Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Alimlər bilikləri birbaşa beyinə yazmağın yolunu tapıblar
18.06.2021 10:18
  • A-
  • A
  • A+

Alimlər bilikləri birbaşa beyinə yazmağın yolunu tapıblar

Kaliforniyanın HRL Laboratories adlı laboratoriyasının alimlərinin sözlərinə əsasən onlar faydalı məlumatı birbaşa insan beyninə yazmağın yolunu kəşf ediblər.

Bu kəşf sayəsində insanın istənilən bacarığı öyrənməsi daha az zaman tələb edəcək. Bu və ya digər məlumatların birbaşa beyinə yazılması müasir elmin nail olmaq istədiyi vacib inqilabi kəşflərdən biridir. Alimlər hələ yaradılmamış bu texnologiyada böyük perspektivlər görürlər. Belə ki, bu cür texnologiya istənilən bacarığın öyrənilməsini çox qısa müddətdə reallaşdıra bilər.

Amerikalı tədqiqatçıların sözlərinə əsasən bu, göründüyü kimi heç də qəliz bir proses deyil. Belə ki, mütəxəssislərin yaratdıqları yeni texnologiyanın testindən keçmiş pilotlar öz pilotçuluq qabiliyyətlərini digərləri ilə müqayisədə 33 faiz daha da yaxşılaşdırıblar. Yaradılmış yeni texnologiya təlim zamanı pilotun beynindəki elektrik siqnallarının təyinatına əsaslanır. Bu proses zamanı əldə olunmuş məlumatlar aviasimulyatorda təlim keçmiş yeni pilotlara ötürülüb.

Məlumatların ötürülməsi prosesi isə başa taxılmış xüsusi cihaz vasitəsilə beyin stimulyasiyası sayəsində reallaşdırılıb. Mütəxəssislər bildiriblər ki, əldə edilmiş yeni məlumatların mənimsənilməsi prosesi "Matrix" filmində olduğu kimi sürətli deyil. Lakin yenə də məlumatın mənimsənilməsi sürəti adi həyatdakından daha yüksəkdir.

Milli.az

  • Paylaş: