Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Şəki Regional Elmi Mərkəzinin Elmi şurasının növbəti iclası keçirilib
31.07.2021 13:51
  • A-
  • A
  • A+

Şəki Regional Elmi Mərkəzinin Elmi şurasının növbəti iclası keçirilib

AMEA-nın Şəki Regional Elmi Mərkəzinin (ŞREM) Elmi şurasının növbəti iclası keçirilib.

İclası ŞREM-in direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Yusif Şükürlü açaraq gündəlikdəki məsələləri iştirakçıların diqqətinə çatdırıb.

Y.Şükürlü İslam Əməkdaşlıq Təşkilatının Elm və Texnologiya üzrə onlayn formatda ikinci Zirvə toplantısında Prezident İlham Əliyevin çıxışından irəli gələn vəzifələr haqqında AMEA Rəyasət Heyətinin 2021-ci il 9 iyul tarixli qərarı ilə bağlı məlumat verib.

Sonra mərkəzin elmi işlər üzrə direktor müavini Fərhad Əzizov “Azərbaycan Respublikasında 2022-2030-cu illərdə elmin dayanıqlı inkişafı üzrə Milli Strategiya”nın hazırlanması haqqında AMEA Rəyasət Heyətinin müvafiq qərarı barədə danışıb. O, Şəki Regional Elmi Mərkəzinin 2022-2030-cu illərdəki fəaliyyəti üçün Strategiyanın tərtib olunmasının zəruriliyini qeyd edib.

İclasda Milli Strategiya üzrə şura üzvlərinin təklifləri müzakirə edilib və ilkin layihə səsə qoyularaq qəbul olunub.

Daha sonra gündəlikdəki digər məsələlər müzakirə olunaraq mühüm qərarlar qəbul edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: