Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

İlin ilk Günəş tutulması hadisəsi baş verib
10.06.2021 18:12
  • A-
  • A
  • A+

İlin ilk Günəş tutulması hadisəsi baş verib

2021-ci ilin ilk Günəş tutulması baş verib.

AMEA-nın Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, tutulma hadisəsi saat 12:12:15-də başlayıb və 17:11:16-da sona çatıb. Ümumilikdə 4 saat 59 dəqiqə davam edən tutulmanın maksimumu saat 14:43:06-da olub.

Sözügedən Günəş tutulmasının halqavari fazası Rusiyanın, Qrenlandiyanın və Şimali Kanadanın bəzi yerlərində, qismən tutulma hadisəsi isə Avropanın çox hissəsi, Asiyanın böyük bir hissəsi, Şimali və Qərbi Afrika, Şimali Amerikanın çox hissəsi, Atlantik okean və Arktikada müşahidə olunub.

Qeyd edək ki, bu təbiət hadisəsi Azərbaycanda müşahidə olunmayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: