Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Erməni terrorunun dinc əhaliyə hücumu
26.10.2020 11:44
  • A-
  • A
  • A+

Erməni terrorunun dinc əhaliyə hücumu

2020-ci il oktyabrın 17-də Ermənistanın Gəncə şəhərini raket atəşinə tutması nəticəsində 14 mülki şəxs, o cümlədən iki uşaq həlak olub və 50-dən çox insan yaralanıb. Allahdan ölənlərə rəhmət, yaralılara şəfa diləyirik!

Ermənistan Gəncəyə növbəti raket hücumu ilə özünün faşist, terrorçu mahiyyətini bir daha dünyaya nümayiş etdirmiş oldu. Bu dövlət dinc əhalini hədəfə almaqla beynəlxalq humanitar hüquqa, sivil dünyanın qayda-qanunlarına məhəl qoymadığını bir daha açıq şəkildə bəyan etdi. Gəncəyə hücum müharibə cinayətidir və cinayətkar Ermənistan bu hücuma görə ədalət mühakiməsinə cəlb edilməlidir. 

Gəncəyə hücum Ermənistan tərəfindən törədilmiş müharibə cinayətidir, bu dövlətin terrorçu mahiyyətinin təzahürüdür. Ermənistan bu cinayətə görə beynəlxalq ədalət məhkəməsi qarşısında cavab verəcək və biz gənclər Ermənistanın bu cinayətə görə məsuliyyətə cəlb edilməsi üçün əlimizdən gələni əsirgəməyəcəyik.

Gəncə cinayəti Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın rəşadətli ordusunun döyüş meydanında düşmənə yaşatdığı ard-arda məğlubiyyətlərin əvəzini mülki əhalidən çıxmaq barədə qeyri-insani niyyətin, Ermənistan hakimiyyəti və ordu sıralarında hökm sürən ruh düşkünlüyünün, Ermənistan tərəfində məğlubiyyətin qaçılmazlığının dərk edilməsinin göstəricisidir. 

Gəncəyə hücumla mənfur düşmən Azərbaycan xalqının iradəsini qıra bilməz. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında milli ordumuz tərəfindən torpaqlarımızın erməni işğalından azad edilməsi bütün cəmiyyətimizdə böyük sevinc və coşqu ilə qarşılanmaqdadır. Gənclər arasında müşahidə olunan yüksək milli ruh mühitinin əsasında dövlət başçısının uzun illərdir gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsi prinsipi əsasında uğurla həyata keçirdiyi milli gənclər siyasəti dayanır. Gənclər Ali Baş Komandan ətrafında daha da sıx birləşib və torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası uğrunda mübarizəni axıra qədər davam etdirmək əzmindədirlər. 

Qarabağ Azərbaycandır!

Fərid MUSTAFAYEV, AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: