Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

Aşqarlar Kimyası İnstitutu ilə YT Park arasında birgə əməkdaşlıq məsələləri müzakirə olunub
26.05.2021 11:05
  • A-
  • A
  • A+

Aşqarlar Kimyası İnstitutu ilə YT Park arasında birgə əməkdaşlıq məsələləri müzakirə olunub

AMEA-nın akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunda (AKİ) Yüksək Texnologiyalar Parkının nümayəndələri (YT Park) ilə görüş keçirilib.

Görüşdə elmi müəssisənin direktoru akademik Vaqif Fərzəliyev indiyə qədər iki müəssisə arasında birgə həyata keçirilən layihələr haqqında məlumat verib, əməkdaşlığın səviyyəsinin qənaətbəxş olduğunu qeyd edib. Vurğulayıb ki, rəhbərlik etdiyi elmi-tədqiqat müəssisəsində əldə olunan bir sıra mühüm elmi nəticələr YT Parkın rezidenti olan “Aşqar” Elmi İstehsalat Birliyində istehsal olunub.

AKİ-nin direktoru iki qurum arasında müxtəlif istiqamətlərdə aparılan birgə əməkdaşlıq əlaqələrini gələcəkdə daha da inkişaf etdirməklə yüksək nəticələr əldə olunacağına əminliyini ifadə edib.

Tədbirin sonunda AKİ, YT Park və onun rezidenti olan Təcrübə-Sənaye Zavodu (TSZ) arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində təklif və tövsiyələr irəli sürülüb, müvafiq tapşırıqlar verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: