Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Elm” qəzetinin yeni sayı çap olunub
02.07.2021 16:02
  • A-
  • A
  • A+

“Elm” qəzetinin yeni sayı çap olunub

AMEA Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin yeni sayı işıq üzü görüb.

Qəzetin ilk səhifəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin iyunun 26-da Silahlı Qüvvələr Günü münasibətilə “Gülüstan” sarayında Azərbaycan Ordusunun rəhbər və şəxsi heyətinin bir qrupu ilə görüşü yer alıb.

Nəşrin növbəti səhifələrində AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Akademiya əməkdaşlarına təbriki, akademik İsa Həbibbəyliyinin Türkmənistanın müstəqilliyinin 30 illik yubileyinə həsr olunan tədbirdə iştirakı, Biologiya, aqrar və tibb elmləri üzrə problem şurasının 5-ci iclası, AMEA-nın Ümumi yığıncağının qərarının icrasından irəli gələn vəzifələr haqqında tədbir, Mərkəzi Elmi Kitabxanada “Qarabağ müharibəsi qəhrəmanları” fondunun açılışı, Vətən müharibəsində iştirak etmiş AMEA əməkdaşlarının təltif olunması, AMEA-nın müxbir üzvləri Rafiq Qasımov və Tərlan Məmmədovla müsahibələr və s. informasiyalar oxuculara təqdim olunur.

Bundan əlavə, “Ölkəmizdə torpaqşünaslıq və radiasiya elmlərinin inkişafında mühüm xidmətləri olan alim”, “Kolloidal gümüş suyu və faydaları” sərlövhəli məqalələr, elmi yeniliklər, nəşrlər, müsabiqələr və digər xəbərlərlə də tanış ola bilərsiniz.

12 səhifəlik qəzetdə, o cümlədən rus dilində materiallar öz əksini tapıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: