Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Sərkərdə igid olsa!
07.10.2020 14:21
  • A-
  • A
  • A+

Sərkərdə igid olsa!

Türkün səbriylə çox oynadılar namərdlər. Sonunda bütün sərhədləri keçəndə igid sərkərdəmiz – Ali Baş Komandan İlham Əliyev qarı düşmənin layiq olduğu möhtəşəm cavabı verdi.

Bəli, beləcə aslanlar da uzun zaman çaqqalların yan-yörələrində çevirdiyi hiyləgər, xain, namərd işləklərə fikir verməzlər, bu çirkin oyunlar həddini aşanda isə bir pəncə zərbəsi ilə o namərdlərin belini sındırıb dərsini verərlər.

Ali Baş Komandanımız öncə sözlə düşmənin belini qırdı: “Sən kimsən ki, mənim qarşıma şərt qoyursan?!” Bu, möhtəşəm bir rəcəz idi; düşmənin ruhunu sındıran, canına vicvicə salan bir hayqırtı, aslan nərəsi idi. Bu nərədən qara gününü qablaşdırdı xain düşmən.

Tarix boyu yenilməz sərkərdələrimiz, ulu pəhləvanlarımız da düşməni eynilə bu cür məğlubiyyətə, ölümə, məhvə “hazırlamışlar”. Dədəm Qorqudun qopuzu, Xətayinin döyüş çağırışları, Koroğlunun aslan nərəsi, adı gələndə indi də qoca ermənilərin titrədiyi Osmanlının məşhur qırxdüymə topu...

Atalarımızın namərd dünya haqqında ibrətli bir sözü var: “Arxalı köpək qurd basar”. Nə yaxşı ki, bu dəfə köpəyin arxası boş çıxdı, Qurdun pəncəsi küçük kimi zingildətdi xain köpəyi! Ali Baş Komandanın çox sərrast ifadəsi ilə desək: “İti qovan kimi qovduq!” İndi yeganə çarəsi – murdar yuvasında yaralarını yalamaqdır... Hələ ki... Ancaq vaxt gələcək gözəl dünyamızda irinli yara kimi iy verən bu murdar yuva da dağılacaq, insanlığın canı bu üfunətdən xilas olacaq! Onda xilaskar Azərbaycan ordusuna, onun igid sərkərdəsi – Ali Baş Komandan İlham Əliyevin şəninə “əhsən, afərin, yaşasın!” sədaları asimana bülənd olacaq!

Bəli, biz tarixi günlər yaşayırıq və bu tarixi yazan əl təkcə öz Vətəninə, öz xalqına deyil, bütövlükdə mütərəqqi bəşəriyyətə xidmət edir, qlobal xilaskarlıq missiyasını şərəflə yerinə yetirir.

Faşist cəlladlarına heykəl qoyulduğu bir şər yuvasının insanlığa qarşı cunayət törətməsinə seyrçi mövqedən baxan bəzi güc mərkəzləri az qala əsnəyə-əsnəyə bizi atəşi dayandırmağa səsləyəndə düşünmürlər ki, sabah bu çanaq onların da başında çatlaya bilər...

İnsanlıq tarixinin utancverici qara səhifəsi olan erməni faşizmini öz igid sərkərdəsinin başçılığı altında əzmlə darmadağın edən şanlı ordumuzun müqəddəs torpaqlarımızın azad edilməsi yolunda həyata keçirdiyi yenilməz döyüşlər, möhtəşəm silahı ilə yazdığı şərəfli tarix qəhrəman babalarımızın ruhu qarşısında verilən məğrur hesabatdır. Heç şübhə olmasın ki, qısa zamanda faşist cəlladlarını torpaqlarımızdan “iti qovan kimi qovacaq” (Ali Baş Komandan İlham Əliyev), azad edilmiş torpaqlarımızda möhtəşəm dinc quruculuq işlərini həyata keçirəcək, çiçəklənən yurdumuzun dinclik və sabitlik məkanı kimi Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin müdrik rəhbərliyi altında bundan sonra da sürətli inkişafına nail olacağıq!

Sanki müdrik babalarımız bu dərin mənalı bayatını da elə Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyev haqqında demişlər:

Mən aşiq Ordubada,

Yol gedir Ordubada.

Sərkərdə igid olsa,

Heç verməz ordu bada!

Teymur KƏRİMLİ, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: