Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

22.09.2020 10:40
  • A-
  • A
  • A+

Lənkəran Regional Elmi Mərkəzindən kameral analizlər üçün nümunələr götürülüb

Lənkəran Regional Elmi Mərkəzindən kameral analizlər üçün nümunələr götürülüb

AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun laboratoriya müdiri, biologiya elmləri doktoru Yaşar Feyziyev, Botanika İnstitutunun laboratoriya müdiri, biologiya elmləri doktoru Dilzarə Ağayeva və sözügedən müəssisələrin gənc əməkdaşları akademiyanın Lənkəran Regional Elmi Mərkəzində (LREM) ekspedisiyada olublar.

Mərkəzin direktoru, aqrar elmlər doktoru, professor Fərman Quliyev qonaqlara LREM-də aparılan elmi-tədqiqat işləri, həmçinin əldə edilən nəticələr barədə məlumat verib.

Sonra ekspedisiya üzvləri çay və sitrus bitkilərində mikoloji müşahidələr aparıb, ilkin nəticələrə əsasən öz məsləhətlərini veriblər. Həmçinin təcrübə sahəsindən Botanika İnstitutunun Mikoloji laboratoriyasında kameral analizlər aparmaq üçün nümunələr götürülüb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: