Rusiyanın Tambov Vilayətinin Miçurin adına Federal Elmi Mərkəzinin direktoru Mixail Akimov və Tambov Kənd Təssərrüfatı Elmi Tədqiqat İnstitutunun direktoru Aleksey Şabalkin Dendrologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Tofiq Məmmədovla görüşüb.
Görüşdə Azərbaycanda becərilən alma növləri və məhsuldar keyfiyyətli sortların seçilməsi, şimal bölgəsində onların introduksiyası və iqlimləşdirilməsi məsələləri müzakirə edilib. Həmçinin əhəmiyyətli bitkilərin introduksiyası və iqlimləşdirilməsi sahəsində birgə elmi-tədqiqat işlərinin aparılması üçün müqavilənin imzalanması barədə razılıq əldə olunub.
Daha sonra qonaqlar Dendrologiya İnstitutunun müasir avadanlıqlarla təhciz olunmuş laboratoriyaları, burada yerinə yetirilən elmi-tədqiqat işləri ilə tanış olub, yeni üslübda qurulmuş istixanalarda becərilən tropik və subtropik mənşəli bitkilərlə maraqlanıblar.
Sonda rusiyalı qonaqlara “Azərbaycan dendroflorası”nın V cildliyi və “Azərbaycanın nadir və nəsli kəsilməkdə olan ağac və kol bitkilər” kitabları təqdim edilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.