Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

30.09.2014 00:00
  • A-
  • A
  • A+

AMEA Geologiya və Geofizika İnstitutunun elmi-texniki bazası zənginləşdirilir

AMEA Geologiya və Geofizika İnstitutunun elmi-texniki bazası zənginləşdirilir

AMEA Geologiya və Geofizika İnstitutu elmi nəticələrin istehsalatda tətbiqi istiqamətində imkanlarını təkmilləşdirir. Belə ki, institutun “Analitik Cihaz və Avadanlıqlardan Kollektiv İstifadə Mərkəzi”nə “Universal S8 tiger” rentgenspektrometri, “JEOL MS 6610LV” skaynerli elektron mikroskopu, “Rigaku Miniflex 600” rentgendifraktometri, “Agilent technologies 200 series AA” atom absorbsiyası və “Agilent technologies 7700 e İCP-MS” analizatorları alınıb. Mərkəzin rəhbəri Nazim Sadıqov bildirir ki, bu avadanlıqlar mineral xammal, süxur, filiz, metal və ərintilərin, həmçinin torpaq, dib çöküntüləri, sement, şüşə və daşların tərkibində mikroelementləri müəyyən edə bilir. Eyni zamanda onların vasitəsi ilə istənilən qeyri-üzvi bərk və maye maddələrin, içməli və texniki suların kimyəvi tərkibini, o cümlədən neft və neft məhsullarındakı metalların mikrokomponentlərini təyin etmək mümkündür. Sözügedən elmi-texniki vəsaitlər ABŞ, Almaniya və Yaponiyada istehsal edilib. Bu cihazlarla analizlərin aparılması zamanı metodik göstəricilər və təlimatlardan istifadə edilir. Analizlərin nəticələrinin düzgünlüyü isə Rusiya, Almaniya və Yaponiyadan alınmış xüsusi dövlət standartları ilə yoxlanılır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: