Səudiyyə Ərəbistanının Məhəmməd İbn Səud Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Məhəmməd Uteybi AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda olub.
Müəssisənin direktoru, akademik Gövhər Baxşəliyeva ilə görüşdə Azərbaycanın ərəb ölkələri ilə elmi, mədəni əlaqələrindən söz açılıb, bu əlaqələrin möhkəmlənməsində şərqşünas alimlərin mühüm rolu qeyd edilib. G.Baxşəliyeva rəhbərlik etdiyi institutda ərəb ölkələrinin tarixi, iqtisadiyyatı, dili və ədəbiyyatı ilə bağlı araşdırmaların aparıldığını, kitabların nəşr edildiyini söyləyib. Bundan əlavə, ərəb mənbələrində bir çox xalqların, o cümlədən Azərbaycanın tarixinə dair mühüm məlumatların olduğunu bildirib.
Sonra M.Uteybi təmsil etdiyi universitet barədə məlumat verib, Şərqşünaslıq İnstitutunda ərəbşünaslıq sahəsində aparılan tədqiqatları yüksək qiymətləndirib.
Sonda iki qurum arasında elmi əlaqələrin yaradılmasına dair ilkin razılıq əldə edilib və qarşılıqlı razılaşma sənədinin hazırlanmasına qərar verilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.