Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Kulturoloq alimin “Qarabağın qara bağı” adlı kitabı çapdan çıxıb
03.08.2021 09:54
  • A-
  • A
  • A+

Kulturoloq alimin “Qarabağın qara bağı” adlı kitabı çapdan çıxıb

AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun ümumi işlər üzrə direktor müavini, kulturologiya üzrə fəlsəfə doktoru, dosent Namiq Abbasovun “Qarabağın qara bağı” adlı kitabı nəşr edilib.

Kitabın yazılmasında əsas məqsəd hər bir xalq üçün fundamental dəyər daşıyan ərazi bütövlüyünün, beynəlxalq səviyyədə tanınan sərhədlərin toxunulmazlığının təmin edilməsinə istiqamətlənən siyasi iradənin və xalq-iqtidar birliyinin mövcudluğunu göstərməkdir. Hər bir vətənini sevən vətəndaşın torpaqlarına qarşı yönələn istənilən iddia cavabsız qala bilməz. Müstəqil respublikamızın ərazi bütövlüyünə qarşı səslənən iddialar həll edilmədən yiyələndiyimiz ixtisaslar üzrə effektiv nəticələr əldə etmək çətin olur. Öncə vətən, onun suveren hüquqları, ərazi bütövlüyü və beynəlxalq imici məsələləri həll edilməlidir, hansı ki, Azərbaycan xalqı buna layiqdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkə vətəndaşlarının arzu və istəklərini yerinə yetirməklə xalqın sevimlisinə çevrilməyi bacardı. Azərbaycan xalqının ləyaqət və qürurunu özünə qaytardı. Artıq hər kəs Ali Baş Komandan İlham Əliyevin Qarabağın qara bağını kəsib atmasının sevincini yaşamaqdadır. İndi dövlət başçısının yeni tapşırıqları hər birimizi Qarabağda tezliklə kəsiləcək qırmızı bağların tamaşasına, qısa zamanda cənnətə çevriləcək dilbər guşəmizin seyrinə ruhlandırır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: