Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

18.12.2019 14:20
  • A-
  • A
  • A+

Türkiyəli alim Dilçilik İnstitutunda məruzə ilə çıxış edib

Türkiyəli alim Dilçilik İnstitutunda məruzə ilə çıxış edib

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda beynəlxalq elmi seminar keçirilib.

Tədbiri müəssisənin direktoru, akademik Möhsün Nağısoylu açaraq bildirib ki, seminarda Türkiyənin Hacettepe Universitetinin professoru Şükra Haluk Akalının "Türk dili tarixində Günəş dil nəzəriyyəsi: dünəni və bu günü" mövzusunda məruzəsi dinləniləcək. M.Nağısoylu türkiyəli alimin uzun illərdir Dilçilik İnstitutu ilə sıx əməkdaşlıq etdiyini və Azərbaycan elminə, mədəniyyətinə dərin rəğbət bəslədiyini deyib.

Sonra Ş.H.Akalın elmi məruzəsini təqdim edib. Məruzəçi Günəş dil nəzəriyyəsinin türk dilinin dünya tarixində ilk dillərdən biri olduğunu müdafiə edən dilçilik nəzəriyyəsi olduğunu söyləyib. Bildirib ki, bu nəzəriyyə 1930-cu illərdə Mustafa Kamal Atatürk tərəfindən dəstəklənib və inkişaf etdirilib.

Alim dilin mənşəyinə dair indiyə qədər irəli sürülmüş nəzəriyyələrdən də danışıb.

Məruzə tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb, mövzu ətrafında müzakirələr aparılıb.

Sonda Ş.H.Akalına Azərbaycan-Türkiyə elmi əlaqələrinin inkişafındakı fəaliyyətinə görə təşəkkürnamə verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.  

  • Paylaş: