Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  İnstitut və təşkilatlar  >>  Tarixşünaslıq və mənbəşünaslıq şöbəsi

Tarixşünaslıq və mənbəşünaslıq şöbəsi
Tel. (+994 50) 3564985 
Faks  
Elektron poçtu zamrahov@gmail.com
Struktur bölmənin rəhbəri t.ü.f.d., dos. Ziyad Cümşüd oğlu Əmrahov
İşçilərin ümumi sayı 5
Əsas fəaliyyət istiqamətləri 

Müxtəlif elmlərin, o cümlədən Azərbaycan tarixini qədim dövrdən müasir dövrə qədər müxtəlif xarici və yerli mənbələr əsasında araşdırmaq və üzə çıxarmaq, onların tarixini yazmaqdır. Bununla bağlı olaraq müxtəlif elmlərin inkişafı gedişində qazanılan təcrübənin ümumiləşdirilməsi, onların tarixinin öyrənilməsi əsas fəaliyyət istiqaməti kimi qarşıda dayanır. Müxtəlif elm sahələrinin inkişafının bütün dövründə konsepsiyaların, cərəyanların, istiqamətlərin və meyllərin mahiyyətinin elmi əsaslar üzrə tədqiq edilməsi və konkret elmi nəticələr çıxarılması da şöbənin fəaliyyət istiqamətinə daxildir.

Məlumdur ki, tarixşünaslıq, həmçinin tarix elminin bir sahəsi olmaqla yanaşı, tarixi tədqiqatların problematikasının dəyişməsini, tarix elminin nəzəri və metodoloji prinsiplərinin inkişafını, tarixi təfəkkürün sosial əsaslarını və funksiyalarını, tarixi konsepsiyaların məzmununu, tarixi mənbələrin istifadəsini və təhlili metodlarını öyrənir.

Əsas elmi nəticələri Azərbaycan tarixinin orta əsrlər, həmçinin XIX – XX əsrlər dövrü müxtəlif mənbə və arxiv materialları əsasında tədqiq olunub, monoqrafiya və məqalələr dərc edilib, Azərbaycanda müxtəlif elmlərin tarixi araşdırılıb.