Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

23.09.2019 11:35
  • A-
  • A
  • A+

GPS vasitəsilə Azərbaycanda nadir və nəsli kəsilməkdə olan quşların həyat tərzi öyrəniləcək

GPS vasitəsilə Azərbaycanda nadir və nəsli kəsilməkdə olan quşların həyat tərzi öyrəniləcək

AMEA-nın Zoologiya İnstitutuna “Azərbaycanda nadir və nəsli kəsilməkdə olan quşların səmərəli qorunması üçün müasir təbiəti mühafizə avadanlıqlarından (GPS xaltalar) istifadə olunması” mövzusunda əsərə görə AR Əqli Mülkiyyət Agentliyi tərəfindən müəlliflik şəhadətnaməsi verilib.

İnstitutun əməkdaşları tərəfindən quşları öyrənmək və yerlərini dəqiq müəyyən etmək üçün onların lələkləri arasına (boynuna və ya kürəyinə) hər bir quşun ölçüsünə uyğun kiçik GPS xaltaların yerləşdirilməsi təklif olunur. Beləliklə, müasir texnologiyalardan istifadə etməklə Azərbaycanda nadir və nəsli kəsilməkdə olan quşların biologiyasını, həyat tərzini öyrənmək, biomüxtəlifliyin mühafizəsini təmin etmək və tədbirlər planı hazırlamaq mümkün olacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: