Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

AMEA Botanika İnstitutunda bitki viruslarının molekulyar təyininə həsr olunmuş elmi-praktiki seminar keçirilib
26.09.2014 00:00
  • A-
  • A
  • A+

AMEA Botanika İnstitutunda bitki viruslarının molekulyar təyininə həsr olunmuş elmi-praktiki seminar keçirilib

Bakı şəhərində Avropa Birliyində Birləşmiş Millətlər Təşkilatının Regionlararası Cinayət və Hüquq Tədqiqatları İnstitutunun (UNİCRİ) və AMEA Botanika İnstitutunun Bioloji Məhsuldarlığın Fundamental Problemləri Şöbəsinin təşkilatçılığı ilə “Bitki viruslarının molekulyar təyini”nə həsr olunmuş elmi-praktiki seminar keçirilib.

“Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrində biotəhlükəsizliyin və biomüdafiə imkanlarının gücləndirilməsi“ proqramı çərcivəsində “Azərbaycana idxal olunan kənd təsərrüfatı bitkilərinin, toxumların müxtəlif xəstəliklərinin və GMO məhsulların molekulyar diaqnostikası“ adlı layihə üzrə həyata keçirilən (Layihənin rəhbəri: akademik Cəlal Əliyev) seminarda AMEA Botanika İnstitutu, Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi Elmi-Tədqiqat Əkinçilk İnstitutu, Elmi-Tədqiqat Tərəvəzçilik İnstitutu, Bakı Dövlət Universitetinin Biologiya fakültəsindən olan gənc alim və mütəxəssislər, doktorant və tələbələr iştirak ediblər. Tədbiri giriş sözü ilə Botanika İnstitutunun Bioadaptasiya laboratoriyasının müdiri, akademik İradə Hüseynova açaraq tədbir iştirakçılarına seminarın məramı haqda məlumat verib. Seminarda Fransalı alimlər Dr.Alain Xeyir-Pur və Dr. Erik Verdan bitkilərin virus xəstəliklərinə həsr olunmuş məruzələrlə çıxış ediblər.

Seminarın işi laboratoriya şəraitində davam etdirib.

Seminar çərçivəsində Azərbaycanın müxtəlif bölgələrinə, o cümlədən, Gəncə şəhərində yerləşən Azərbaycan Dövlət Aqrar Universitetinin təcrübə sahələrinə, Samux, Quba rayonlarının fermer təsərrüfatlarının tərəvəz sahələrinə və üzüm plantasiyalarına, həmçinin Abşeronda Əkinçilik və Tərəvəzçilik İnstitutlarının təcrübə sahələrinə ekspedisiyalar təşkil olunub, aparılan çoxsaylı fitopatoloji monitorinqlər zamanı virus xəstəliyinin xarakterik simptomlarına əsaslanan vizual diaqnostika əsasında xəstə bitki nümunələri, eləcə də neqativ kontrol kimi sağlam bitki nümunələri toplanılıb. Xəstə bitki nümunələri seroloji (ELİSA, BİOREBA, İsveçrə) və molekulyar metodlarla (RT-PCR) analiz olunmuş və 8 nümunədə RNT-genomlu viruslar aşkar edilib.

Qeyd edək ki, seminarın Bakıda təşkil edilməsi Azərbaycanlı gənc tədqiqatçılar üçün bitki viruslarının molekulyar təyini üzrə yeni metodların mənimsəməsi istiqamətində əhəmiyyətli addımdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: