Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  İnstitut və təşkilatlar  >>  Funksional qeyri-üzvi maddələrin termodinamikası laboratoriyası

Funksional qeyri-üzvi maddələrin termodinamikası laboratoriyası
Tel. (+994 50) 3156265,(+994 12) 5108592 
Faks (+994 12) 5107442  
Elektron poçtu laboratory_22@kqki.science.az
Struktur bölmənin rəhbəri Səadət İzzət qızı Bənənyarlı 

Kimya  üzrə fəlsəfə doktoru

İşçilərin ümumi sayı 12
Əsas fəaliyyət istiqamətləri  Yüksək texnologiyalar üçün p-elementlərin birləşmələri əsasında topoloji izolyatorların, termoelektrik və maqnit xassəli funksional materialların alınması və onların termo­dinamik tədqiqi. 
Əsas elmi nəticələri CuO-ZnO-B2O3(Gd2O3;Er2O3), Bi2O3-B2O3--Nd2O3, Bi2O3-B2O3-SiO2(Gd2O3, Er2O3, CuO-B2O3-Nd2O3, CuO-B2O3-Er2O3, CuO-B2O3-Gd2O3 sistemləri əsasında yeni qeyri-üzvi materialları alınmış, fiziki-kimyəvi xarakteristikaları müəyyən edilmişdir. Üçlü oksid sistemlərində faza tarazlığı öyrənilmiş, sistemlərin hal diaqramları, likvidus səthinin proyeksiyası qurulmuş, şüşəəmələgəlmə sahələrinin sərhədləri təyin edilmişdir. Alınan fazaların şüşələrin formalaşmasında rolu, faza diaqramları ilə şüşələrin xassələri arasındakı qarşılıqlı əlaqə tədqiq edilmiş, xassələrin tərkibdən asılılıqları öyrənilmiş, alınmış yeni materialların istilik və elktrofiziki xassələri tədqiq edilmişdir. Alınan materialların mümkün tətbiq sahələri müəyyən edilmişdir.