Ca. P. solani' növünün Avropa və Aralıq dənizi ətrafı üçün endem hesab olunan müxtəlif izolyatları aşkar edilmişdir. İlk dəfə olaraq dünyada meyvə (armud) ağacının fitoplazmaları üçün növlərarası rekombinasiya müəyyən edilmişdir; Azərbaycanda ilk dəfə olaraq 16S ribosom geninin sekvens analizi nəticəsində üzüm bitkisində 'Candidatus Phytoplasma solani' fitoplazma növü aşkar olunmuş və onun təhlükəli "Bois noir" xəstəliyini törətməsi müəyyən edilmişdir; Yabanı və mədəni paxlalı bitkilərdə nanovirus xəstəliklərinin bir neçə Avropa ölkəsində birgə tədqiqi zamanı Gəncədən toplanmış noxud bitkisində elm üçün yeni nanovirus - Black medic leaf roll virus (BMLRV) identifikasiya edilmiş və onun tam genomu sekvens olunmuşdur. Azərbaycan və İspaniyadan götürülmüş lobya nümunələrində Faba bean necrotic yellow virusun (FBNYV) beş izolyatı və Azərbaycandan olan noxud, yaşıl noxud, mərcimək və lobya nümunələrində faba bean necrotic stunt virusun (FBNSV) dörd izolyatının tam sekvens olunması nəticəsində FBNSV nanovirusunun Avropada ilk dəfə identifikasiya olunması sübut edilmişdir; Eb genoma malik Thinopyrum bessarabicum yabanı taxıl otu növünün 3Eb və 6Eb xromosomlarının identifikasiyası üçün yeni spesifik RAPD praymerləri müəyyən olunmuşdur; Torpaq quraqlığı şəraitində becərilən buğda bitkisində ontogenezin bütün fazalarında sərbəst radikalların yaranma səviyyələri, antioksidant müdafiə sistemləri, fotosintetik membranların struktur-funksional vəziyyəti və molekulyar markerlərlə quraqlığa davamlılıq potensialının qiymətləndirilməsi əsasında buğdanın su qıtlığına adaptasiya mexanizmləri müəyyənləşdirilmişdir; Bitkilərin RNT polimeraza II promorlarının axtarışı üzrə mövcud vasitələrə nisbətən 20% daha yüksək dəqiqliyə malik yeni TSSPlant kompüter proqramı yaradılmış və tədqiqatçıların sərbəst istifadəsinə verilmişdir http://www.cbrc.kaust.edu.sa/download/ Zəfəran (Crocus sativus L.) bitkisinin in vitro şəraitdə bir sınaq şüşəsində 10-25 zəfəran mikrosoğanağı almağa imkan verən yeni biotexnoloji çoxaldılma metodu işlənib hazırlanmışdır; Süni şəraitdə becərilən Şirvan-Şah üzüm sortunun mikroklonal çoxaldılması zamanı morfogenezin xüsusiyyətləri öyrənilmiş, hormonal və qida mühitinin trofik amillərindən asılı olaraq müxtəlif becərilmə şəraitləri araşdırılmış, virus təbiətli patogenlərlə yüksək yoluxma dərəcəsi müəyyən edilmişdir. |
|
İşçilərinin ümumi sayı | 112 | |
Struktur bölmələri | Təhsil şöbəsi Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsi Bioloji məhsuldarlığın fundamental problemləri şöbəsi Genomun quruluşu və ekspressiyası laboratoriyası Karbonun fotosintetik assimilyasiyasının enzimologiyası laboratoriyası Bitki biotexnologiyası laboratoriyası Xloroplastların fotokimyası laboratoriyası Bioinformatika laboratoriyası Hüceyrənin membran sistemləri laboratoriyası Bioadaptasiya laboratoriyası Hüceyrənin tənzimləyici sistemləri laboratoriyası Fotobioenergetika laboratoriyası Hesablama struktur biologiyası laboratoriyası Molekulyar biotexnologiya laboratoriyası Bionanotexnologiya laboratoriyası Proteomiks laboratoriyası Molekulyar biomühəndislik laboratoriyası |
|
Elmi şura
- sədr - sədr müavini - katib - üzvləri |
Akademik İradə Məmməd qızı Hüseynova b.ü.e.d. Səftər Yusif oğlu Süleymanov b.ü.f.d. Durna Rəfail qızı Əliyeva AMEA-nın müxbir üzvü İbrahim Vahab oğlu Əzizov AMEA-nın müxbir üzvü İlham Əyyub oğlu Şahmuradov AMEA-nın müxbir üzvü Novruz Məhəmməd oğlu Quliyev AMEA-nın müxbir üzvü Validə Mövsüm qızı Əli-zadə AMEA-nın müxbir üzvü Tərlan Həzərpaşa oğlu Məmmədov b.e.d. Süleyman İfxan oğlu Allahverdiyev b.ü.e.d. Səyyarə Cəmşid qızı İbadullayeva b.ü.e.d Vidadi Məmmədağa oğlu Yusibov b.ü.e.d. Yaşar Mirzə oğlu Feyziyev b.ü.f.d. Asəf Ağacavad oğlu Salamov b.ü.f.d. Cavanşir Mütəllim oğlu Təlai b.ü.f.d. Ələmdar Çərkəz oğlu Məmmədov b.ü.f.d. Həsən Qərib oğlu Babayev b.ü.f.d. İsmayıl Söhbət oğlu Zülfüqarov b.ü.f.d Qərib Novruz oğlu Mürşüdov b.ü.f.d. Samirə Məhəmmədrəhim qızı Rüstəmova b.ü.f.d. Şahniyar Mikayıl oğlu Bayramov b.ü.f.d. Tofiq Hüsni oğlu Qaragözov b.ü.f.d. Ulduzə Əhməd qızı Qurbanova Minaxanım Nazim qızı Əliyeva |
|
Gənc alimlər və mütəxəssislər şurası
- sədr - katib - üzvləri |
b.ü.f.d. Ulduzə Əhməd qızı Qurbanova Rəfiqə Çingiz qızı Məsməliyeva b.ü.f.d. Ülkər Faiq qızı İbrahimova b.ü.f.d. Könül Hətəm qızı Qasımova b.ü.f.d. Samirə Məhəmmədrəhim qızı Rüstəmova b.ü.f.d. Gülnarə Şamməd qızı Balakişiyeva b.ü.f.d. Nərgiz Fəxrəddin qızı Sultanova Aygün Ağaverdi qızı Abdullayeva Aysel Müşfiq qızı Mədədli Bənövşə Mürvət qızı Bənnayeva Cahangir Əlisəxavət oğlu Şəbiyev Cəmilə Yaşar qızı Bayramova Elşən Oqtay oğlu Musazadə Elxan Ağamir oğlu Tahirli Əminə Ülkər qızı Abduləzimova Əsmər Elçin qızı Hüseynova Esmira Əlinazim qızı Kərimli Fidan Rahim qızı Hüseynova Gülnar Rizvan qızı Abdullayeva Gültəkin Ələmdar qızı Babayeva Günay İlman qızı İsmayılova Hökümə Fikrət qızı Quliyeva Lalə Müseyib qızı Aydınlı Mətin Məhərrəm oğlu Kələntərli Nahidə Xanqulu qızı Əliyeva Naimə Namaz qızı Niyazova Nərgiz Kamal qızı Bayramova Şəfəq Mobil qızı Adışirinzadə Şəhriyar Fateh oğlu Sadıqov Səmra Tahir qızı Mirzəyeva Taliyyə Yaqub qızı Orucova Turanə Yaşar qızı İsgəndərova Turqut Rafiq oğlu Mehdiyev Ülviyyə Camal qızı Mustafayeva Zibeydə Vilayət qızı Hacıyeva |
|
Dissertasiya şurası
- sədr
- elmi katib - üzvləri |
Akademik İradə Məmməd qızı Hüseynova Akademik Validə Mövsüm qızı Əli-zadə b.ü.f.d. Xuraman Cabbar qızı Xəlilova AMEA-nın müxbir üzvü İbrahim Vahab oğlu Əzizov AMEA-nın müxbir üzvü Novruz Məhəmməd oğlu Quliyev AMEA-nın müxbir üzvü Tərlan Həzərpaşa oğlu Məmmədov AMEA-nın müxbir üzvü İlham Əyyub oğlu Şahmuradov AMEA-nın müxbir üzvü Xəlil Məmmədəli oğlu Qasımov b.e.d. Süleyman İfxan oğlu Allahverdiyev b.ü.e.d. Səyyarə Cəmşid qızı İbadullayeva b.ü.e.d. Arif Əli oğlu Bayramov b.ü.e.d. Yaşar Mirzə oğlu Feyziyev b.ü.e.d. Dilzarə Nadir qızı Ağayeva b.ü.e.d. Səftər Yusif oğlu Süleymanov b.ü.e.d. İnna Musa qızı Qurbanova b.ü.e.d. Siracəddin Vəli oğlu Sərkərov b.ü.e.d. Eldar Novruz oğlu Novruzov b.ü.e.d. Ziyəddin Mahmud oğlu Məmmədov b.ü.f.d Qərib Novruz oğlu Mürşüdov b.ü.f.d. Naibə Pirverdi qızı Mehdiyeva b.ü.f.d. Xanlar Dayan oğlu Abdullayev |
|
Həmkarlar təşkilatı
- sədr - sədr müavini - katib - büro üzvləri |
b.ü.f.d.Həsən Qərib oğlu Babayev b.ü.f.d. Fazilə İmtu qızı Qasımova Əminə Ülkər qızı Əbdüləzimova b.ü.e.d. Səftər Yusif oğlu Süleymanov b.ü.f.d. Fazilə İmtu qızı Qasımova b.ü.f.d. Mahirə Heybət qızı Məmmədova b.ü.f.d. Samirə Məhəmmədrəhim qızı Rüstəmova b.ü.f.d. Tofiq Hüsnü oğlu Qaragözov Əminə Ülkər qızı Əbdüləzimova Fəzail Bədəl oğlu Məmmədov |
|
İctimaiyyətlə əlaqələrə məsul şəxs | Minaxanım Nazim qızı Əliyeva
Xidməti tel.: (+994 12) 5105230 Mobil tel.: (+994 50) 7496251 Faks: (+994 12) 510243 E-poçt: minakhanym2@gmail.com |
|
Elmlər doktorları | ||
Fəlsəfə doktorları |