Veb-sayt | ![]() |
|
Ünvan | AZ1141, Bakı ş., Z.Xəlilov küç., 117 | |
Tel. | (+994 12) 432 62 48 | |
Faks | ||
Elektron poçtu | ||
Baş direktor |
AMEA-nın müxbir üzvü Oktay Kazım oğlu Qasımov Fizika-riyaziyyat elmləri doktoru, professor Xidməti tel.: (+994 12) 4326248 Mobil tel.: (+994 55) 5336648 E-mail: oktaygasimov@gmail.com |
|
İcraçı direktor |
Biologiya üzrə elmlər doktoru Xidməti tel.: (+994 12) 4326808 Mobil tel.: (+994 55) 4722258; (+994 50) 4242258 |
|
Baş menecer |
Tibb üzrə fəlsəfə doktoru Xidməti tel.: (+994 12) 4326229 Mobil tel.: (+994 55) 3167345 E-mail: azadmed@yandex.ru; azadabdurahimov@biophys.science.az |
|
Baş mühəndis |
Elçin Nəriman oğlu Abdullayev Tel:(+994 12) 4326737 Mobil tel.: (+994 50) 3560420 E-mail: e.abdullayev.bf@mail.ru |
|
Elmi katib |
Florida Radik qızı Mehrəliyeva Biologiya üzrə fəlsəfə doktoru Xidməti tel.: (+994 12) 4326714 Mobil tel.: (+994 55) 9159335 E-mail: florida.r.yahyayeva@mail.ru |
|
Yaranma tarixi | 20.07.2016-cı il | |
Əsas fəaliyyət istiqamətləri |
1. Yaşla bağlı olan neyrodegenerativ xəstəliklərin (Parkinson, Alzeymervə s.) erkən simptomlarının aşkar edilməsi, neyrodegenerasiyanın inkişafının ingibirləşdirilməsi və onlara qarşı yüngülləşdirici və ya profilaktik tədbirlərin axtarışı üzrə tədqiqatların aparılması. 2. Biomolekulların strukturu, dinamikası və fuksiyası arasında əlaqələrin tədqiqi, hüceyrə metabolizmini tənzimləyən daxili və xarici siqnallar şəbəkəsinin genetik və biokimyəvi əsasları: zülal-zülal və zülal-nuklein turşusu (zülal-DNT, zülal-RNT) əlaqələrinin tədqiqi. 3. Xərçəng xəstəliklərinin yaranmasına səbəb olan reseptor və kinaza zülallarını kodlaşdıran genlərdə baş verən mutasiyaların lokalizasiyası və onların aşkar edilməsi, bu mutasiyaların yaratdığı idarə olunmayan proliferasiyanın aradan qaldırılması və ya susdurulması istiqamətində perspektiv addımların atılması üzrə tədqiqatların təşkil edilməsi. 4. Bioloji sistemlərdə çox komponentli kinetik proseslərin riyazi modelləşdirilməsi: insan və model orqanizmlərdə metabolic şəbəkələrin genetik tənzimlənməsi mexanizmlərinin tədqiqi; Xərçəng hüceyrələrinin yaranmasına səbəb olan prinsipial genetik faktorların təyini üçün xərçəngin gedişinin riyazi modelləşdirilməsi, proqnozlaşdırılması və müvafiq diaqnostika sistemlərinin yaradılması. 5. Hüceyrə qovşaqlarının (hibridomaların) yaradılması və monoklonal anticismlərin istehsalı üçün immunoloji tədqiqatların aparılması əhəmiyyətli bir tədqiqat istiqaməti kimi planlaşdırılır. |
|
Əsas elmi nəticələr |
• Süni intellektin sağlam və ağciyər karsinoması xəstələrinin qan plazmalarının FÇİQ spektrlər toplusunun analizinə tətbiqi ilə yaradılan model sağlam və xəstə nümunələri 70-90% dəqiqliklə klassifikasiya etməyə imkan verir. • Fibroin zülalının məhlulundan alınmış təbəqələrdə EPR metodu ilə molekulyar dinamika spin zondlar vasitəsi ilə tədqiq edilmiş, onların aktivasiya enerjiləri təyin edilmişdir. Fibroin molekulu ilə rodamin 6G molekulunun qarşılıqlı təsiri tədqiq edilmiş və göstərilmişdir ki, hər bir fibroin molekuluna təqribən 5 molekul rodamin-6G birləşir və fibroinin aqreqasıyasının qarşısı alınır. Bu system amyloid xəstəlikləri üzrə tədqiqatlarda model system kimi istifadə oluna bilməsi göstərilmişdir. • Göstərilmişdir ki, fibroin zülalı flüoressensiyanın kvant çıxışını yüksək səviyyədə saxlamaqla Rodamin 6G rəngini misli görünməmiş geniş konsentrasiya intervalında monomer halında saxlayan matrisa rolunu oynayır və o lazer, bio-optika və bio-fotonikada tətbiq edilə bilər. • Natrium nitritin kiçik və mötədil dozalarının (0,07 mM və yüksək) insan qanından ayrılmış eritrositlərə təsiri hemoqlobinin konformasiyasına və bununla bağlı onun oksigenə olan affinliyinin dəyişməsinə səbəb olur. Nitritin yüksək dozası (1,0 mM və yüksək) sitozolun hemoqlobin payının azalması hesabına eritrositlərdə membranla bağlı hemoqobinin payını artırır; hemoqlobinin sürətlə oksidləşməsinə (0,1 M - 1,0 mM natrium nitrit qatılığında) baxmayaraq, eritrosit membranının oksidləşməsi zəif gedir. Bu da, onunla izah olunur ki, inkubasiya zamanı (37ºC) eritrositlərdə nitrit ionu nitrit oksidinə çevrilir və sonuncu antioksidant funksiyası daşımaqla hüceyrə membranını qoruyur. • Solanasea fəsiləsindən olan tomat bitkisi yüksək duzluluq və su çatışmazlığına məruz qalan zamanı bitki mənşəli W-boks genlərindən WRKY33 (A və B) genlərin və AP2 ailəsi genlərindən isə ERF5 genin ekspressiya profile Norzern, in situ və Vestern hibridləşmələri ilə öyrənilmişdir. Müəyyən olunmuşdur ki, hər iki super ailənin nümayəndələri göstərilən şəraitdə fərqli toxuma spesifik ekspressiya profilinə malikdirlər. • EPR spektroskopiya metodunun köməyi ilə ultrabənövşəyi şüaların təsiri altında yaranan sərbəst radikalların rekombinasiyası fibroin zülalının quru və hidrasiya olunmuş halında tədqiqi ilə zülalın müxtəlif dinamik modları müəyyən edilmişdir. Keçid temperaturu ~205K olan dinamik modda zülal molekullarının su ilə zəif bağlı olması, keçid temperaturu ~279K olan dinamik modda isə su ilə güclü bağlı olması müəyyən edilmişdir. Hər iki modda iştirak edən sərbəst radikalların mənşəyi müəyyən edilmişdir. • İnsan daxil olmaqla, 6 növdən transkripsiya start saytı (TSS) təcrübi yolla müəyyənləşdirilmiş ~84000 promotor ardıcıllığı əsasında (a) RNT polimeraza II promotorlarının 3 sinifdən ibarət yeni təsnifatı verilmiş (CpG, qeyri-CpG/TATA və qeyri-CpG/qeyri-TATA) və onların çoxsaylı səciyyəvi xüsusiyyətləri müəyyənləşdirilmiş, bu biliklər əsasında neyron şəbəkələri statistik analiz üsulunu tətbiq etməklə yüksək dəqiqlikli yeni promotor axtarışı metodu – TSShm kompüter proqramı yaradılmışdır. • TSShm və digər kompüter proqramları vasitəsi ilə aşkar olunmuşdur ki, xərçəng xəstəliyi ilə bağlı məlum 702 gendən 650-si (təqribən 93%-i) üçün, ən azı, 1 potensial 2-istiqmətli promotor (2-İP) vardır. |
|
İşçilərinin ümumi sayı | 61 | |
Struktur bölmələri |
Biomolekulların strukturu, dinamikası və funksiyası laboratoriyası Molekulyar və hüceyrə biokimyası laboratoriyası Molekulyar və hüceyrə onkologiyası laboratoriyası İnteqrativ biologiya laboratoriyası Ekoloji biofizika laboratoriyası Molekulyar və hüceyrə immunologiyası laboratoriyası |
|
Elmi şura - sədr - sədr müavini - katib - üzvləri |
Oktay Kazım oğluQasımov Kərim Qulu oğlu Qasımov Florida Radik qızı Mehrəliyeva Azad Ramiz oğlu Əbdürəhimov İlham Əyyub oğlu Şahmuradov Tokay Məhərrəm oğlu Hüseynov Rasim Bəxtiyar oğlu Aslanov Sevinc Haqverdi qızı Cəfərova Leylaxanım Ərəstun qızı Məlikova Mətanət Ceyhun qızı Baxışova |
|
Gənc Alim və Mütəxəssislər Şurası - sədr - sədr müavini - katib - üzvləri |
Mətanət Ceyhun qızı Baxışova Ramiyyə Böyükkişi qızı Həsənova Aidə Mayıl qızı Məmmədzadə Sevil Məmmədhüseyn qızı Rəhmanova Aytac Cavanşir qızı Məmmədova |
|
Qadınlar şurası - sədr - sədr müavini - katib - üzvləri |
Əsmər Rövşən qızı Məmmədova Nərgiz Rəhman qızı Əfəndiyeva Günay İmran qızı Əliyeva Florida Radik qızı Mehrəliyeva Arzu Hətəmşah qızı Aydəmirova Aidə Mail qızı Məmmədzadə Ruhiyyə Tahirağa qızı Quliyeva Aytac Cavanşir qızı Məmmədova Ləman Mehman qızı Süleymanova Azad Ramiz oğlu Əbdürəhimov Rasim Bəxtiyar oğlu Aslanov |
|
Dissertasiya şurası - sədr - sədr müavini - elmi katib - üzvləri |
||
Həmkarlar təşkilatı - sədr - sədr müavini - katib - büro üzvləri |
Rasim Bəxtiyar oğlu Aslanov Xəyalə Üzeyir qızı Həsənova Ramiyyə Böyükkişi qızı Həsənova Ruhiyyə Tahirağa qızı Quliyeva Günay İmran qızı Əliyeva Arzu Hətəmşah qızı Aydəmirova |
|
İctimaiyyətlə əlaqələrə məsul şəxs | Xəyalə Üzeyir qızı Həsənova | |
Elmlər doktorları | ||
Fəlsəfə doktorları |