Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

İdarəetmə Sistemləri İnstitutunun əməkdaşlarının məqaləsi nüfuzlu jurnalda dərc olunub
30.07.2021 15:32
  • A-
  • A
  • A+

İdarəetmə Sistemləri İnstitutunun əməkdaşlarının məqaləsi nüfuzlu jurnalda dərc olunub

İdarəetmə Sistemləri İnstitutunun Determinik sistemlərdə qərar qəbuletmənin ədədi üsullаrı laboratoriyasının rəhbəri, AMEA-nın müxbir üzvü Kamil Ayda-zadə, institutun elmi işçiləri Arzu Bağırov və Vüqar Həşimovun həmmüəllifi olduqları “Feedback Control of the Power of Moving Sources in Bar Heating” adlı məqalə Cybernetics and Systems Analysis nüfuzlu elmi jurnalda işıq üzü görüb.

Məqalədə çubuğun qızdırılması zamanı verilmiş trayektoriya üzrə hərəkət edən istilik mənbələrinin güclərinin idarəetməsinin sintezi məsələsinə baxılıb. İdarəetmə güclərinin cari qiymətləri nəzarət nöqtələrində çubuğun temperaturundan asılı olaraq müəyyən edilib. Birinci tərtib ədədi optimallaşma üsullarını tətbiq etməklə məsələnin həlli üçün əks əlaqə parametrləri və müşahidə nöqtələrinin koordinatlarına görə məqsəd funksionalının qradiyent komponentləri üçün düsturlar alınıb. Həmçinin kompüter eksperimentlərinin nəticələri təqdim edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: