Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Coğrafiyaşünas alim işğaldan azad olunmuş ərazilərimizdəki ekoloji terrordan danışıb
27.11.2020 15:31
  • A-
  • A
  • A+

Coğrafiyaşünas alim işğaldan azad olunmuş ərazilərimizdəki ekoloji terrordan danışıb

AMEA-nın akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun şöbə müdiri, coğrafiya üzrə elmlər doktoru Nəriman Paşayev "ATV Səhər" verilişinin qonağı olub.

Düşmən tapdağından azad olunmuş ərazilərimizdə ekoloji vəziyyətə aydınlıq gətirən alim Ermənistanın işğalçılıq siyasəti nəticəsində təbii sərvətlərimizin, Qarabağda fəaliyyət göstərən sənaye, kənd təsərrüfatı müəssisələrimizin, sosial infrastruktur, kurort-turizm sahələrimizin, hər şeydən əvvəl isə əhalimizin terrora məruz qaldığını diqqətə çatdırıb. Bildirib ki, işğal nəticəsində Azərbaycanın nəzarətindən kənarda qalmış ərazilərdə böyük problemlər yaranıb, Naxçıvanla Azərbaycan arasındakı bütün kommunikasiya sistemləri məhv edilib.

N.Paşayev Azərbaycanın zəngin unikal ərazilərində torpaqların deqradasiyaya uğradığını, su ehtiyatlarının zəhərli maddələrlə çirkləndirildiyini, təbii sərvətlərin vəhşicəsinə istismar edilərək ölkədən çıxarıldığını söyləyib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: