Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Şamaxı Astrofizika Rəsədxanasında beynəlxalq konfrans keçiriləcək
28.07.2021 12:35
  • A-
  • A
  • A+

Şamaxı Astrofizika Rəsədxanasında beynəlxalq konfrans keçiriləcək

AMEA Rəyasət Heyətinin və N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) Elmi şurasının qərarı ilə 4-5 oktyabr 2021-ci il tarixlərində rəsədxanada “Günəş sistemi cisimlərinin fizikası və dinamikası” mövzusunda beynəlxalq onlayn konfrans keçiriləcək.

Tədbir Şamaxı Astrofizika Rəsədxanasının ilk direktoru, məşhur astronom, akademik Hacıbəy Sultanovun anadan olmasının 100 illiyinə həsr edilib.

Konfransın Təşkilat Komitəsi astronomları konfransda iştiraka dəvət edir. Çıxışların adını və xülasələri Təşkilat Komitəsinin (lara_golubeva@mail.ru) elektron ünvanına göndərə bilərsiniz.

Azərbaycan, rus və ingilis dillərində təşkil olunacaq konfransa materialların son göndərilmə tarixi 1 sentyabr 2021-ci ildir.

Konfrans materiallarının (abstrakt və məqalələrin) “Azərbaycan Astronomiya Jurnalı”nda nəşri planlaşdırılır. Məruzələrin məqalə forması http://aaj.shao.az/ saytında “Sample” başlığı altında göstərilən nümunəyə uyğun şəkildə təqdim edilməlidir.

Ünvan: AZ 5626, Şamaxı ş.,Y.Məmmədəliyev qəsəbəsi

E-mail: lara_golubeva@mail.ru       

Tel.: (+994 20) 266 10 02; (+994 50) 623 06 31.

Qeyd edək ki, 1920-ci ildə dünyaya gələn Hacıbəy Sultanov Azərbaycan Dövlət Universitetini (indiki Bakı Dövlət Universiteti) bitirdikdən sonra ordu sıralarında xidmət keçib, Böyük Vətən müharibəsinin iştirakçısı olub. H.Sultanov 1953-cü ildən Azərbaycanda astronomik rəsədxananın tikintisinə rəhbərlik edib, ŞAR-ın rəsmi yaradıldığı vaxtdan (1959-cu il) 1981-ci ilədək ilk direktoru vəzifəsində çalışıb. 1976-1981-ci illər ərzində AMEA-nın vitse-prezidenti, 1981-2007-ci illər ərzində ŞAR-da Kiçik cisimlərin tədqiqi şöbəsinə rəhbərlik edib. H.Sultanov Azərbaycan EA-nın həqiqi və Beynəlxalq Astronomiya İttifaqının üzvü olub. Sovet İttifaqının və Azərbaycan  Respublikasının bir sıra dövlət mükafatları ilə təltif edilib. Onun elmi fəaliyyəti əsasən asteroidlərin yaranması probleminə həsr olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: