Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

28.01.2015 00:00
  • A-
  • A
  • A+

AMEA Rəyasət Heyətinin iclasında Azərbaycanda sənayenin inkişafına dair Dövlət Proqramının icrası haqqında məruzə edilib

AMEA Rəyasət Heyətinin iclasında Azərbaycanda sənayenin inkişafına dair Dövlət Proqramının icrası haqqında məruzə edilib

AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev AMEA Rəyasət Heyətinin bugünkü iclasında “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nın icrası haqqında məruzə edib. Bildirib ki, müstəqillik dövründə sənayenin inkişafına, ilk növbədə neft-qaz sektoruna cəlb edilən xarici investisiyalar sənayenin digər sahələrinin də yenidən canlanmasına təkan vermişdir. Azərbaycanda sənayeləşmə templəri yüksəlmiş, sənaye istehsalı üçün həyati əhəmiyyət kəsb edən enerji təminatı məsələlərinin həlli istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilmiş, nəticədə sənaye yeni inkişaf mərhələsinə qədəm qoymuşdur.

Yeni mərhələdə mövcud potensialdan daha səmərəli istifadə etməklə ölkəmizin regionda güclü sənaye mərkəzinə çevrilməsini təmin etmək məqsədilə “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı” hazırlanmış və AR Prezidentinin sərəncamı ilə təsdiq edilmişdir.

Dövlət Proqramında digər dövlət qurumları ilə yanaşı AMEA-nın da qarşısında mühüm vəzifələr qoyulmuşdur.

Rəyasət Heyətinin iclasında Dövlət Proqramının icrası ilə əlaqədar AMEA-ya tapşırılmış vəzifələrin icrasını təmin etmək məqsədilə akademiyanın elmi bölmələrinə dair bir sıra qərarlar qəbul edilmişdir. AMEA Rəyasət Heyəti aparatının İnnovasiya şöbəsinə AMEA-nın elmi bölmələrindən daxil olan məlumatları müəyyən olunmuş formada tərtib edərək müvafiq dövlət qurumlarına təqdim etmək tapşırılmışdır.

Qərarın icrasına nəzarət AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyevə həvalə edilmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: