Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Erməni nasizmi – terror ideologiyası” kitabı rus və ingilis dillərində nəşr olunub
29.07.2021 12:37
  • A-
  • A
  • A+

“Erməni nasizmi – terror ideologiyası” kitabı rus və ingilis dillərində nəşr olunub

AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun direktoru, hüquq elmləri doktoru, professor Aytən Mustafazadənin və elmi işçi, politologiya üzrə fəlsəfə doktoru Abbas İslamovun həmmüəllifi olduğu “Erməni nasizmi – terror ideologiyası” kitabı nəşr olunub.

Rus və ingilis dillərində ərsəyə gələn kitab bəşər tarixində mövcud olmuş, lakin son zamanlara qədər dünya ictimaiyyəti üçün praktiki olaraq tanış olmayan unikal hadisənin – erməni irqçiliyinin dərin köklərinin ifşasına həsr edilib. Qeyd olunub ki, gizli hərəkətverici qüvvə kimi fəaliyyət göstərən irqçi ideologiyası radikal erməni millətçiliyini bir neçə onilliklər ərzində Cənubi Qafqaz xalqları üçün qanlı fəlakətə çevrilən təcavüzkar nasizm səviyyəsinə gətirib.

Erməni işğalçı ordusunun məğlub olmasına, Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsinə və Vətən müharibəsinin qələbə ilə başa çatmasına baxmayaraq, erməni irqçiliyi və nasizm ideologiyası heç də öz mahiyyətini və məzmununu dəyişməyib. Sözügedən ideologiya həm Ermənistanın özündə, həm də çoxsaylı erməni diasporlarında erməni milli şüurunun əsas hərəkətverici qüvvəsinə çevrilib. Erməni irqçiliyi nəinki müasir dövrün yeganə irqçi ideologiyasıdır, eləcə də erməni mühitində fəal təbliğ olunur və bölgədə sülh və sabitlik üçün həqiqi təhlükə olaraq qalmaqda davam edir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: