AMEA Kimya Elmləri Bölməsinin akademik-katibi, Aşqarlar Kimyası İnstitutunun direktoru, akademik Vaqif Fərzəliyev və institutun ümumi işlər üzrə direktor müavini Elman Zülfüqarov Belarusun paytaxtı Minskdə keçirilən “Xammalın və yanacağın alternativ mənbələri” mövzusunda VII beynəlxalq elmi-texniki konfransda iştirak ediblər.
Akademik Vaqif Fərzəliyev konfransın plenar iclasında məruzə ilə çıxış edib. Aktual mövzuya həsr olunan məruzə konfransın I dərəcəli diplomuna layiq görülüb.
Konfransın bölmə iclaslarından birinə sədrlik edən Vaqif Fərzəliyev belaruslu həmkarları ilə müştərək beynəlxalq tədqiqatların həyata keçirilməsi və institutlararası əlaqələrin inkişaf etdirilməsinə dair müzakirələr aparıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.