Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

21.11.2019 16:30
  • A-
  • A
  • A+

Azərbaycanlı alimlər Almaniyada beynəlxalq konqresdə iştirak ediblər

Azərbaycanlı alimlər Almaniyada beynəlxalq konqresdə iştirak ediblər

Almaniyanın Visbaden şəhərində tibbi turizmlə məşğul olan "Quality in Health Prevention" təşkilatının dəstəyi ilə "Sağlamlığın müdafiəsi üzrə Avropa günü" konqresi keçirilib.

Fransa, Belçika, Slovakiya, Çexiya, Çin, Rusiya, Qazaxıstan və s. ölkələrdən alimlərin qatıldığı tədbirdə Azərbaycanı akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun direktoru, biologiya elmləri doktoru, professor Ulduz Həşimovanın rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Tədbirdə U.Həşimova tibbi bərpa və kurortologiyada geniş istifadə olunan ağ naftalan yağının müalicəvi təsirləri üzrə eksperimental tədqiqatların nəticələrini təqdim edib. Bundan əlavə, qurultayda Azərbaycan nümayəndə heyəti tərəfindən ağ naftalan yağından hazırlanan kosmetik məhsullardan ibarət xüsusi stend təşkil olunub.

Almaniyanın Mainz Universiteti, Slovakiyanın Tibb Universiteti və Gürcüstanın Beretaşvili adına Eksperimental Biotibb Mərkəzi AMEA Yüksək Texnologiyalar Parkının yeni innovativ məhsulu olan ağ naftalan yağının terapevtik təsir mexanizmlərini öyrənməyə və gələcəkdə "Horizon 2020" proqramı üzrə birgə layihə həyata keçirməyə hazır olduqlarını bildiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: