Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

İdarəetmə Sistemləri İnstitutunun Yeni Azərbaycan Partiyası təşkilatının ordumuza dəstək iclası keçirilib
30.10.2020 13:39
  • A-
  • A
  • A+

İdarəetmə Sistemləri İnstitutunun Yeni Azərbaycan Partiyası təşkilatının ordumuza dəstək iclası keçirilib

AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun Yeni Azərbayan Partiyası (YAP) təşkilatının iclası keçirilib.

Əvvəlcə Vətən uğrunda şəhid olmuş əsgərlərimizin və dinc əhaliyə qarşı erməni təcavüzü nəticəsində həyatlarını itirmiş həmvətənlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad olunub.

Tədbiri institutun YAP təşkilatının sədri Zülalə Cəbiyeva açaraq təşkilat üzvlərinin il ərzində yerinə yetirdiyi və Vətən müharibəsi dövründə ordumuza dəstək məqsədilə görülən işlərdən söz açıb. O, müəssisə əməkdaşlarının son bir ayda ölkəmizdə baş verən proseslərdə yaxından iştirak etdiyini, müharibənin ilk günlərindən başlayaraq Qarabağ həqiqətlərini xarici ölkələrdə yaşayan alimlərə çatdırdıqlarını və ordumuza dəstək üçün əllərindən gələn köməyi əsirgəmədiklərini söyləyib.

Sonra çıxış edən Neft və qaz məhsullarının nəqli prosesinin nəzarət və ölçü vasitələrinin yaradılması laboratoriyasının rəhbəri, t.ü.f.d. İsayev Məzahir 1980-ci illərdən bu günlərə kimi ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi siyasi və hərbi təxribatlar haqqında məlumat verib, eləcə də ən yüksək silah və texnika ilə təchiz olunan ordumuzun cəbhədə göstərdiyi yüksək qəhrəmanlıq şücaətindən danışıb.

İdarəetmənin riyazi məsələləri laboratoriyasının rəhbəri, r.e.d. professor İlqar Məmmədov isə öz çıxışında Azərbaycan xalqının başda Ali Baş Komandan olmaqla, yeni tarix yazdığını və 30 ildə qayıtmayan torpaqlarımızın son 30 gün ərzində ordumuzun gücü ilə qaytarıldığından söz açıb və xalqımızın öz prezidenti ətrafında yumruq kimi birləşdiyini, ordumuzun qələbəsinə inandığını söyləyib.

Tədbirdə Elmi-texniki informasiya və patent tədqiqatları şöbəsinin müdiri, t.ü.f.d., dosent Rəna Əsədova çıxış edərək Prezident İlham Əliyevin Ali Baş Komandan kimi döyüş əməliyyatlarına uğurla rəhbərlik etməklə yanaşı, dərin intellekti, peşəkarlığı və iradəsi ilə diplomatik cəbhədə də yorulmadan çalışdığını, Azərbaycanın haqq səsini bütün dünyaya bəyan etdiyini və bu gün dünyanın seçilən dövlət başçıları arasında ən ləyaqətli dövlət başçılarından biri olduğunu vurğulayıb.

Ermənistanın öz məğlubiyyətini həzm edə bilmədiyini, hər zamankı xislətinə sadiq olaraq cinayət əməlləri törətdiyini deyən institutun böyük elmi işçisi, r.ü.f.d. Rəhilə Sadıqova düşmənin hər dəfə yeni təxribatlara əl atdığını, döyüş bölgəsindən kənarda yerləşən yaşayış məntəqələrini, mülki əhalini hədəfə aldığını diqqətə çatdırıb.

İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, i.ü.f.d. Aygün Əliyeva isə çıxışında müəssisənin gənc alimlərinin informasiya savaşında fəal iştirakı barədə məlumat verib və Dağlıq Qarabağ müharibəsi ilə bağlı obyektiv məlumatların dünya ictimaiyyətinin diqqətinə çatdırılması məqsədilə xaricdə fəaliyyət göstərən elmi mərkəzlərə, görkəmli alim və mütəxəssislərə alimlər tərəfindən xüsusi məktubun ünvanlandığını söyləyib. A.Əliyeva çıxışını müəllifi olduğu “Azərbaycan Yaşa! Vətənim Yaşa” şeiri ilə bitirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: