Son illər AMEA əməkdaşlarının nüfuzlu elmmetrik bazalara daxil olan jurnallarda dərc edilən elmi əsərlərinin sayında müsbət dinamika müşahidə olunur.
Alimlərimizin nəşr fəaliyyəti və bu sahədəki nailiyyətləri AMEA rəhbərliyinin daim diqqət mərkəzindədir. Təqdim olunan məlumatda AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri, Kimya Elmləri, Yer Elmləri, Biologiya və Tibb Elmləri bölmələrinin əməkdaşlarının nüfuzlu bazalara daxil olan jurnallarda 2020-ci ildə işıq üzü görmüş elmi əsərlərinin rus dilində xülasələri əksini tapıb.
Qeyd edək ki, AMEA-nın Humanitar və İctimai Elmlər bölmələrinin əməkdaşlarının bu bazalara daxil olan jurnallarda dərc edilən məqalələrinin rus dilində xülasələri də əlavə olunacaq.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.