Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Coğrafiyaçı alim Zod qızıl yatağından danışıb
15.12.2020 11:29
  • A-
  • A
  • A+

Coğrafiyaçı alim Zod qızıl yatağından danışıb

AMEA-nın akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun şöbə müdiri, coğrafiya üzrə fəlsəfə doktoru Mirnuh İsmayılov Azadlıq Radiosunun  “Kəlbəcərdəki qızıl yatağı ətrafında nə baş verir?” süjetinin çəkilişində iştirak edib.

Videoda göstərilir ki, Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanmış bəyanata əsasən, noyabrın 25-də işğaldan azad olunmuş Kəlbəcər rayonu Azərbaycana təhvil verilib.

Coğrafiyaçı mütəxəssis Zod qızıl yatağının 70 faizinin Azərbaycan, 30 faizinin isə Ermənistan ərazisində olduğunu bildirib. O qeyd edib ki, buradakı  süxurların qızıllılıq faizi yüksəkdir. Sovet dönəmində aparılan araşdırmalara görə, yataqda 112 tondan artıq qızıl ehtiyatı var. Alim xatırladıb ki, 1988-ci ildə həmin yerlərdə məzuniyyətdə olarkən mədəndə işləyən azərbaycanlı fəhlələrin dediklərinə görə, yatağın məhsuldar hissəsi məhz Kəlbəcərdədir, Ermənistan tərəfində isə tükənmək üzrədir.

1992-ci ildə Kəlbəcər qızıl yatağının istismarı dayandırılsa da, 28 illik işğal ərzində oradan çıxarılan və xaricə daşınan qızıl ehtiyatının dəyəri hədsizdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: