Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

19.02.2015 00:00
  • A-
  • A
  • A+

“Müasir Azərbaycan teatrı və mass media: problemlər, perspektivlər” mövzusunda seminar keçirilib

“Müasir Azərbaycan teatrı və mass media: problemlər, perspektivlər” mövzusunda seminar keçirilib

AMEA Memarlıq və İncəsənət İnstitutunda bu elmi müəssisənin Teatr, kino və televiziya şöbəsinin təşkilatçılığı ilə “Müasir Azərbaycan teatrı və mass media: problemlər, perspektivlər” mövzusunda seminar keçirilib.

Tədbiri giriş sözü ilə açan Teatr, kino və televiziya şöbəsinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vidadi Qafarov teatr və mass media arasındakı münasibətlərdən danışıb, teatrla KİV arasında səmərəli ünsiyyət və əməkdaşlıq əlaqələrinin yaradılmasını seminarın başlıca məqsədi olduğunu bildirib.

Sonra Teatr, kino və televiziya şöbəsinin kiçik elmi işçisi, teatrşünas Könül Əliyevanın teatr və mass media münasibətlərinin müxtəlif aspektlərinə dair məruzəsı dinlənilib. Məruzə ilə bağlı müzakirələrdə “Qobustan” İncəsənət Toplusunun baş redaktoru Vaqif Əlixanlı, “Mədəniyyət” qəzetinin redaktor müavini Həmidə Rüstəmova, sənətşünaslıq üzrə fəlsəfə doktoru Aynurə Mustafayeva və başqaları çıxış edərək təklif və tövsiyyələrini səsləndiriblər, seminarı teatr və kütləvi informasiya vasitələri arasında labüd dialoqun yaradılması istiqamətində atılan addım kimi dəyərləndiriblər.

Tədbirdə teatr və mass media münasibətlərinin hazırkı durumu, mövcud problemləri və gələcək inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: