Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Hüseyn Cavidin Ev Muzeyinin elmi-yaradıcı fəaliyyətinə dair monoqrafiya çap olunub
29.07.2021 10:29
  • A-
  • A
  • A+

Hüseyn Cavidin Ev Muzeyinin elmi-yaradıcı fəaliyyətinə dair monoqrafiya çap olunub

AMEA Hüseyn Cavidin Ev Muzeyinin Elmi şurasının qərarı ilə müəssisənin fəlsəfə doktoru hazırlığı üzrə dissertantı Könül Məhərrəmovanın yeni monoqrafiyası çap olunub. “AMEA Hüseyn Cavidin Ev Muzeyinin elmi-yaradıcı fəaliyyəti (müstəqillik illərində)” adlı monoqrafiyanın elmi məsləhətçisi muzeyin direktoru, dissertantın elmi rəhbəri, filologiya elmləri doktoru Gülbəniz Babaxanlıdır.

Monoqrafiyada muzeyin müstəqillik illərində elmi və yaradıcı fəaliyyəti araşdırma obyektinə çevrilib. Kitabda dahi Azərbaycan şairi və dramaturqu Hüseyn Cavid irsinin nəşrə hazırlanması, tədqiqi və təbliğində Hüseyn Cavidin Ev Muzeyinin bir elm məbədi kimi öhdəsinə düşən mühüm vəzifələri layiqincə yerinə yetirdiyi nümunələrlə əsaslandırılıb, müəssisədə yerinə yetirilən elmi-tədqiqat işləri, xüsusilə də “Cavidşünaslıq” araşdırmalar toplusu (30 cilddə) müstəqillik illəri Azərbaycan cavidşünaslığının ən mühüm elmi nailiyyəti kimi qiymətləndirilib.

Qeyd edək ki, monoqrafiyanın redaktoru tarix üzrə fəlsəfə doktoru, dosent Cavid Cəfərov, rəyçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfzadədir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: