Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

19.02.2015 00:00
  • A-
  • A
  • A+

Geologiya və Geofizika İnstitutunda növbəti Mülki Müdafiə tədbiri keçirilib

Geologiya və Geofizika İnstitutunda növbəti Mülki Müdafiə tədbiri keçirilib

AMEA Geologiya və Geofizika İnstitutunda (GGİ) “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə olunmasının təşkili” mövzusunda MM məşqi keçirilib. İnstitutun rəhbər heyəti üçün təşkil olunmuş tədbiri qurumun mülki müdafiə rəhbərinin maddi-texniki təminat üzrə müavini Nazim Sadıqov açıb. Bildirib ki, məşqin keçirilməsində məqsəd kollektivin təhlükəsizliyini və fövqəladə hadisə zamanı düzgün müdafiə olunmasını təmin etməkdir.

Sonra, elmi müəssisənin mülki müdafiə qərargahının rəisi Oqtay Fərzəliyev çıxış edərək təbii və texnogen səbəblərdən baş verən fövqəladə hadisələr və onlarla mübarizə imkanlarından danışıb. Qurumun rəhbər vəzifədə çalışan üzvlərinin bu sahədəki funksiyaları, o cümlədən xilasetmə və təxliyyə işlərinin həyata keçirilməsi qaydaları barədə ətraflı məlumat verilib. Tədbir iştirakçıları fövqəladə hallar zamanı rəhbər heyətin kollektivlə qarşılıqlı fəaliyyəti barədə də məlumatlandırılıblar. Məşq zamanı mülki müdafiə tədbirlərini özündə əks etdirən plan da dəqiqləşdirilib.

Sonda mövzuya dair təlimat xarakterli videomateriallar nümayiş etdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: