Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

"SpaceX" şirkəti dünyada ən hündür kosmik raket hazırlayır
10.08.2021 10:27
  • A-
  • A
  • A+

"SpaceX" şirkəti dünyada ən hündür kosmik raket hazırlayır

Amerikalı milyarder İlon Maskın təsisçisi olduğu “SpaceX” aviakosmik şirkəti Texas kosmodromunda “Starship” ikimərhələli, təkrar istifadə edilə bilən daşıyıcı gəmisinin yığılması işini tamamlayıb.

Bu barədə “Nasaspaceflight” portalı məlumat yayıb.

Bildirilir ki, kompleksin ümumi hündürlüyü 120 metrdir. Start meydançası ilə birlikdə isə 145 metrə çatır. Müqayisə üçün bildirək ki, Misirdəki Xeops ehramının hündürlüyü 136 metrə bərabərdir.

Raketin son versiyası Meksika körfəzi üzərində orbital uçuş zamanı sınaqdan keçiriləcək, sınağın tarixi hələlik məlum deyil.

apa.az

  • Paylaş: