Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

28.01.2021 13:07
  • A-
  • A
  • A+

“Xüsusi karantin rejimində dissertasiya şuralarının fəaliyyətinin təşkili” mövzusunda onlayn iclas keçirilib

“Xüsusi karantin rejimində dissertasiya şuralarının fəaliyyətinin təşkili” mövzusunda onlayn iclas keçirilib

Yanvarın 26-da Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Ko­missiyasının (Komissiya) təşkilatçılığı ilə xüsusi karantin rejimində dis­ser­tasiya şuralarının fəaliyyətinin təşkilinə həsr olunmuş onlayn iclas keçirilib. İclasda Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Ko­missiyasının sədri Famil Mustafayev “Xüsusi karantin rejimində dis­ser­tasiya şuralarının fəaliyyətinin təşkili” mövzusunda geniş məruzə ilə çıxış edib.

Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan elmi müəssisə və təşkilatların rəhbərləri, bu qurumların nəzdində fəaliyyət göstərən dissertasiya şuralarının sədrləri və elmi katibləri iştirak ediblər.

Komissiyanın sədri ilk öncə onlayn tədbir iştirakçılarını Ali Baş Ko­mandanın rəhbərliyi altında müzəffər ordumuzun 44 gün davam edən Vətən müharibəsində qazandığı qələbə və tor­paq­la­­rımızın işğaldan azad edilməsi münasibəti ilə təbrik edib, həmçinin 2021-ci ildə pan­de­miya ilə mübarizədə də qalibiyyətimizə ümidvar olduğunu bildirib.

Famil Mustafayev rəhbərlik etdiyi Komissiyanın sərt karantin rejimi şəraitində fəaliyyətindən danışıb, diqqətə çatdırıb ki, ötən dövr ərzində bir sıra mə­sə­lələrlə bağlı mühüm işlər görülüb və müvafiq qərarlar qəbul edilib.

Ölkə üzrə 3 il müddətində fəaliyyət göstərəcək 17 elm sahəsində 138 ixtisas üzrə 76 dissertasiya şurasının, bundan başqa, 40 ixtisas üzrə 35 birdəfəlik dissertasiya şurasının yaradıldığını və həmin dissertasiya şuralarının işinə ümumilikdə 1798 yüksəkixtisaslı mütəxəssisin, o cümlədən AMEA-nın 48 həqiqi üzvü və 62 müxbir üzvünün cəlb edildiyini vurğulayan Komissiya sədri “Xüsusi karantin rejimi dövründə dissertasiya şuralarında müdafiələrin təşkili və həyata keçirilməsinə dair Tələblər” haqqında ətraflı məlumat verib. Bildirib ki, bu tələblər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən olunmuş “İmtahanlar zamanı koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair metodiki göstərişlər” əsasında hazırlanıb. Onun sözlərinə görə, xüsusi karantin rejimində dissertasiya mü­da­fiələri bu tələblərə riayət olunmaqla Azərbaycan Respublikasının Prezidenti ya­nın­da Ali Attestasiya Komissiyasının Rəyasət Heyəti tərəfindən təsdiq edilmiş “Dissertasiya şu­ra­larının yaradılması və fəaliyyətinin təşkili barədə Təlimat”la nəzərdə tutulan müddəalar əsa­sında həyata keçiriləcək.

Famil Mustafayev bildirib ki, müdafiələr dissertasiya şurası üzvlərinin və digər şəxslərin müdafiənin keçiriləcəyi zalda qismən əyani iştirakı (yaşı 65-dən yuxarı ol­mamaqla), eyni zamanda distant qoşulmaları təmin olunmaqla təşkil ediləcək.

Qeyd edək ki, müdafiə zamanı müzakirələr elmi müəssisə və təşkilatların, ali təhsil müəssisələrinin dəstəklədiyi müvafiq elektron platformaların tətbiqi ilə (Microsoft Teams, Zoom Meetings, Google Meet və s.) keçirilməli və müdafiənin videoyazısı aparılmalıdır.

Onlayn tədbirin iştirakçılarına dissertasiyaların müdafiəsi bitdikdən sonra şura üzvlərinin elektron səsverməsinin keçirilməsi haqqında da ətraflı məlumat verilib.

Komissiyanın sədri vurğulayıb ki, bu ilin fevral ayının 1-dən dissertasiya şuralarının fəaliyyətə başlaması tövsiyə olunur.

Onlayn tədbirdə çıxış edən elmi müəssisə və təşkilat rəhbərləri, eləcə də dissertasiya şuralarının sədrləri son dövrlərdə Ali Attestasiya Komissiyasında aparılan islahatları və yenilikləri yüksək qiymətləndirib, xüsusi karantin rejimi dövründə dis­ser­tasiya şuralarının fəaliyyətinin təşkili məqsədi ilə İKT-nin imkanlarından geniş istifadə edilməsi, həmin texnologiyaların yaratdığı geniş imkanlar, eləcə də, dissertasiya şuralarının fəaliyyətinə elmi diasporanın cəlb edilməsi, respublikada elmi müəssisələrin akkreditasiyası məsələlərinə də toxunublar.

Daha sonra səs­lən­di­rilən suallar cavablandırılıb, bir sıra maraq kəsb edən məsələlər ətrafında geniş fikir mü­ba­di­ləsi aparılıb. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: