Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  YUBİLEYLƏR

AMEA-nın müxbir üzvü Fəridə Məmmədovanın 85 yaşı tamam olur
09.08.2021 10:15
  • A-
  • A
  • A+

AMEA-nın müxbir üzvü Fəridə Məmmədovanın 85 yaşı tamam olur

2021-ci il avqust ayının 8-də görkəmli tarixçi alim, tarix elmləri doktoru, AMEA-nın müxbir üzvü Fəridə Cəfər qızı Məmmədovanın  anadan olmasının 85 ili ta­mam olur.

Fəridə Məmmədova 1960-cı ildə Azərbaycan Dövlət Uni­ver­si­te­tinin tarix fakültəsini bitirib, 1971-ci ildə namizədlik, 1987-ci ildə dok­tor­­luq dissertasiyası mü­dafiə edib. O, 2001-ci ildə AMEA-nın müx­­bir üzvü seçil­ib.

1960-ci ildə A.A.Bakıxanov adına Tarix İnstitutunda əmək fəaliyyətinə başlayan Fəridə Məmmədova 1962-1964-cü illərdə Leninqrad SSR Elmlər Akademiyasının Şərqşü­naslıq İnstitu­tu­nda qədim dilləri (qədim İran, orta İran, pəhləvi dili, qədim er­mə­ni dili) öyrənmək üçün təcrübə keçib. O, sonralar A.A.Bakıxanov adına Tarix İnstitutunda böyük elmi işçi, aparıcı elmi işçi, baş elmi işçi vəzifələrində çalışıb.

Fəridə Məmmədova 2005-ci ildən Milli Aviasiya Akademiyasının İctimai Elmlər Bölməsinin kafedra müdiri vəzifəsində fəaliyyətini davam etdirir. AMEA-nın müx­bir üzvü Fəridə Məmmədova Azər­bay­­can tarixi sahəsində 200-ə yaxın əsərin, o cümlədən 4 mo­noqra­fiya və kitabın müəl­­­­lifidir. Onun tarix elminə həsr olunmuş “Qafqaz Albaniyasının siyasi tarixi və tarixi coğra­fi­yası” (Azərbaycan və rus dil­lə­rində), “Qafqaz Albaniyası və albanlar", “Mu­­sa Kalankatlı Qafqaz Albaniyasının ictimai tarixində mənbə kimi” kitabları el­­mi icti­maiy­­yətin dərin rəğbətini qa­zanıb.

Fəridə Məmmədova ABŞ, Türkiyə, Almaniya, Rusiya, İtaliya, İran, Fransa, Finlan­diya kimi ölkələrdə elmi məruzələrlə çıxış edib, beynəlxalq miqyasda ermənilərin saxtakar əməl­lərini, saxta tarix­lərini ifşa edib. Alimin tədqiqatlarına qədər qədim albanşünaslıq ermənişünaslığın bir hissəsi hesab edilib. Onun araşdırmaları sayəsində Qafqaz Albaniyası “Böyük Ermənistanın bir hissəsidir ideyasına son qoyulub. Görkəmli alim sübut edib ki, Qafqaz Albaniyası həmişə müstəqil dövlət olub, Ermənistan isə əksinə Roma İmperiyasının və İranın tərkib hissəsi olub, heç bir zaman dövlətçiliyi olmayıb. Musa Kalankatlının Alban tarixi əsəri Fəridə Məmmədovanın tədqiqatlarına qədər elmdə erməni mənbəsi hesab olunub. Fəridə Məmmədova tədqiqatı nəticəsində bu fikri inkar edərək və dünya tarixşünaslığına sübut edib ki, Musa Kalankatlı Alban dövlətinin tarixçisi olub və Albanşünaslıq hər zaman Azərbaycan tarixinin bir hissəsidir.

Fəridə Məmmədova Azərbaycan tarix­şü­nas­­lığında ilk dəfə olaraq Azərbaycan Al­ba­ni­ya­sında feodalizmin genezisi prob­le­mi­ni təd­qiq edib. Albaniyada feodalizm qu­ru­lu­şu­nun yaşanmasını elmi cəhətdən əsas­lan­dı­ra­raq, burada I-VII əsrlərdə ibtidai icma qu­ru­lu­şu­nun mövcudluğu barədə tarix­şü­naslıq­da ha­kim olan mövqenin yanlışlığını sübut edib. O, ilk dəfə e.ə. IV –b.e. VII əsrlərində Albaniyanın sərhədlərini müəyyən edə­rək, 6 xəritə tərtib edib, onun bütün dövlət atributları ilə varlığını müəyyən edərək bu dövlətin daxili və xarici siyasətini açıq­la­yıb. Xristianlığın Albaniyada yayılması, elə­cə də alban kilsəsinin yaranma tarixini araş­dırıb, onun Qaf­qazda ən qədim həvari və avtokefal kilsə olmasını sübut edib, ilk də­fə alban hüququnun ən qədim abidəsini Qarabağla bağlı er­məni “elmi tə­cavüzü”nü ifşa və tədqiq edib.

AMEA-nın müxbir üzvü Fəridə Məmmədova 3 beynəlxalq Alban konfransının iştirakçısı və təşkilatçısı olub. Fəridə Məmmədovanın elmi fəaliyyəti dövlət tərəfindən yüksək dəyərləndirilib. Görkəmli tarixçi alim Azərbaycan Res­pub­li­ka­­sı­nın Əməkdar elm xadimi fəxri adına və döv­lət mükafatına layiq görülüb. AMEA-nın müxbir üzvü Fəridə Məmmədova 2004-cü ildə ölkə Prezidenti İlham Əliyevin Fərmanı ilə “Şöhrət” ordeni ilə təltif olunub.

Görkəmli tarixçi alimi 85 illik yubileyi münasibətilə təbrik edir, ona möhkəm cansağlığı və yeni uğurlar arzulayırıq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: