Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Ordumuz qürur mənbəyimizdir
01.10.2020 10:40
  • A-
  • A
  • A+

Ordumuz qürur mənbəyimizdir

Otuz ilə yaxındır ki, Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycanın işğal edilmiş ərazilərinin sülh yolu ilə geri qaytarılması istiqamətində danışıqlar aparılır. Bu illər ərzində Azərbaycan hökuməti ərazidə sülhün bərqərar olması və torpaqların canlı qüvvə itkisi olmadan azad edilməsi, ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi istiqamətində dəfələrlə öz mövqeyini bildirib. Lakin Azərbaycanın sülh yolu ilə torpaqlarının geri qaytarılması təkliflərini Ermənistan rəhbərliyi qəbul etməyərək, cəbhədə atəşkəsi pozmağı, mülki əhaliyə və ordumuza qarşı təxribat törətməyi üstün tutub.

Bu fikirləri AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Qadınlar Təşkilatının sədri, dosent Fəzilə Qasımova söyləyib. O bildirib ki, sentyabrın 27-də səhər saat 06:00 radələrində işğalçı Ermənistanın cəbhə xəttində törətdiyi təxribat nəticəsində Azərbaycanın yaşayış məntəqələri və döyüş mövqelərimiz şiddətli artilleriya atəşinə məruz qalıb. Hazırda cəbhədə vəziyyət gərgindir. Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində mülki əhali və hərbi qulluqçularımız arasında itkilərimiz var. Bu təxribatlara cavab olaraq Azərbaycan Ordusu qısa müddətdə əks-hücuma keçib və düşməni geri çəkilməyə məcbur edərək, işğal altında olan ərazilərimizi azad etməkdədir.

“İnanırıq ki, yaxın günlərdə bayrağımız zəfər sədaları altında doğma torpaqlarımızda dalğalanacaq və şəhidlərimizin qanı yerdə qalmayacaq. Biz “Qarabağ Azərbaycandır!" şüarını dəstəkləyir və bu zəfər yolunda Prezident, Ali Baş Komandan İlham Əliyevə, qüdrətli ordumuzun zabit və əsgərlərinə, bütövlükdə Azərbaycan xalqına uğurlar diləyirik!”, - deyə F.Qasımova bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: