Veb-sayt | www.isi.az | ![]() |
Ünvan | AZ1141, Azərbaycan Respublikası, Bakı ş., B.Vahabzadə küç., 68 | |
Tel. | (+994 12) 5390151 | |
Faks | (+994 12) 5392826 | |
Elektron poçtu | info@isi.az, | |
Baş direktor |
Akademik Abbasov Əli Məmməd oğlu Xidməti tel.: (+994 12) 539 01 51 E-poçt: director@isi.az |
|
İcraçı direktor |
AMEA-nın müxbir üzvü Sadıqov Əminağa Bəhmən oğlu Xidməti tel.: (+994 12) 539 01 51 E-poçt: aminaga.sadigov@gmail.com |
|
Baş menecer |
Kərimov Etiram İdris oğlu Xidməti tel.: (+994 12) 539 27 43 E-poçt: ehtiram.kerimov@mail.ru |
|
Elmi katib | Əzizova Zəhra Ələkbər qızı Xidməti tel.: (+994 12) 539 39 43 E-poçt: elmi_katib@isi.az |
|
Yaranma tarixi |
İnstitutun yaranma tarixini Azərbaycan ЕА Neft ekspedisiyası nəzdində 1952-ci ilin mayında еlektromodelləşdirmə laboratoriyasının təşkil olunduğu vaxtdan hesablamaq olar. Neft ekspedisiyasının yenidən təşkili ilə əlaqədar olaraq laboratoriya 1956-cı ildə Elmlər Akademiyasının Fizika və Riyaziyyat, 1958-ci ildə isə Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun tərkibinə daxil edilmiş və Hesablama mərkəzi adlandırılmışdır. 50-ci illərin sonunda Respublikaya universal rəqəmli hesablama maşınlarının gətirilməsi hesablama üsulları və proqramlaşdırma sahələrində tədqiqatların aparılmasına təkan verdi, bu da öz növbəsində 1960-cı ildə Hesablama mərkəzinin Elmlər Akademiyasının tərkibində müstəqil təşkilata çevrilməsinə əsas yaratdı. Həmin il Hesablama mərkəzinin tərkibində keçmiş ittifaq miqyasında ikinci olaraq (Ukraynadan sonra) «Elektron hesablama maşınları» laboratoriyası yaradıldı. Bu laboratoriya ölkəmizdə kibernetikanın və informatikanın inkişafına həlledici təsir göstərmişdir. 1965-ci ildə Hesablama mərkəzi əsasında Kibernetika İnstitutu yaradıldı. Xalq təsərrüfatında avtomatlaşdırılmış idarəetmə sistemlərinin yaradılması və tətbiqi məqsədilə 1971-ci ildə Kibernetika İnstitutunun nəzdində təsərrüfat hesablı "Avtomatlaşdırılmış İdarəetmə sistemləri” şöbəsi yaradıldı (1982-ci ilin martında AİS şöbəsi müstəqil təşkilata, 2002-ci ildə isə İnformasiya Texnologiyaları İnstitutuna çevrildi). Kibernetika İnstitutu "Respublika Avtomatlaşdırılmış İdarəetmə Sistemi”nin yaradılması (1977-1981) üzrə baş təşkilat təyin olunmuşdu. 1978-ci ilin yanvarında institutda işlənən cihaz və qurğuların təcrübi nümünələrinin yaradılması və tətbiqi üçün "Kibernetika” XKB-su təşkil edilmişdir. Təsərrüfat hesablı Büro indi də böyük uğurla fəaliyyət göstərir. 2014-cü ildə Nazirlər kabinetinin qərarı ilə institutun adı "İdarəetmə Sistemləri" İnstitutu olaraq dəyişdirilmişdir. İnstitut təşkil olunduğu vaxtdan 1965-ci ilə kimi texnika elmləri doktoru, professor Ələsgərov Səid Əmiraslan oğlu, 1965-1970-ci illərdə akademik Hüseynov Əşrəf İsgəndər oğlu, 1970-1988-ci illərdə akademik Allahverdiyev Cəlal Eyvaz oğlu rəhbərlik etmişlər. 1988-2020-ci illərdə institutun direktoru texnika elmləri doktoru, professor, "Şöhrət" ordenli əməkdar elm xadimi, akademik Əliyev Telman Abbas oğlu olmuşdur. 22.01.2021-ci il tarixdən etibarən institutun baş direktoru texnika elmləri doktoru, professor, akademik Abbasov Əli Məmməd oğlu, icraçı direktoru isə texnika elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Sadıqov Əminağa Bəhmən oğludur. İnstitutun kadr potensialı: İnstitutda 3 akademik, 5 müxbir-üzv, 30 elmlər doktoru, 52 fəlsəfə doktoru fəaliyyət göstərir. Hazırda institutda 7 şöbə və 23 laboratoriya fəaliyyət göstərir. |
|
Əsas fəaliyyət istiqamətləri |
İnstitutda aşağıdakı istiqamətlərdə fundamental nəzəri və tətbiqi elmi tədqiqat işləri yerinə yetirilir: •İdentifikаsiyа üsulları və idarəetmə sistemləri; •Texniki və ekoloji sistemlərin texnoloji proseslərinin riyazi modelləşdirilməsi; • Siqnаllаrın tanınması üsulları və texniki diaqnostika sistemləri; • İdarəetmənin nəzəri problemləri; • Teletrafik nəzəriyyəsi; •Yeni nəsil “intellektual, robast -hibrid, nəzarət, diaqnostika, proqnozlaşdırma və idarəetmə sistemlərinin yaradılması; •Müxtəlif təyinatlı sistemlərdə qərarqəbuletmə üsullаrı; •Sosiаl-iqtisаdi sistemlərin modelləşdirilməsi. |
|
Əsas elmi nəticələr |
2021-ci ildə AMEA İdarəetmə Sistemləri İnstitutunda aparılan elmi-tədqiqat işləri əsasında alınan mühüm elmi nəticələr: 1.Obyektlərin texniki vəziyyətinin dəyişməsi zamanı faydalı siqnalla küy arasında korrelyasiya yaranan hallarda küyqarışıq siqnalın korrelyasiya analizinin nəticələrinin adekvatlığını təmin etməyə imkan verən texnologiyalar verilmiş, proqramlar tutulmuş, kompüter eksperimentləri aparılmışdır. İcraçılar: akademik Telman Əliyev, t.e.d. Qəmbər Quluyev, prof. Nailə Musayeva, t.e.d. Fahrad Paşayev, t.e.d. Asif Rzayev 2.PUA sürülərinin avtonom idarə olunması məqsədi ilə hər bir PUA-nın müstəqil idarə olunması üçün metod və alqoritmlər işlənilmişdir. Tədqiqat işində qeyri-qabarıq optimizasiya metodlarının və ümumi vəziyyətin qiymətləndirilməsi üçün süni neyron şəbəkə modellərinin tətbiqi ilə sistemlər sistemi yanaşmasından istifadə edilmişdir. İcraçılar: akademik Əli Abbasov, dos. Ədalət Paşayev, dos. Əbülfət Fətullayev, dos. Elxan Səbziyev, t.ü.f.d. Rauf Fətullayev 3.Hərbi poliqonlarda ekosistemlərin vəziyyətini kompleks qiymətləndirmək üçün dekompozisiya modelləşdirilməsi metodunun tətbiqi təklif olunmuşdur. Ekosistemlərin tarazlıq tənliklərinin bazasında hərbi-texnogen təsirlər nəzərə alınmaqla ekosistemlərin vəziyyətinin müşahidəsinin və identifikasiyasının riyazi modeli qurulmuşdur. İcraçılar: müxbir üzv Əminağa Sadıqov, dos. Ramin Zeynalov, t.ü.f.d. Günay Abdiyeva-Əliyeva 4.Həm toplanmış, həm də paylanmış parametrli dinamik sistemlər üçün qeyri-lokal sərhəd şərtlərinin sağ tərəfindəki mənbələrin optimallaşdırılması məsələsi həll edilmişdir. Ədədi alqoritmlərin qurulması məqsədilə mənbələrin parametrlərinin optimallığı üçün zəruri şərtlər alınmışdır. Proqram təminatı hazırlanmış, test məsələlər üzərində ədədi eksperimentlər aparılmışdır. İcraçılar: müxbir üzv Kamil Ayda-zadə, prof. Vaqif Abdullayev, r.e.d. Yeganə Əşrəfova 5.Ehtiyatları xarab ola bilən xidmət-ehtiyatlanma sistemlərinin yeni riyazi modelləri qurulmuş, onların ergodiklik şərtləri tapılmış və xarakteristikalarının hesablanması üçün səmərəli ədədi üsullar yaradılmışdır. İcraçılar: müxbir üzv Ağasi Məlikov, M.O.Şahmalıyev 6.İlk dəfə olaraq həm parabolik tipli diferensial daxilolma, həm də onun diskret analoqlarına münasibətdə qarışıq məsələ ilə təsvir edilmiş idarəetmənin optimal idarə edilməsi məsələləri öyrənilmişdir. Bu problemlərde optimallıq üçün konstruktiv zəruri və kafi şərtler əldə edilir. Test problemi üzərində kompüter eksperimentleri aparılmışdır. İşin nəticələri xarici təsirlərin dəyərləri dəqiq bilinməyən, lakin mümkün dəyərlər çoxluğu şəklində verilən bir çox obyektler üçün idarəetmə sistemlərində istifadə edilə bilər. İcraçı: prof. Elmxan Mahmudov 7.Elektrostatik sahənin parametrlərin əsasında metrik tanıma üsullarıni realizə edən neyron şəbəkələrin çəkilərinin bir anda tapılması imkanı göstərilmişdir. İcraçı: dos. Polad Heydərov |
|
İşçilərinin ümumi sayı | ||
Struktur bölmələri |
Süni intellekt metodlarının tətbiqi ilə tanıma məsələlərinin tədqiqi laboratoriyası |
|
Elmi şura - sədr - sədr müavini - katib - üzvləri
|
Abbasov Əli Məhəmməd oğlu Sadıqov Əminağa Bəhmən oğlu Əzizova Zəhra Ələkbər qızı Abdullayeva Gülçin Gülhüseyn qızı Aydazadə Kamil Rəcəb oğlu Babayev Tofiq Əli İkram oğlu Əliyev Telman Abbas oğlu Əlizadə Tahir Əli oğlu Əsədova Rəna Şərif qızı Fətullayev Əbülfət Balay oğlu Hacıyev Asəf Hacı oğlu Həsənli Yadulla Həmdulla oğlu Həsənov Allahverdi Biyakir oğlu İmanov Qorxmaz Cahangir oğlu İsayev Məzahir Məhəmməd oğlu Məlikov Ağası Zərbəli oğlu Məmmədov İlqar Qürbət oğlu Məmmədov Knyaz Şiraslan oğlu Mənsimov Kamil Bayraməli oğlu Məstəliyev Rəşad Oqtay oğlu Musayeva Nailə Fuad qızı Paşayev Ədalət Bəxtiyar oğlu Paşayev Fəhrad Heydər oğlu Qədimov Rauf Mustafa oğlu Quliyeva Sevinc Yunis qızı Quluyev Qəmbər Ağaverdi oğlu Rüstəmov Yasin İsmayıl oğlu Rzayev Abbas Heydər oğlu Rzayev Asif Hacı oğlu Rzayev Ramin Rza oğlu |
|
Gənc alimlər və mütəxəssislər şurası
- sədr - sədr müavini
- katib - üzvləri |
Nəcəfova Lamiyə Həmzə qızı Abbaszadə Nərmin Arzu qızı Əzimov Rüstəm Bakir oğlu Niyazova Rayihə Rasim qızı Abdullayeva Aysel Mahmud qızı Abdullayeva Aysel Zahid qızı Abdullayeva Nəzifə Şakir qızı Babayev Orxan Tehran oğlu Cəfərova Raya Elbrus qızı Cəfərova Sona Sahib qızı Əhmədli Nigar Əhməd qızı Əhmədova Aydan Fətəli qızı Əliyev Elçin Rəşid oğlu Əliyev Yadigar Arif oğlu Əliyeva Gülşad Hümmət qızı Göyüşov Atakişi İbrahim oğlu Hidayətzadə Səyyarə Qismətəli qızı Hüseynova Taciman Arzu qızı Kadaşeva Ülviyyə Malik qızı Mustafayev Elmar Məhəmməd oğlu Mustafazadə Aytac Raqif qızı Nabadova Lamiyə Nazim qızı Paşayeva Yeganə İlqar qızı Quliyeva Pünar Sabir qızı Quluzadə İnarə İlham qızı Qurbanov Əli Fuad oğlu Qurbanov Məcid Həsən oğlu Şükürova Nigar Oktay qızı Süleymanlı Bəhram Ədalət oğlu Süleymanova Şəkər Əfqan qızı Talıbova Nigar Qabil qızı |
|
Dissertasiya şurası
|
ED 1.19 Dissertasiya şurasının tərkibi: 1203.01- “Kompüter elmləri” ixtisası üzrə 1.Məmmədov Knyaz Şiraslan oğlu (sədr) – riyaziyyat elmləri doktoru, professor 2.İbrahimov Vaqif Rza oğlu (sədr müavini) – AMEA-nın müxbir üzvü, riyaziyyat elmləri doktoru, professor 3.Əşrəfova Yeganə Ramiz qızı (elmi katib) – riyaziyyat elmləri doktoru, dosent 4.Ayda-Zadə Kamil Rəcəb oğlu – riyaziyyat elmləri doktoru, professor 5.Bilalov Bilal Telman oğlu - AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor 6.Mehdiyeva Qalina Yuryevna - riyaziyyat elmləri doktoru, professor 1208.01 – “Ehtimal nəzəriyyəsi ” ixtisası üzrə 1.Əliyev Soltan Əli oğlu - riyaziyyat elmləri doktoru, professor 2.Əliyev Fikrət Əhmədəli oğlu - AMEA-nın həqiqi üzvü, riyaziyyat elmləri doktoru, professor 3.Hacıyev Asəf Hacı oğlu - AMEA-nın həqiqi üzvü, riyaziyyat elmləri doktoru, professor 4.Hacıyev Valeh Hilal oğlu – riyaziyyat elmləri doktoru, dosent 5.Rəhimov Fəda Hənnan oğlu – riyaziyyat elmləri doktoru, professor ED 1.20 Dissertasiya şurasının tərkibi: 1203.01- “Kompüter elmləri” ixtisası üzrə 1.Musayeva Nailə Fuad qızı (elmi katib) - texnika elmləri doktoru, professor 2.Əliyev Telman Abbas oğlu – AMEA-nın həqiqi üzvü, texnika elmləri doktoru, professor 3. Həsənov Allahverdi Biyakir oğlu – texnika elmləri doktoru, professor 4.Quliyev Rövşən Ağakişi oğlu - texnika elmləri doktoru, dosent 5.Rzayev Abbas Heydər oğlu – texnika elmləri doktoru, professor 6.Sadıqov Əminağa Bəhmən oğlu – AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor 7.Zeynalov Elçin Razim oğlu - texnika elmləri doktoru 3338.01 – “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə 1.Abbasov Əli Məhəmməd oğlu (sədr) - AMEA-nın həqiqi üzvü, texnika elmləri doktoru, professor 2.Rzayev Asif Hacı oğlu (sədr müavini) - texnika elmləri doktoru, dosent 3.Əliyev Elçin Rəşid oğlu – texnika elmləri doktoru, professor 4.Quluyev Qəmbər Ağaverdi oğlu – texnika elmləri doktoru 5.Nüsrətov Oqtay Qüdrət oğlu - texnika elmləri doktoru, professor 6.Paşayev Fərhad Heydər oğlu – texnika elmləri doktoru 7.Rzayev Ramin Rza oğlu - texnika elmləri doktoru, professor |
|
Həmkarlar təşkilatı
- sədr - sədr müavini - katib - büro üzvləri |
Əzizova Zəhra Ələkbər qızı Qurbanova Sədaqət Həsən qızı Quliyeva Gülnar Mikayıl qızı Hüseynova Xırda Nurulla qızı Cəbiyeva Zülal Bəkir qızı Paşayev Ədalət Bəxtiyar oğlu |
|
Elmlər doktorları | ||
Fəlsəfə doktorları |