Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

05.12.2019 11:09
  • A-
  • A
  • A+

AMEA əməkdaşları Rusiyada keçirilən beynəlxalq tədbirdə iştirak ediblər

AMEA əməkdaşları Rusiyada keçirilən beynəlxalq tədbirdə iştirak ediblər

M.V.Lomonosov adına Moskva Dövlət Universitetində "Rus, Rusiya: Orta əsrlər və yeni dövr. REA-nın akademiki L.V.Milovun xatirəsinə həsr edilmiş VI qiraətlər" mövzusunda ənənəvi beynəlxalq elmi konfrans keçirilib.

Rusiya, Belarus, Almaniya, Fransa, Polşa, Qazaxıstan və digər ölkələrdən 170-dən çox tarixçi, filosof, filoloq, iqtisadçı, politologiya üzrə mütəxəssisin qatıldığı tədbirdə ölkəmizi AMEA Rəyasət Heyəti aparatının Elmi irs mərkəzinin rəhbəri, t.ü.e.d., dosent Zemfira HacıyevaA.A.Bakıxanov adına Tarix İnstitutunun şöbə müdiri, professor Tofiq Mustafazadə təmsil ediblər.

Tədbirdə Z.Hacıyevanın "Orta əsrlərdə Azərbaycan və Rusiyanın ticari-iqtisadi və diplomatik əlaqələri tarixindən qısa xülasə" və T.Mustafazadənin "XVIII əsrin üçüncü rübündə Rusiya və Azərbaycan xanlıqları (Rusiya İmperiyasının xarici siyasəti materialları əsasında)" mövzusunda məruzələri dinlənilib.

Z.Hacıyeva məruzəsində çoxsaylı arxiv materialları və mənbələrə (Şərq, Avropa, Türkiyə, İran, Rusiya və s.) əsaslanaraq VII-XVII əsrlərdə yaranan Azərbaycan-Rusiya ticari-iqtisadi və diplomatik əlaqələrinin elmi təsdiqini təqdim edib. O, hər iki dövlət arasında inkişaf edən ticarət və diplomatik əlaqələrin yaranmasında tacirlərin əvəzsiz rolunu bildirib. Bundan əlavə, məruzəçi VII-XVII əsrlərə aid sənədlərdə tacirlərin və Azərbaycan şəhərlərinin adlarının yanlış verilməsi və saxtalaşdırılmasını xüsusi vurğulayıb, azərbaycanlı tacirlərin və diplomatların fars kimi təqdim edilməsini tənqid edib.

Z.Hacıyevanın məruzəsi iştirakçılar tərəfindən maraqla qarşılanıb, suallar cavablandırılıb.

Qeyd edək ki, konfransın materialları kitab halında çap olunub və nəşrdə AMEA əməkdaşlarının da məqalələri yer alıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: