Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

MEK-in fondları xarici ədəbiyyatlarla zənginləşir
30.07.2021 14:43
  • A-
  • A
  • A+

MEK-in fondları xarici ədəbiyyatlarla zənginləşir

AMEA-nın Mərkəzi Elmi Kitabxanasının (MEK) fondlarının zənginləşdirilməsi üçün beynəlxalq mübadilə çərçivəsində yeni nəşrlər daxil olmaqda davam edir. Bu günlərdə MEK-ə Almaniya və Türkiyədən ingilis, alman və türk dillərində elmi nəşrlər təqdim olunub.

Nəşrlər sırasında Almaniyanın Entomologiya İnstitutundan “Contributions to entomology”, Botanika Bağı və Botanika Muzeyinin Kitabxanasından “Willdenowia”, Şərqşünaslıq İnstitutundan “Orient”, Türkiyənin Atatürk Mədəniyyət, Dil və Tarix Qurumundan “Belleten”, “Türk Dünyası Tarih Kültür Dergisi” yer alıb.

Nəşrlərdə siyasət, iqtisadiyyat, mədəniyyət mövzuları ilə yanaşı, aksonomiya, filogeniya, zoogeoqrafiya, fauna, bitki, yosun və göbələk sistematikası barədə elmi məqalələr əksini tapıb.

Bildirək ki, MEK xarici tərəfdaşları ilə əməkdaşlıq nəticəsində oxucularının marağına uyğun xarici nəşrlərin əldə olunması istiqamətində fəaliyyətini davam etdirir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: