Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  İnstitut və təşkilatlar  >>  Katalizatorların hazırlanması laboratoriyası

Katalizatorların hazırlanması laboratoriyası
Tel. (+994 12) 5108591
Faks (+994 12) 5107442 
Elektron poçtu laboratory_1@kqki.science.az
Struktur bölmənin rəhbəri Sima Məmməd qızı Zülfüqarova

kimya üzrə fəlsəfə doktoru

İşçilərin ümumi sayı 16
Əsas fəaliyyət istiqamətləri  İfrat  yüksək  tezlikli  elektromaqnit şualarının təsiri ilə katali­zatorların hazırlanma  texnologiyasının  və katalitik proseslərin səmərəliyinin  yüksəldilməsinin fiziki-kimyəvi əsaslarının işlənib hazırlan­ması. 
Əsas elmi nəticələri Aromatik və heterotsiklik nitrillərin alınması üçün yüksək selektivliyə malik yeni katalitik sistemlər təklif olunmuşdur. Oksigen tərkibli birləşmələrin N-asiləvəzli aromatik amidlərə, di- və polietil aminlərə, naften aminlərə, C4-C20 -yağlı naften aminlərə çevrilməsində istifadə olunan reduksiyaedici aminləşmə prosesləri üçün turş xassəli daşıyıcılar üzərində dəyişən valentli metallar sinfinə aid yüksək aktivliyə malik bifunksional katalizatorlar işlənib hazırlanmışdır. Üzərində dəyişkən valentli metalların kompozisiyaları olan spiral şəkilli qofre formalı alüminium konstruksiyalı yeni heterogen alümokarkas katalitik sistemlər sintez olunmuşdur. Bu katalitik sistemlər maye fazalı aromatik karbohidrogenlərin oksidləşmə, karbohidrogenlərin və karbonmonooksidin birgə dərin oksidləşmə və alkil aromatik karbohidrogenlərin su buxarı ilə dealkilləşmə proseslərində məlum olan sənaye katalizatorlarından daha aktivdirlər. Bu reaksiyalar üçün İYT diapazonda mikrodalğalı şüalanmanı udan və onu istiliyə çevirən alüminium ilə armaturlaşdırılan alümooksid daşıyıcısının və onun əsasında katalizatorların alınma metodu işlənib hazırlanmışdır.