Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Professor Nəcəf Müseyibli: "İşğalçının saxta ideologiyası darmadağın oldu"
05.10.2020 11:30
  • A-
  • A
  • A+

Professor Nəcəf Müseyibli: "İşğalçının saxta ideologiyası darmadağın oldu"

Bu gün torpaqlarımız uğrunda müqəddəs müharibə gedir. Hər gün işğalçıya vurulan növbəti zərbə bizi son qələbəyə daha da yaxınlaşdırır. Qələbəyə və ədalətin bərpasına inamımız yenilməzdir.

Qonşu xalqların, dövlətlərin tarixi torpaqlarını işğal etmək üçün aparılan müharibələr adətən saxta ideologiya ilə müşayiət olunur. Azərbaycana qarşı erməni təcavüzünün ideoloji bazası uzun illər öncə yaradılmağa başlamışdı.

XIX əsrdə Rusiya imperiyası tərəfindən kütləvi surətdə Cənubi Qafqaza köçürülən ermənilər bütün bu müddət ərzində saxta təbliğatla məşğul olaraq, guya ərazidə əcdadlarının yaşadıqlarını “sübut edən” tarixi abidələrin olduğunu iddia edirlər.

Əsil elmi həqiqətlər budur ki, ermənilər Qafqaza  özlərinin dili və dini ilə, artıq kənarda erməni kimi tam formalaşmış halda gəliblər. Hətta erməni “alimləri” daha qədim dövrlərdən bəhs etdikləri halda da məhz “erməni”, “erməni xalqı”  sözlərindən istifadə edirlər. Buna görə də bütün cəhdlərinə baxmayaraq onların Cənubi Qafqazda yerli xalq olduğu heç bir halda təsdiqini tapmır. Tarix elminin bu sadə həqiqətini erməni ideoloqları dərk etmək istəmirlər. 

Amma bunun tam əksi olaraq, onilliklər ərzində aparılmış arxeoloji-antropoloji tədqiqatlar azərbaycanlıların ulu əcdadlarının Qafqazın yerli əhalisi olduğunu, əsrlər boyu bu ərazidə təşəkkül tapıb formalaşdığını sübut etmişdir. Yəni, bu araşdırmalar Azərbaycanın müasir əhalisinin minilliklər öncəyə bağlandığını maddi, təkzibolunmaz faktlarla sübuta yetirmişdir.

Cənab Prezident İlham Əliyev əvvəlki çıxışlarında olduğu kimi, yaxın günlərdə döyüşlərdə yaralanmış hərbçilərlə görüşündə də Azər­bay­ca­nın Er­mə­nistan tə­rə­fin­dən iş­ğal olun­muş əra­zilərimizdəki tarixi abidələrimizi məhv etdiklərini xüsusilə vurğulamışdı. İşğal olunmuş bölgədə yüz­lər­lə abi­də­lə­ri­miz er­mə­ni van­dal­la­rı tə­rə­fin­dən küt­lə­vi su­rət­də dağıdılır və ya özünün­kü­ləş­di­ri­lir. Er­mə­ni­lər iş­ğal et­dik­lə­ri əra­zi­lər­də ilk növbədə is­lam mə­də­niy­yə­ti abi­də­lə­ri­ni küt­lə­vi su­rət­də məhv edir­lər. Çünki bu dini memarlıq tikililərini, epiqrafik yazılarla müşayiət edilən abidələri erməniləşdirmək mümkün deyil.

Di­gər tə­rəf­dən, ermənilər Azər­bay­ca­nın al­ban xris­ti­an me­mar­lıq abi­də­lə­ri­ni er­mə­ni­ləş­di­rir­lər. Bununla  bu qə­dim xris­ti­an abi­də­lə­ri­nin gu­ya on­la­ra məx­sus­lu­ğu­nu və er­mə­ni­lə­rin bu əra­zi­lə­rin qə­dim sa­kin­lə­ri ol­du­ğu­nu sax­ta yol­lar­la sü­but etməyə çalışırlar.

Dün­ya­nın na­dir abi­də­lə­rin­dən olan Azıx ma­ğa­ra dü­şər­gə­si er­mə­ni iş­ğal­çı­la­rı tə­rə­fin­dən əv­vəl­lər hər­bi sur­sat an­ba­rı­na çev­ril­miş, son­ra isə ora­da qeyri-qa­nu­ni “ar­xeo­lo­ji qa­zın­tı­lar­” aparılmışdır. Si­ya­si mü­ba­ri­zə are­na­sın­da tam məğ­lu­biy­yə­ti­ni dərk edən Er­mə­nis­tan iş­ğal fak­tı­na ta­ri­xi-hü­qu­qi don ge­yin­dir­mək məq­sə­di ilə hə­min əra­zi­lər­də­ki qə­dim abi­də­lə­rin gu­ya er­mə­ni­lə­rə məx­sus ol­ma­sı ba­rə­də cəfəngiyat do­lu təb­li­ğat apa­rırlar.

Er­mə­nis­tan “Si­lah­lı mü­na­qi­şə­lər za­ma­nı mə­də­ni mül­kiy­yə­tin qo­run­ma­sı haq­qın­da” 1954-cü il Haa­qa Kon­ven­si­ya­sı­nın 1999-cu il pro­to­ko­lu­nun üz­vü­dür. Bu Kon­ven­si­ya­da iş­ğal olun­muş əra­zi­lər­də hər han­sı ar­xeo­lo­ji qa­zın­tı­la­rın apa­rıl­ma­sı, mə­də­ni mül­kiy­yə­tə də­yi­şik­lik­lər edil­mə­si, mə­də­ni, ta­ri­xi və el­mi də­lil­lə­rin giz­lə­dil­mə­si və ya məhv edil­mə­si məq­sə­di­lə on­la­rın is­ti­fa­də­si qa­da­ğan edil­miş­dir. Bu­na bax­ma­ya­raq Er­mə­nis­tan tə­rə­fi iş­ğal olun­muş Azər­bay­can əra­zi­lə­rin­də qey­ri-qa­nu­ni ar­xeo­lo­ji qa­zın­tı iş­lə­ri apa­rır­. Ağ­da­mın iş­ğal olun­muş əra­zi­sin­də­ki qə­dim abi­də­ni er­mə­ni­lər “Tiq­ra­na­kert” elan edə­rək ora­da “ar­xeo­lo­ji qa­zın­tı­lar” gerçəkləşdirir. Hal­bu­ki “Tiq­ra­na­kert” ad­lı qə­dim şə­hər bü­töv­lük­də Cə­nu­bi Qaf­qaz əra­zi­sin­də möv­cud ol­ma­mış­dır. Ümu­miy­yət­lə, er­mə­ni xal­qı­na aid qə­dim ant­ro­po­lo­ji ma­te­ri­al­lar və hər han­sı mad­di mə­də­niy­yət qa­lıq­la­rı həm iş­ğal olun­muş böl­gə­dən, həm də in­di Er­mə­nis­tan ad­lan­dı­rı­lan Qər­bi Azər­bay­can tor­paq­la­rın­dan mə­lum de­yil­dir.

Bü­tün bun­lar er­mə­ni ta­rix­çi­lə­ri­nin və ideo­loq­la­rı­nın yad tor­paq­la­rın ələ ke­çi­ril­mə­si planlarını icra edən işğalçı qüvvələrə tu­tar­lı ca­vab­la­rın ve­ril­mə­si­ni tə­ləb edir. Şanlı ordumuz indi məhz bu işlə məşğuldur.

Bu günlərdə xalq-dövlət birliyi hər bir vaxt olduğundan daha güclüdür. İnanırıq ki, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuz torpaqlarımızı işğaldan azad edəcək və tarixi ədalət bərpa olunacaq. Şuşada Azərbaycan müzəffər əsgərinə abidənin ucaldılacağı gün uzaqda deyil!

Nəcəf Müseyibli, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun direktor müavini, tarix elmləri doktoru, professor

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: