Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Torpaqşünaslıq və Aqrokimya İnstitutunun alimləri torpaq xəritəçiliyi üzrə beynəlxalq vebinarda iştirak ediblər
29.06.2020 12:13
  • A-
  • A
  • A+

Torpaqşünaslıq və Aqrokimya İnstitutunun alimləri torpaq xəritəçiliyi üzrə beynəlxalq vebinarda iştirak ediblər

Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Torpaq-CİS laboratoriyasının rəhbəri, AMEA-nın müxbir üzvü Amin İsmayılov, böyük elmi işçi, aqrar elmlər üzrə fəlsəfə doktoru Fikrət Feyziyev və aparıcı elmi işçi Sultan Hüseynova BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı və Avropa Komissiyasının Birləşmiş Tədqiqat Mərkəzinin 25-26 iyun 2020-ci il tarixlərində birgə təşkil etdiyi onlayn vebinarda ekspert qismində iştirak ediblər.

“Asiya torpaq atlası”nın hazırlanması proqramı çərçivəsində keçirilən vebinarda milli torpaq təsnifatlarının Beynəlxalq torpaq təsnifatına (WRB) korrelyasiyası istiqamətində müzakirələr aparılıb. Həmçinin Azərbaycanın müasir rəqəmsal torpaq xəritəsi də aprobasiyaya təqdim olunub.

BMT-nin Qlobal Torpaq Əməkdaşlığı proqramı çərçivəsində Azərbaycan milli torpaq təsnifatının WRB-yə tam korrelyasiya edilərək beynəlxalq rəqəmsal torpaq xəritələri tələblərinə uyğunlaşdırılması prosesi davam edir. Proqram çərçivəsində iştirakçı ölkələrin torpaq xəritələrinin harmonizasiya olunaraq “Asiyanın torpaq atlası” adı altında çap olunması nəzərdə tutulub.

Sonda Azərbaycan alimləri beynəlxalq torpaq təsnifatı və xəritəçiliyi üzrə Təşkilat Komitəsinin sertifikatına layiq görülüblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: